Loading...
Dahilərin dilindən

Dahilərin dilindən

Loading...

Dahilərin dilindən

Gözəllik, aynada özünü seyr edən sonsuzluqdur. XƏLİL CİBRAN

***
Müsəlman olan, ehtiyacını qarşılayacaq qədər ruzi verilən və Allahu Təala (cc)ın özünə verdiyi ilə qənaətkar etdiyi kimsə, şübhəsiz felaha çatmışdır. HZ. Məhəmməd(s. a. v.)

***
Elə gözyaşlarımız vardır ki, başqalarını aldatdıqdan sonra çox dəfə bizi də aldadar. LA ROCHEFOUCAULD

***
Gözyaşları ilə yuyunan üzdən daha təmiz üz ola bilməz. SHAKESPEARE

***
Qadınlar kişilərə söyləyəcəklərini gözləriylə söyləyərlər. HZ. MƏHƏMMƏD

***
Bağlı gözlər, ruhu seyr etmənin ən gözəl şəklidir. VİCTOR HUGO

***
İnsanın ancaq iki gözü var, lakin görmək üçün yüz dənə gərək. THEODOR STORM

***
Gələcəyi satın ala biləcək tək şey, bu gündür. SAMUEL JOHNSON

***
Gələcəyi düşünməyən insan yaxın zamanda kədərlə qarşılaşacaq. KONFUTSİ

***
Keçmişin təhlükələrindən biri kölə olmaq idi, gələcəyin ki, robot olmaqdır. ERICH FROMM

***
Keçmiş zamanlar bizim üçün yeddi möhürlü bir kitabdır. GOETHE

***
Cənnət sizdən birinizə ayaqqabısının kəndirindən daha yaxındır. Cəhənnəm də belədir. Hz. məhəmməd(s. a. v.)

***
İnsan yuxusunda heç bir zaman səksən yaşında olmur. ANA SEXTON

***
İnsana həyat verilməmiş, kirayəyə götürülmüşdür. PUBLILIUS SYRUS

***
Ən gözəl çiçək, ən tezis solandır. ANDRE GIDE

***
İnsan, "nə isə o olma"nı rədd edən tək varlıqdır. ALBERT CAMUS

***
İnsan əvvəla öz içində, sonra çöldə məğlub olar. ROCKFELLER

***
Ən çox xoşumuza gələn insan, özümüzə bənzətdiyimiz insandır. MOLIERE

***
Tefekkür sahibləri bədən tərəfindən zəifləyər. Şam nə cür ərisə işığı o qədər parlayar. MÖVLANA

***
İman çılpaqdır, paltarı təqva, bəzəyi utanmaq, meyvəsi isə elmdir. HZ. məhəmməd(s. a. v.)

***
Allah, hər alına özünə səcdə etməyə icazə verməmişdir. MÖVLANA

***
Öz ürəyinə baxdığın zaman orada pis bir şey görməzsənsə, ürkəcək və qorxacaq nə vardır? KONFUTSİ

***
İnsan ürəyi heç bir zaman dərinliyinə girilə bilməmiş və giriləməyəcək olan bir iztirablar uçurumudur. CORC SAND

***
Ürək kor olduqdan sonra, gözün görməsində çox fayda yoxdur. HZ. ƏLİ

***
Ümumiyyətlə insanlığın qədəri, layiq olduğu olacaq. ALBERT EINSTEİN

***
Qədər, cahil insana pəncə göstərər. SƏDİ

***
Öz gələcəklərimizi özümüz hazırlayar, sonra da qədər deyərik. DISRAELI

***
Yer üzündə insanların sayı qədər gerçək vardır. GUY DA MAUPASSANT

***
Həqiqəti insanların ölçüləriylə deyil; insanları həqiqətin ölçüləriylə tanı. HZ. Əli

***
Xeyr üçün deyilən yalan, fitnə çıxaran doğrudan yaxşıdır. HZ. məhəmməd(s. a. v.)

***
Lətifə və zəriflik qəsdiylə yalan sözlər danışma. Çünki bu kimi yalanlar, haqqı tez ləğv edər. İBNİ MUKAFFA

***
İnsanlar hər şeyi fərqli gözlər və fərqli düşüncələrlə görərlər. Fikir ayrılıqlarının əsl səbəbi budur. MONTAIGNE

***
Ancaq axmaqlarla ölülər fikirlərini dəyişdirə bilməzlər. LOWELL

***
Gerçəyin ən böyük dostu zaman, ən böyük düşməni tarafgirlik və ən sadiq yoldaşı da təvazökarlıqdır. C. C. COTTON

