Loading...
Gabriel Garcia Marquez Aforizmləri

Gabriel Garcia Marquez Aforizmləri

Loading...
Gabriel Garcia Marquez Aforizmləri

*İtirəcək bir şeyi olmayanlardan qorxmalısan. Çünki onlar, qazanmaq üçün hər şeyi edərlər.

*Bir insanın ən böyük səhvi; Lazım olduğundan çox dəyər vermək deyil, özünə layiq olduğundan daha az dəyər verməkdir.

*Sona gəldiyin üçün ağlama, onu yaşadığın üçün gülümsə.

*Əhəmiyyətli olan, həyatda başına nə gəldiyi deyil, nəyi necə xatırladığındır.

*Birlikdə gülürsünüzsə xoşbəxtlikdir, Birlikdə ağlayırsınızsa dostluqdur; amma birlikdə susursunuzsa bu eşqdir...

*İnsanı yalnız sözlər ələ verməz, Gözlər də içində bir şey gizləyər. Hətta sözlər nə qədər inkar etsə də; gözlər hər şeyi söyləyər.

*Əgər bir az ağlın varsa; xoşbəxtlik üçün istənilən şərtləri tapa bilmirsənsə, tapdığın şərtlərdə xoşbəxt olmağı bilməlisən.

*Darıxmanın ən pis yönü, yan-yana oturduğun halda onu heç bir zaman əldə edə bilməyəcəyini bilməyindir.

*Əslində pis insan yoxdur həyatın heç bir mərhələsində, hər insan dinclik verər; kimi gəldiyində, kimi getdiyində.

*Heç bir zaman gülümsəməkdən imtina etmə, kədərli olduğunda belə. kimin, nə vaxt aşiq olacağını bilə bilməzsən.

*Əgər ona bir şans daha verirsənsə, özünü bir daha aldatmağı gözə alırsan deməkdir.

Gabriel Garcia Marquez AforizmləriGabriel Garcia Marquez AforizmləriGabriel Garcia Marquez Aforizmləri

*Kimi nə qədər düşünürsən düşün; Düşüncələrin ən dərini, başına yastığa qoyduğun an başlayar.

* Bir əlaqəni qadın başlada, qadın bitirər. Amma başladan və bitirən eyni qadın olmaya bilər.

*Həqiqi dost, əlini tutan, ürəyinə toxunandır.

*Nə qədər yaşaya biləcəyini bilirsənmi ? O halda sarıl sevdiyinə son nəfəsin kimi.

*Kasıblıq, əlini cibinə atdığında boş olması deyil əlini çıxardığında tutacaq birinin olmamasıdır.

*İtirəcəyini bilə-bilə niyə mübarizə edirsən? dedi. Öləcəyini bildiyi halda yaşadığını unutmuşdu.

*Xeyr, mən varlı deyiləm. Pulu olan kasıb bir adamam. Varlı olmaq və pulu olmaq eyni şey deyil.

*Sevdiyinin bir başqasıyla xoşbəxt olduğunu görməkdən daha ağrılı bir şey varsa, O da sevdiyinin səninlə bədbəxt olduğunu görməkdir.

*Məndən nifrət edənlərdən nifrət edəcək vaxtım yox. Çünki mən, mənə dəyər verənləri sevməklə məşğulam.

*Səni qıracaq insanlar hər vaxt olacaq; elə isə güvənməyə ehtiyacın var, yalnız diqqətli ol.

*Zamanını səninlə keçirməklə maraqlanmayan biriylə zamanını xərcləmə.

*Əsla unutmayın ki, bir evlilikdə ən əhəmiyyətli şey xoşbəxtlik deyil, sabitlikdir.

*Birini daha yaxşı tanımadan və bu adamın sənin kim olduğunu bilməsindən əvvəl özünü daha yaxşı bir adama çevir və kim olduğunu bilərək özünə güvən.

*Ədalət… Axsayaraq gəlir lakin gəldiyi hər yerdə eynidir.

*Ağızıma girən hər şey məni kökəldiyir, ağızımdan çıxan hər şey isə mənə çətinlik verir, məni utandırır.

*Ucuz insanlara bahalı gəlməyin sənin deyil onların günahıdır. Unutma ki, İnsan anlayana çox, anlamayana əskik görünər.

* Olmursa məcbur etmə, ya xəyalların qırılar ya ürəyin. Unutmuş kimi et. Çünki gözəl şeylər; Onları heç gözləmədiyin vaxt reallaşar.

Gabriel Garcia Marquez AforizmləriGabriel Garcia Marquez AforizmləriGabriel Garcia Marquez Aforizmləri

*Danışaraq izah edilməz hər şey, bəzən susmaq yetər əslində. Unutma; Danışmaq bir ehtiyac ola bilər, amma susmaq cavabdır anlayana.

