Loading...
Paul Auster aforizmləri

Paul Auster aforizmləri

Loading...
Paul Auster Aforizmləri


*Həyatı gözyaşlarınla mükafatlandırmaqdan, gülüşünlə cəzalandır.

* Axtarmayacaqsan kimsəni lazım olanlar onsuz da yanındadır. .Ve yanında olmayıb gedənlər; nə ağılında olmalı nə ecində!

*Unutma; ciddi qəbul et amma qapılma. Lağ et amma qırma. Sahib ol bu həyatda, əsla aid olma.

*Fərq.. bəziləri fərqli olmağa çalışarkən, özün olmaqdır həyatda. Bil ki seçici olmamaq, keçici olmağa məhkum qalmaqdır əslində.

* Həyatın ən hüznlü anı, dəli kimi sevdiyin insanın buna dəymədiyini gördüyün xatırlamaqdır. Və ən böyük itkinin ona xərclədiyin zamandır.

* Hər kəs ikinci bir şansa layiqdir' deyərlər . Unutma, 'Sevən həqiqətən sevsə, ilk şansını itirməzdi.

* İnsanın ən böyük səhvi sevmək deyil, Sevməyə layiq olmayan birindən sevilməyi gözləməkdir !

*Hər gün yüzlərlə xəyal qurarsan və heç biri gerçək olmaz; amma bir gün bir gerçək yaşayarsan, heç bir xəyala sığmaz..

* Durğunsa insan bəlkə bir səbəbi var, Susqunsa bir səbəbi var. Sən susqunluğuna aldanma kimsənin; Bil ki hər şeyin bir zamanı var.

* Bu dünya beş qəpik belə etməz, unutma. Özünü dünyalar qədər qiymətli sananlar isə öz qiymətini təyin edir əslində...

* Hər kəsin bir əlaqəsi vαr; αmα heç biri sevmir. Hər kəsin bir sevdiyi vαr; αmα heç biri qovuşmur

*Əslində soruşulmalı sənin üçün ölərəm deyən sevgiliyə. Sən mənim üçün ölsən mən kimin üçün yaşayacağam deyə.

* Geridə buraxdıqlarım hesab soruşmağa qalxmasın. Fərqinizdə olduğum üçün var oldunuz, İmtina etdiyim üçün artıq məhrumsunuz

*Nə qədər sevsən sev, əsla bildirmə sevgini. Çünki sevdiyin adam, sevildiyi qədər üzəcək səni.

* Tərk edilən birinə 'həyat necə gedir' deyə soruşulmaz. Çünki onsuz da tək problemi həyatın davam etməsidir

Paul Auster Aforizmləri Paul Auster Aforizmləri Paul Auster Aforizmləri

* Sən istəsən əgər, keçmiş unudula bilər; amma etdiyin hər bir şeydə bir daha düşün: Çünki gələcək, keçmiş qədər insaflı olmaya bilər.

*Bir dəfə aldadan adamı bağışlasan, səni yenə istifadə edər; Çünki xəyanət bir ruh halı deyil, xarekterin yox olmuş formasıdır.

* Öz dəyərlərindən hər hansı bir insan uğruna imtina etdinsə, O insana dönüb yaxşıca bax: O insan artıq ya hər şeyindir ya heç bir şeyin.

*Əhəmiyyətli olan dərdlərdən uzaq dayanmağı necə bacara bildiyiniz deyil; başınız dərdə girdiyində bunun öhdəsindən necə gəldiyinizdir.

*‎Sizi şirin edəcək qədər xoşbəxtliyiniz olsun, güclü edəcək qədər ağrınız və sizi istifadə etmələrinə fürsət verməyəcək qədər ümidiniz.

* Sadə kişi, bütün qadınlara gözəlsən deməyi seçər, bu bir gerçəkdir. Heç bir qadın da buna inanmaz, bu da bir gerçəkdir.

*Qadın əlaqənin başında həmişə sonu düşünər, sona yaxınlaşınca başlanğıcı darıxar. Kişi isə sonu istər və bitməsini gözləyər.

* Getməsini biləcəksən bəzən, arxana belə baxmadan! Və bəzən söyləyəcəksən sevdiyini, çox gec qalmadan.