***
Düşünmək asandır, etmək çətindir. Dünyada ən çətin şey düşünüləni etməkdir. - Goethe

***
İnsanlar hər kəs tərəfindən , xüsusilə də özləri tərəfindən aldadılmaq üçün dünyaya gəlmişlər. - Vauvenarques

***
Ədəd üstünlüyü insanları Hikmət sahibi etməz. - Spinoza

***
Hirsi ağılında məğlub eliyə bilmirsənsə, özünü insandan sayma. - Volteire

***
Heç kim, sandığı qədər bədbəxt, ümid etdiyi qədər də xoşbəxt ola bilməz. - La Rochefocauld

***
Onların arxasından gedəcək cəsarətiniz varsa, bütün yuxular gerçək ola bilər. - Walt Disney

***
Kürəyində hər skripka daşıyan musiqiçi deyil. - A. S. Clara

***
Qadın kölgə kimidir, özünü izləyəndən qaçar, qarşısından gedənin arxasından qaçar. - Kongo Atalar sözü

***
Siyasətlə maraqlanmayan ziyalıları gözləyən qaçınılmaz nəticə, cahillər tərəfindən idarə olunmağa razı olmaqdır. - Əflatun

***
Qadınlar gülə bildikləri zaman gülərlər, istədikləri zaman ağlayarlar. - Venezuella Atalar sözü.

***
Bir yalan nə qədər sürətli olursa olsun, həqiqət onu çatıb keçər. - Keniya Atalar sözü

***
Səni digərlərindən fərqsiz etməyə bütün gücüylə gecə gündüz çalışan bir Dünyada özün olaraq qala bilmək, Dünyanın ən çətin döyüşünü vermək deməkdir. - E. E. Cummings

***
İnsanda gerçək olan onun fikiridir. Gerçək xarici olan isə; fikirinə görə davranmamasıdır. - Fridrich Dürrenmatt

***
İnsan heç bir zaman tərəfsiz ola bilməz. Susmaq da bir görüşdür. - Edgar Faure

Dahilərin dilindən

Hər kəs cənnətə getmək istər amma kimsə ölmək istəməz. - Joe Luis

***
Bərabərlik axtaran məzara getməli. - Alman Atalar sözü

***
Cahil kimsənin yanında kitab kimi səssiz ol. - Mövlana

***
Uzağı düşünməyən kədərə yaxındır. Konfiçyus

***
Quş baxışı baxmaq gözəldir amma "quş kimi" baxmamaq şərtiylə. Şeyx Sədi

***
Müqəddəs sağlamlıq insanı tərk etsə, müdrikliyin belə dadı qalmaz. - Simonides

***
İnsanın bütün orqanları günün birində yorular, dil xaric. - Konrad Adenauer

***
Həyatı yaşamanın iki yolu vardır. Biri; heç bir şeyin möcüzə olmadığını düşünmək, digəri hər şeyin bir möcüzə olduğunu düşünmək. - Albert Eynşteyn

***
İnsan özünü yalnız insanda tanıyar. - Goethe

***
Cəsarət; dahilik, güc və cadunu da içində saxlayar. İndi başlayın. - Goethe

***
Şübhə, xoşbəxtliyin olduğu qədər yaxşı qabiliyyətlərin də düşmənidir. - Samuel Johnson

***
Yaxınlaş, tanış ol, danış, uzaqlaş, amma xidmətçiləşmə. - Mövlana

***
Əgər bir insan bir kitabı oxuyub bitirdikdən sonra, onu fərqli zamanlarda təkrar təkrar oxumaqdan zövq almırsa, o kitabı oxumuş olmasının belə əslində heç bir dəyəri, əhəmiyyəti yoxdur. - Oscar Wilde

***
İnsan yavaş danışıldığında qulaq kəsilər. - Robbe-Grillet

***
Fəlsəfənin sirri, özünü tanımaq və ya hara getdiyini bilmək deyil, o birilərin arzuladığını arzulamaqdır. Öz başına inanmaq deyil inananlara inanmaqdır. - J. Baudrillard

***
"Kədərlənmək sabahın çətinliyindən bir şey azaltmaz. Yalnız bu günün gücünü istehlak edər." Cozef Cronin

***
"Fikirlərini və söylədiklərini əsla qəbul edə bilmərəm. .Ama onları ifadəyə haqqını ölənə qədər müdafiə edərəm.."Volter