*Getmə zamanı gəlmişsə 'dayan' demənin; Zaman keçmişsə 'dön' demənin; Və eşq bitmişsə 'yenidən' demənin. Heç bir mənası yoxdur.

*Hər kişi ağıllı, gözəl, anlayışlı və onu çox sevəcək bi qadın istəyır. Bəs soruşmazlarmı ki, bunları qazanacaq nə etdin.

*Çox gözləyən, daha az olanı ümid etməyi də bilər.

*Bəzən elə danışacaqsan ki karşndaki cavab verə bilməyəcək. Bəzən də elə bi susacaqsan ki qarşındakı danışmağa cəsarət edə bilməyəcək .

*Kaş ki tanımasaydım dediyim heç kimsə olmadı mənim. Kaş ki məni tanımasına icazə verməsəydim" dediklərim oldu !

*Heç kim gözyaşlarına layiq olmaz, onlara layiq olan adam isə onsuz da səni ağlatmaz.

*Zamanı, onu səninlə birlikdə keçirməyə hazır olmayan biriylə keçirmə.

*Bütün dünya üçün yalnız bir adam ola bilərsən, lakin bəziləri üçün sən bir dünyasan.

*Sən istədiyində sənə aşiq olmaması, sənə aşiq olmadığı mənasını verməz.

*Xoşbəxtlik qapsını bağladığında, bir başqası açılar; amma biz bağlanan qapıya o qədər baxarıq ki, açılmış olan yeni qapını görəməyik.

*Səni sən olduğun üçün deyil, səninlə birlikdə olduğumda mən olduğum üçün sevirəm.

Gabriel Garcia Marquez AforizmləriGabriel Garcia Marquez AforizmləriGabriel Garcia Marquez Aforizmləri

*Günün birində hamımız sonsuza qədər susacağıq. Onun üçün sevdiklərinizə indi 'Səni sevirəm.' deməkdən çəkinməyin.

*Daha yaxşı bir insan ol və yeni bir insanla qarşılaşmadan, o adamın da sənin kim olduğunu bildiyini ümid etmədən əvvəl, özünün kim olduğunu bildiyindən əmin ol.

*Bitdi deyə kədərlənmə, yaşandı deyə sevin.

*Bəlkə də Allah uyğun adamı tanımandan əvvəl səhv kəslərlə tanış olmağını, onu tanışdığında minnətdar olmağın üçün istədi.

*Birini daha yaxşı tanımadan və bu adamın sənin kim olduğunu bilməsindən əvvəl özünü daha yaxşı bir adama çevir və kim olduğunu bilərək özünə güvən.

*Sən üşüyərkən onun yoxluğunda, O sənin varlığından belə xəbərsizdir.

*Hər şeyin bir sonu var, doğrudur ! amma ən xoşbəxt son həftə sonudur

*Yaşanan hər şeyin bir səbəbi vardır.

*Yazmağı davam etdirmək istəyən məşhur bir yazar şöhrətə qarşı özünü davamlı qorumalıdır.

*Bir adam atasına bənzəməyə başladığı an qocaldığını hiss edər.
Loading...

OXŞAR XƏBƏRLƏR

Загрузка...

SON XƏBƏRLƏR

PeTTy

20 Mart 2013 23:25

Bu adam esrarengiz yazardı,söz ustadı,ele bir fikri yoxdu qebul etmiyim,bu insan oxuduğum en yaxşı yazardı.

Devilest_Love

5 Fevral 2013 21:39

*İtirəcək bir şeyi olmayanlardan qorxmalısan. Çünki onlar, qazanmaq üçün hər şeyi edərlər..

Ask yok

27 Noyabr 2012 21:37

Sona gəldiyin üçün ağlama, onu yaşadığın üçün gülümsə.
[/quote]

ADELE

13 Oktyabr 2012 15:29

Məndən nifrət edənlərdən nifrət edəcək vaxtım yox. Çünki mən, mənə dəyər verənləri sevməklə məşğulam.
--------------------
Hatasız Kul Olmaz

★_EliSa_★

20 Sentyabr 2012 18:00

*Sona gəldiyin üçün ağlama, onu yaşadığın üçün gülümsə.

PeTTy

22 Avqust 2012 01:24

Sen sen olduğunçün yox,yanında men olduğumçün sevirem...