* Artıq insanları tanımaq üçün zaman itirmirəm; Onsuzda onlar zamanı gələndə özlərini tanıdırlar.

Paul Auster Aforizmləri Paul Auster Aforizmləri Paul Auster Aforizmləri

*Heç bir zaman zəmanəti olmayan bir xoşbəxtlik üçün, Həyatınızda qalıcı olan şeyləri yox etməyin. Çünki tək kədərlənən siz olarsınız.

*Qadın, təbiət gərəyi zəifdir; amma ağrıya ən çox o dözər. Qadının müqavimətini qıran tək şey; xəyal etdiyi kişinin boş çıxmasıdır.

*Qadınlar əvvəl kişiləri dəyişdirmək üçün səy sərf edərlər. Kişi dəyişincə də; Səni artıq tanıya bilmirəm, çox dəyişdin deyərlər.

*Çox gərəksiz şeyləri çox düşünürəm. Sanıram ona görə davamlı ağılımdasan.

*İnsan iki şeyi unuda bilməz, sevdiyini və onun yoxluğunu. İki şeyi də əsla saxlaya bilməz; Sərxoşluğu və aşiq olduğunu.

*Bir qadının nə dediyinə deyil, nə demək istədiyinə qulaq as. Çünki onlar, kimsə qırlmasın deyə bəzi şeyləri söyləməzlər.

*Bəzən bütün bağları qoparıb getmə cəsarətini tapıram özümdə. o an, kaş ki hara gedəcəyimi bilsəm kaş!

*Doğru insan, səhv zaman. Doğru zaman, səhv insan..Budur həyat belə oyunlar oynayar hər vaxt .

*Əgər bir qadın ürəkdən ağlayırsa, ağladan onun ürəyinə çatmış deməkdir.

*Həyat elə oyunlar oynayır ki, hara yapışsam düşürəm. Klounun dediyi kimi, ağlaya bilmədiyimdən gülürəm.

*Bir qadının canı yandığında, Bir kişinin başı bəlaya girmək üzrədir .

*Makiyajın məqsədi, gözəlliyi göstərməkdir; amma çox makiyajın məqsədi, üzünü gizləməkdir

*Əsl təklik; tək hiss etmənizə səbəb olan kəslərlə yaşamaq məcburiyyətində qalmanızdır.

*Bir insanı niyə sevdiyiniz sualına cavab tapa bilmirsinizsə, Onu həqiqətən sevirsiniz.
Loading...

OXŞAR XƏBƏRLƏR

Загрузка...

SON XƏBƏRLƏR

Asi

10 İyul 2012 17:58

* Axtarmayacaqsan kimsəni lazım olanlar onsuz da yanındadır. .Ve yanında olmayıb gedənlər; nə ağılında olmalı nə vecində!

* Həyatın ən hüznlü anı, dəli kimi sevdiyin insanın buna dəymədiyini gördüyün xatırlamaqdır. Və ən böyük itkinin ona xərclədiyin zamandır.

* Geridə buraxdıqlarım hesab soruşmağa qalxmasın. Fərqinizdə olduğum üçün var oldunuz, İmtina etdiyim üçün artıq məhrumsunuz`

*Bir dəfə aldadan adamı bağışlasan, səni yenə istifadə edər; Çünki xəyanət bir ruh halı deyil, xarekterin yox olmuş formasıdır.


Super az qalmiwdi hamisini yazame winked
--------------------
Dərd etmə ,dua et..

Faya

10 İyul 2012 17:51

*Hər gün yüzlərlə xəyal qurarsan və heç biri gerçək olmaz; amma bir gün bir gerçək yaşayarsan, heç bir xəyala sığmaz..


Bu tam mənə aiddir))

Bir qadının canı yandığında, Bir kişinin başı bəlaya girmək üzrədir .


Bu dəqiqə elə canım ağrıyır yazıq bəlaya girən, olan elə ona olur lol

Sitat: zaura
xebere gore tewekkurler....



Bunun üçün təşəkkür düyməsini basmaq çətin deyil!
--------------------
ALLAH duaya 3 şəkildə cavab verir; "bəli" deyər istədiyini verər, "xeyir" deyər daha yaxşısını verər, "səbr elə" deyər ən yaxşısını verər.

_BianKa_

10 İyul 2012 17:33

xebere gore tewekkurler....