***
Aclıqdan ölmək üzrə olan bir iti qurtarın, sizi dişləməyəcək. İnsan ilə it arasındakı başlıca fərq budur" Mark Twain

***
Ədalət topaldır, ağır ağır gedər, lakin gedəcəyi yerə kec də olsa çatar.Mirabeau

***
Ağıllı görünmə səyi, çox vaxt ağıllı olmağa mane olar.La Rochefoucauld

***
Ağıllı kimsənin dili ürəyindədir. Düşünərək söyləyər.Hz. Əli (r.ə.)

***
Ağıllı danışar, çünki onun söyləmək istədikləri var; axmaq danışar, çünki özün bir şeylər söyləmək məcburiyyətində olduğunu sanar.Plato

***
Ağılın gözəlliyi dil ilə, dilin gözəlliyi söz ilə, adamın gözəlliyi üz ilə, üzün gözəlliyi göz ilə müəyyən olar.Yusuf Xas Hacip

***
Xatirə yazmaq, ölümün əlindən bir şey qurtarmaqdır.Andre Gedə

***
Axmağın sevgisi, ayının sevgisidir; kini sevgidir, sevgisi kindir.Mövlana

***
Ayaqda ölmək, düz üstü yaşamaqdan daha yaxşıdır. Vaşinqton

***
Mənə "Səni anlamıram" deməyin layiq olmadığım bir tərif, lakin sənin də layiq olmadığın bir söyüşdür.Xəlil Cibran

***
Müvəffəqiyyətlərini gizləmək, ən böyük müvəffəqiyyətdir.La Rochefoucauld

***
Müvəffəqiyyətin sirri , məşğul olunan mövzuya hakim olmaqdır.Benjamin Disraeli

***
Başqalarının məlumatı ilə məlumatın olsaq belə ancaq öz ağılımızla ağıllı ola bilərik.Montaigne

***
Başqası düşdümü "çürük taxtaya basmasaydı" deyərik. Özümüz düşüncə, basdığımız taxtanın çürük olmasından şikayət edərik. Cənab Şahabettin

Dahilərin dilindən

Başqasından üstün olmamız əhəmiyyətli deyil. Əsl əhəmiyyətli olan şey, dünənki halımızdan üstün olmamızdır.Hind Atalar sözü

***
Məndə 1 yumurta var, səndə 1 yumurta var. Mən sənə 1 yumurta versəm, sən də mənə bir yumurta versən, məndə 1 yumurta səndə 1 yumurta olar. Məndə 1 məlumat var, səndə 1 məlumat var. Mən sənə 1 məlumat versəm, sən mənə 1 məlumat versənsə, məndə 2 məlumat, səndə də 2 məlumat olar.Konfutsi

***
Məlumat bir işıq kimidir. Onu istifadə etsəniz daha parlaq olar, istifadə etməsəniz sönər.Aleksandr Everett

***
Eşq bir qadının həyatının bütün əhvalatı, kişinin isə yalnız bir macərasıdır. Madama da Stael

***
Eşq haqqında hər şey doğru, hər şey səhvdir. Haqqında deyiləcək heç bir şeyin axmaq olmadığı tək şey eşqdir. Chamfort

***
Eşq körpü qurmaqdır. İnsanlar körpü quracaqları yerdə, divar hördükləri üçün tək qalarlar. Nyuton

***
Eşq, eşşəyə belə rəqs etdirər. Fransız atalar sözü

***
Eşq, qeyri-mümkün bir çox şeyi mümkün edər. Goethe

***
Eşqin sirri, ölümün sirrindən daha böyükdür. Oscar Wilde

***
Eşqdən qorxmaq, həyatdan qorxmaq deməkdir və həyatdan qorxanlar indidən üç dəfə ölmüşlər. Bertnard Russel

***
Atalarından sənə qalana layiq olmağa bax! Yoxsa sənin olmazlar. Goethe

***
Eyni dili danışan deyil, eyni duyğuları paylaşanlar razılaşa bilərlər. Mövlana

***
Mənə oxuduğum kitabların ən gözəlinin hansı olduğunu soruşsanız, Söyləyim: ANAmdır. Abraham LINCOLN

***
Başqalarının tez-tez bağışlanın, amma özünüzü əsla… Publilius Syrus

***
Gözləməsini bilənin hər şey ayağına gəlir. Balzac

***
Mən sənin məni sevə bilmə ehtimalını sevdim. Yilmaz Erdogan

***
Bir insanın ağıllı olmasına bir şey dediyimiz yox. Yetər ki; ağılını başqalarına qəbul etdirməyə çalışmasın. Əflatun

***
Bir insanın gerçək zənginliyi, onun bu dünyada etdiyi yaxşılıqlardır. Hz. Məhəmməd s.ə.v

***
Bir adamın sözləri əhəmiyyətli deyil; iki yanı da dinləməli. Goethe

***
Bir şam digər bir şamı alovlandırmaqla, işığından bir şey itirməz. Mövlana

***
Bir hakim: Yaxşı niyyətlə dinləməli, ağıllıca cavab verməli, sağlam düşünməli, tərəfsiz olaraq qərar verməlidir. Sokrates