Nina Guney

12 Avqust 2012 12:21

*Birlikdə gülürsünüzsə xoşbəxtlikdir, Birlikdə ağlayırsınızsa dostluqdur; amma birlikdə susursunuzsa bu eşqdir...
--------------------
Olmursa olmur...Vardır Allah'ın bir
bildiyi. Üsyan etmə, sonradan anlayarsan sənin üçün edilən yaxşıliğı.'
- Hz. Muhammed (s.a.s.)

QaRaCa

9 Avqust 2012 15:53

Sona gəldiyin üçün ağlama, onu yaşadığın üçün gülümsə.

Bunu hər zaman hamıya deyirəm, bəli sevinmək lazımdır ki o anları yaşadın. Onunla birgə yaşadın. Nə olsun ki bitdi hər şey, nə olsun ki sona çatdı. Çox gözəl aforizmlər idi. Hamısını bəyəndim.
*Yaşanan hər şeyin bir səbəbi vardır.

Hal-hazırda mən də o səbəbi axtarmaqdayam.

Karacicek

9 Avqust 2012 13:03

Tesekurler. super.

Bir de Tutim leqebli userin yazdigi super idi.

MisSayka

29 İyul 2012 23:18

Super aforizmlərdi, bəzilərini oxumuşdum yenilərinidə gördüm oxudum böyük bir həvəslə :)
--------------------
Başqalarının nə düşündüyünün mənim onlara "başqaları" dediyim müddətcə heç bir önəmi yoxdur

hecne ebedi deyil

28 İyul 2012 15:57

zamanini seninle kecirmekle maraqlanmayan biri ile zamanini xercleme

Gulka

28 İyul 2012 15:21

qewqeng cumlelerdi
--------------------
Təbəssüm hər zaman o, demək deyil ki, həmin insan xoşbəxtdir..... o ,deməkdir ki, o insan həddən artiq güclüdür....... give_hea

ms_dynamite

28 İyul 2012 15:09

*Hər şeyin bir sonu var, doğrudur ! amma ən xoşbəxt son həftə sonudur

sarcasti

*Yaşanan hər şeyin bir səbəbi vardır.

duzdu heyatda hec ne sebebsiz bas vermir...
--------------------
Bilərək qılmadığın Namaza "qəza" demə! Unutma bilərək maşının önünə atlayana "qəza" keçirtdi yox, "intihar" etdi deyirlər!

Filay

28 İyul 2012 14:40

*Səni qıracaq insanlar hər vaxt olacaq; elə isə güvənməyə ehtiyacın var, yalnız diqqətli ol.

Smile to life:))

28 İyul 2012 14:05

hmm..maraqli ve duwundurucu sozler idi..))thanks))

hosted_man

28 İyul 2012 11:54

Hal-hazırda 100 ilin tənhalığı kitabını oxuyuram."Polkovnikə məktub yoxdur" əsərini də oxumuşam..

Hesretimsen

28 İyul 2012 11:47

*İtirəcək bir şeyi
olmayanlardan qorxmalısan.
Çünki onlar, qazanmaq üçün
hər şeyi edərlər.

NellY

28 İyul 2012 02:00

cox gozel yazardir...100 ilin tenhaligi,birde huzunlu fahiwelrim eserlerini noxumuwam..sozun esl menasinda mohtewem desti xetti var...bu yazilan aforizmlweinde coxun bilirem...

_Angel_

28 İyul 2012 00:24

Tom Riddle,
duz edirsen de men de caliwiram)))
--------------------
Heçnə yox, bircə göz yaşlarımı sənə haram etsəm, CƏNNƏT xəyalın olar!

_BianKa_

27 İyul 2012 23:15

gozel sozlerdi twk ...

Diloş

27 İyul 2012 22:32

secilmiw xeberlerimin 80 % ni aforizmler tutru buda biri ))

ToM RiDdle

27 İyul 2012 21:44

*Günün birində hamımız sonsuza qədər susacağıq. Onun üçün sevdiklərinizə indi 'Səni sevirəm.' deməkdən çəkinməyin.
Bu soz adama nece de tesir edir..Sevgidiklerimin caliwiram ki her zaman qedrini bilim onlara esebi olan zamanda....
--------------------
Tural Adrian ♥

