Loading...

Konfüçyüs Aforizmləri
Aforizmlər və Lətifələr
- 05 Avqust, 2012
- 3 712 Baxış
Loading...

*Ya bir yol tap, ya bir yol ver ya da yoldan çəkil.
*Oxudum, unutdum, gördüm, xatırladım, etdim, öyrəndim.
*Eşitdiyimi unudaram, gördüyümü xatırlayaram, etdiyimi anlayaram
*İnsanlar sahib olduqlarını kiçik hesab edər, sahib ola bilmədiklərini əhəmiyyət verər.
*Danışmağa dəyər insanlarla danışmazsansa insanları, danışmağa dəyməz insanlarla danışsan sözləri itirərsən. Sən elə biri ol ki nə insanları, nə də sözləri itir.
* Ağıllı insanlar özlərini həyəcana qapdırmazlar: fəzilətli olanlar şübhə içində olmazlar; cəsur olanlar heç bir şeydən qorxmazlar...
*Yaxşı insan, gözəl söz söyləyən deyil, söylədiyini edən və edə biləcəklərini söyləyən adamdır.
* Qiymətli bir insan gördüyümüz zaman onun kimi olmağı düşünməliyik. Dəyərsiz bir kimsəyə rast gəldiyimiz zaman geri dönməli və özümüzü araşdırmalıyıq.
* Əldə ediləcək bir mənfəəti olduğu halda ədaləti düşünən, təhlükə qarşısında həyatını heçə sayan və köhnə təəhhüdlərini unutmayan insan mükəmməl bir insandır.
* Bir insanın ağıllı davranması üçün üç yol vardır: Birincisi yaxşı düşünməkdir. . İkincisi, təqlid etməkdir. . Üçüncüsü, sınamış olmaqdır.
*Güclü olan, zəif yanını hər kəsdən yaxşı biləndir; daha güclü olan isə zəif yanına hökm edə biləndir.
*Əsl məlumat insanın cəhalətini tanımasında yatar.
*Kiçiklər ot kimidir, böyüklər isə külək: Külək nə istiqamətə əsərsə, otlar o istiqamətə əyilər.
*Ac mədənin cəzasını yorğun ayaqlar çəkər.

*Susmaq, insanı ələ verməyən sadiq bir yoldaşdır.
*İnsanların ümidləriylə oynama, bəlkə tək sahib olduqları şey odur.
*İnsanları nə üçün öldürürsünüz, bir az gözləyin onsuz da öləcəklər.
*Düşünmədən öyrənmək faydasız, öyrənmədən düşünmək təhlükəlidir.
*Bir milləti məhbus etmək istəsəniz, onun musiqisini çürüdün.
*Alqışı ən səssiz şəkildə qarşılayan, alqışı layiq olmuş deməkdir.
*Necə ki almaz yonulmadan gözəlləşə bilməzsə , insan da dərd çəkmədən yetkinləşə bilməz.
*Kiçik üstünlüklərin arxasından qaçarkən böyük müvəffəqiyyətlərdən ola bilərsiniz.
*Məlumata sahib olaraq doğulmuş biri deyiləm. Öyrətməyi sevirəm və öyrənməyə çalışıram.
*Sözlərin qüvvətini bilməyən insanlarla əsaslı bir mövzunu danışmaq mümkün deyil.
*Özünü bağışlamayan bir insanın bütün qüsurları bağışlanıla bilər.
*Özümüzə edilməsini istəmədiyimiz bir şeyi, başqasına etməməliyik.
*Heç kim müvəffəqiyyət nərdivanını əlləri cibində dırmaşmamışdır.

*Sözlərin gücünü anlamadan, insanların gücünü anlaya bilməzsən.
*Gerçəyi bilənlər ilə onu sevənlər heç bir zaman bərabər deyildirlər.
*Ədalət qütb ulduzu kimi yerində dayanar və geri qalan hər şey onun ətrafında dönər.
*İdarə etmək dürüstlük deməkdir. Sən doğru idarə etsən səhv olmağa kimsə cəsarət edə bilməz.
*Bir yerdə kiçik insanların böyük kölgələri varsa, o yerdə günəş batır deməkdir.
*Hər şey bir gözəlliyə malikdir lakin bunu hər kəs görməz.
*Nə axtardığını bilməyən, tapdığını anlaya bilməz.
*Xoşbəxt olmaq üçün içində olduğunuz andan daha yaxşı bir zaman olduğuna qərar vermək üçün gözləməkdən imtina edin. Xoşbəxtlik bir çatış deyil, bir səfərdir.
*Təhsilli insanlar əvvəlcə ədalətə dəyər verər. Təhsilli insanlar ədalət olmadan cəsarət sahibi olanda isyankar olarlar. Kiçik insanlar ədalət olmadan cəsarət sahibi olanda quldur olarlar.
*Bir şeyi bildiyin zaman, onu bildiyini göstərməyə çalış. Bir şeyi bilmirsənsə, onu bilmədiyini qəbul et.
*Araşdırma edildiyi zaman ancaq məlumat artırıla bilər; məlumat artırıldığında ancaq istək səmimi ola bilər; istək səmimi olduğunda ancaq ağıl islah edilə bilər; ağıl islah edildiyində ancaq xüsusi həyat yaxşılaşdırıla bilər; xüsusi həyat yaxşılaşdırıldığında ancaq ailə quruluşu düzəldilə bilər. Ailə quruluşu düzəldildiyində ancaq dövlət nizam içində idarə oluna bilər.
Loading...
OXŞAR XƏBƏRLƏR
Загрузка...