***
Böyük sıçrayışı reallaşdırmaq istəyən, bir neçə addım geriyə getmək məcburiyyətindədir. Bu gün sabaha dünənlə bəslənərək yol götürər. Bertolt Brecht

***
Cəhalətlə dahilik arasındakı gerçək fərq nədir bilirsinizmi? Dahiliyin sərhədləri var cəhalətinsə heç bir sərhədi yoxdur. Whoopi Goldberg

***
Çiçəyin tikanı var deyə kədərlənəcəyimizə, tikanın çiçəyi var deyə sevinək. Goethe

***
İnsan nə qədər böyük ruhlu olsa, eşqi o qədər dərin bir şəkildə eşidər. Leonardo da Vinçi

***
İnsanlar səhvlərini xoşbəxtkən deyil ancaq bədbəxtkən anlar. Daniel Defoe

***
İnsanları yaxşı tanıyın, hər insani pis bilib pisləməyin, hər insanı da yaxşı bilib tərifləməyin. Mövlana

***
İnsanları yüksəldən iki böyük xüsusiyyət vardır; kişinin mərd, qadının namuslu olması. Napoleon

***
İstəsəniz səhv düşünün, amma hər vəziyyətdə öz başınızla düşünün. Doris Lessing

***
Yaxşı dostu olanın aynaya ehtiyacı yoxdur. Mövlana Cəlaləddini Rumu

***
Optimist adam, yaranın üstündə artıq qabıq, pessimist adam isə qabığın altında yenə yara görər. Shakespeare

***
Qaranlığı lənətləməkdənsə, bir şam yandırın. Konfutsi
Loading...

OXŞAR XƏBƏRLƏR

Загрузка...

SON XƏBƏRLƏR

Nina Guney

24 Avqust 2012 22:24

Başqalarının tez-tez bağışlanın, amma özünüzü əsla… Publilius Syrus
--------------------
Olmursa olmur...Vardır Allah'ın bir
bildiyi. Üsyan etmə, sonradan anlayarsan sənin üçün edilən yaxşıliğı.'
- Hz. Muhammed (s.a.s.)

ketrin zeta

29 Fevral 2012 18:23

gozel sozlerdi

Poker Face GaGa

29 Fevral 2012 12:31

Gözyaşları ilə yuyunan üzdən daha təmiz üz ola bilməz. SHAKESPEARE
İnsana həyat verilməmiş, kirayəyə götürülmüşdür. PUBLILIUS SYRUS
İnsan heç bir zaman tərəfsiz ola bilməz. Susmaq da bir görüşdür. - Edgar Faure
Eşq bir qadının həyatının bütün əhvalatı, kişinin isə yalnız bir macərasıdır. Madama da Stael
Optimist adam, yaranın üstündə artıq qabıq, pessimist adam isə qabığın altında yenə yara görər. Shakespeare
Qaranlığı lənətləməkdənsə, bir şam yandırın. Konfutsi
--------------------

ms_dynamite

29 Fevral 2012 01:41

Öz gələcəklərimizi özümüz hazırlayar, sonra da qədər deyərik. DISRAELI
--------------------
Bilərək qılmadığın Namaza "qəza" demə! Unutma bilərək maşının önünə atlayana "qəza" keçirtdi yox, "intihar" etdi deyirlər!

DonnA

28 Fevral 2012 19:32

Qadınlar kişilərə söyləyəcəklərini gözləriylə söyləyərlər. HZ. MƏHƏMMƏD
--------------------
Həyat ölümə qaçmaqdır əslində..

FLOR

28 Fevral 2012 18:50

Ağıllı kimsənin dili ürəyindədir. Düşünərək söyləyər.Hz. Əli (r.ə.)

Mr_RoCCo

28 Fevral 2012 17:55

Müsəlman olan, ehtiyacını qarşılayacaq qədər ruzi verilən və Allahu Təala (cc)ın özünə verdiyi ilə qənaətkar etdiyi kimsə, şübhəsiz felaha çatmışdır. HZ. Məhəmməd(s. a. v.)

Əlhəmdulillah müsəlmanıq
Gələcəyi satın ala biləcək tək şey, bu gündür. SAMUEL JOHNSON

Bugün atacağımız bir addım gələcəyimizi dəyişə bilər
Öz gələcəklərimizi özümüz hazırlayar, sonra da qədər deyərik. DISRAELI

Təəssüf..
--------------------
FaceBook
Instagram - ageelvevo

İrina Şeyk

28 Fevral 2012 15:33

cox gozel sozler deyibler

Lineva

28 Fevral 2012 15:32

Gələcəyi düşünməyən insan yaxın zamanda kədərlə qarşılaşacaq.