Cheburawka

27 İyul 2012 21:31

Məşhur Kolumbiya yazıçısı, "Nobel" mükafatı laureatı Qabriel Qarsia Markes xərçəng xəstəliyinə tutulduqdan sonra dostlarına məktub yazdı. Əslində bu, əcəlinin yaxınlaşdığını hiss edən Markesin bütün dünyaya çağırışı idi... "Əgər ALLAH mənə bir az da ömür bəxş etsəydi, hər düşündüyümü söyləməz, ancaq hər söylədiyimi mütleq düşünərdim. Hər şeyə dəyər verərdim, verdiyim dəyərə dəydikleri üçün deyil, ifadə edildiyi üçün... Az yatardım, daha çox yuxu görərdim. Çünki bilirəm ki, gözlərimizi yumduğumuz hər dəqiqədə işıqdan 60 saniyə mehrum qalırıq. Başqaları dayananda mən yeriyərdim, başqaları yatanda mən oyanardım. Danışan hər kəsi dinləyərdim. Gözəl bir şokaladlı dondurmanı ləzzətlə yeyərdim. Əgər ALLAH mənə bir qədər də ömür bəxş etsəydi, sadə geyinərdim. ALLAHım, əgər bir qəlbim olsaydı, bütün nifrətimi bir buzun üzərinə yazıb, Günəşin çıxmasını gözləyərdim. ALLAHım, bir parça ömrüm olsaydı, bir dəqiqəmi belə insanları sevdiyimi onlara söyləmədən keçirməzdim, eşqə aşiq olaraq yaşayardım. İnsanlara aşiq olmaqdan əl çekdikleri üçün qocaldıqlarını, yaşlandıqdan sonra aşiq olmaqdan çekindikleri üçün yanıldıqlarını sübut edərdim. Bir uşağa qanad verərdim, ancaq uçmağı öyrənməyi öz ixtiyarına buraxardım. Qocalara ölümün yaşla deyil, unutqanlıqla gəldiyini söyləyərdim. Ey insanlar, sizdən o qədər şey öyrəndim ki?! Heç kəs əsl xoşbextliyini sıldırım qayaları dırmaşarken yaşadığını anlamır, hər kəs dağın zirvesində yaşamaq istəyir. Uşaq ilk dəfə ayaqlarını yerə basanda, atasının əllerinin ona her zaman destek olacağını anlamağa başlayır. Sizdən o qədər çox şey öyrendim ki, ancaq təəssüfler olsun ki, mən öyrəndiklərimi çamadanda saxlayanda özüm ölmüş olacağam. Həmişə hiss etdiklərini söylə, düşündüklərini et. Əgər səni bu gün son dəfə yatmış vəziyyətdə görsəydim, səni bərk-bərk qucaqlayardım və ALLAHa sənin üçün dua edərdim. Əgər sənin son dəfə bu qapıdan çıxdığını görsəydim, sənə sarılardım, səni əzizləyərdim. Əgər son dəfə sənin səsini eşitsəydim, sonradan dəfələrlə eşitmek üçün səsini qeyd edərdim. Əgər səni son dəfə gördüyümü bilsəydim, laqeyd-laqeyd üzünə baxmaz, sənə "səni sevirəm" deyərdim. Hər zaman üçün bir sabah var və həyat bizə daha gözəl işlər görmək üçün fürsət verir. Əgər bugünkü fürsət əlimdəki son fürsətdirsə, sənə səni nə qədər çox sevdiyimi və səni heç vaxt unutmayacağımı söyləmək istərdim. Nə gənc üçün, nə də qoca üçün sabah olacağına təminat yoxdur. Bugün sevdiklərini son dəfə görə bilərsən. Ona görə de çox gözləmə, işini bu gün gör. Əgər sabah bir daha gəlməsə, bir gülümsəmə, bir qucaqlaşma, bir öpüş üçün vaxt ayıra bilmədiyin və sevdiklərinin istəklərini yerinə yetirmədiyin üçün çox peşman olarsan. Sevdiklərinə yaxın ol. Onlara olan ehtiyacını etiraf et. Onlar üçün zaman ayır. Dostlarına onların sənin üçün nə qədər əhəmiyyətli olduqlarını göstər.
--------------------

Ürəyimi kimsə döyür, deyəsən hisslərimdi ...

gulnar456

27 İyul 2012 21:07

GOZEL SOZLEDI COX BEYENDIM HEM MARAQLI HEMDE DUSUNDURUCUDU love

_SUS_

27 İyul 2012 20:59

*Məndən nifrət edənlərdən nifrət edəcək vaxtım yox. Çünki mən, mənə dəyər verənləri sevməklə məşğulam.

The Moon

27 İyul 2012 20:11

Super. Hamisini cox beyendim twk...

_Angel_

27 İyul 2012 19:29

super hamisi xosuma geldi bir-ikisin goturdum))
--------------------
Heçnə yox, bircə göz yaşlarımı sənə haram etsəm, CƏNNƏT xəyalın olar!

Ledi Luiza

27 İyul 2012 19:28

*Həqiqi dost, əlini tutan, ürəyinə toxunandır.

coxx gəşəng diyib tamamilə düzdü))
--------------------
Hərkəsdən fərqli biriyəm... Tanıyanlar bilir...