Gələcəyi düşünüb düşünməməyimizin bununla heç bir əlaqəsi yoxdu.
Qadın kölgə kimidir, özünü izləyəndən qaçar, qarşısından gedənin arxasından qaçar.
Bu fikirlə heç vaxt razılaşmamışam.
Gözləməsini bilənin hər şey ayağına gəlir.

Bunu isə çox bəyəndim smile

Narmishka_

28 Fevral 2012 15:01

Optimist adam, yaranın üstündə artıq qabıq, pessimist adam isə qabığın altında yenə yara görər. Shakespeare

ms_dynamite

28 Fevral 2012 14:57

Sitat: Wolf Town
Eşq, eşşəyə belə rəqs etdirər.bunu bele izzah elemek olar..erkey Ewwek gelir diwi ewweyin yanina diyirki seni sevirem,,,diwi ewwek cavab vermir...erkek deyir sen meni sevmirsen?diwi ewwek deyir eger oynasan sene he cavabi vericem...erkek ewwekde widiriqi oynayir..bununda adin qoyublar ewq ewweye bele reks eledirer..

Allah sizi guldursun oldum gulmekden mocking mocking
--------------------
Bilərək qılmadığın Namaza "qəza" demə! Unutma bilərək maşının önünə atlayana "qəza" keçirtdi yox, "intihar" etdi deyirlər!

World Live

28 Fevral 2012 14:48

LARACROFT,
yəqin demək istəyib yaltaqlanma...

LARACROFT

28 Fevral 2012 14:45

Yaxınlaş, tanış ol, danış, uzaqlaş, amma xidmətçiləşmə. - Mövlana

Bunu başa düşmədim,xidmətçiləşmə nədi?
--------------------
Heç bir bəzək və paltar bir qadını, analıq sevgisi qədər gözəlləşdirə bilməz!...

World Live

28 Fevral 2012 14:24

Yaxşı deyib atalar...

Faya

28 Fevral 2012 14:07

İnsana həyat verilməmiş, kirayəyə götürülmüşdür. PUBLILIUS SYRUS
--------------------
ALLAH duaya 3 şəkildə cavab verir; "bəli" deyər istədiyini verər, "xeyir" deyər daha yaxşısını verər, "səbr elə" deyər ən yaxşısını verər.

maria_haukaass

28 Fevral 2012 12:55

cox gozel sozlerdi beyendim twk hello

Wolf Town

28 Fevral 2012 12:52

Eşq, eşşəyə belə rəqs etdirər.bunu bele izzah elemek olar..erkey Ewwek gelir diwi ewweyin yanina diyirki seni sevirem,,,diwi ewwek cavab vermir...erkek deyir sen meni sevmirsen?diwi ewwek deyir eger oynasan sene he cavabi vericem...erkek ewwekde widiriqi oynayir..bununda adin qoyublar ewq ewweye bele reks eledirer..Raziyam cox daw urekleri yumwaldib ewq

MASTER-SAN

28 Fevral 2012 12:41

Gələcəyi satın ala biləcək tək şey, bu gündür. SAMUEL JOHNSON
--------------------
Elə insanla DOSTLUQ eləki SƏN onun üçün ÖLMƏYİ fikirləşəndə , O SƏN -nin üçün coxdan ÖLMÜŞ olsun hi: : by : (Vasif .Abbasov )

SIZ niyə SEVMİRSIZ .... ????
Diyəsən xanim ürəyimə saplanmiş xəncəri gormədiz .. hi BY : ( Vasif .Abbasov)

SON ---11/02/2009 -- 26/06/2011 lovejoy --- bye

Esperanza

28 Fevral 2012 12:25

Bir insanın gerçək zənginliyi, onun bu dünyada etdiyi yaxşılıqlardır. Hz. Məhəmməd s.ə.v yes

Resad_Mamedov

28 Fevral 2012 12:12

Məndə 1 yumurta var, səndə 1 yumurta var. Mən sənə 1 yumurta versəm, sən də mənə bir yumurta versən, məndə 1 yumurta səndə 1 yumurta olar. Məndə 1 məlumat var, səndə 1 məlumat var. Mən sənə 1 məlumat versəm, sən mənə 1 məlumat versənsə, məndə 2 məlumat, səndə də 2 məlumat olar.Konfutsi

Gozel aydinlatma idi