
Dünyanın ən gözəl sözüdür ANA!
- 06 Yanvar, 2012
- 50 680 Baxış
Cənnət Anaların ayaqları altındadır. Cəhənnəm isə bundan imtina edənlərin.
Sən rahat ol ana. Atamın yanında qızından başqa qadın yoxdu...
Mənim heç sevgilim olmadı ana,
nə bir ailə qurdum,
nə bir gün üzüm güldü,
öpə bilmədim bir övladı..
kimsəni sevə bilmədim ana
sənə olan sevgim azalmasın deyə
Mən həyatım boyu bir tək səni sevəcəyəm ana!
axx... mən ölüm ana...
Sənə layiqli övlad olmadım...
Sən niyə məni doğdun ana???
Beləcə dualarımla qoruyaram səni, Anam.Uşaqkən birlikdə dua edərdik bəzən..Və o zamanlar dualarımda həmişə uşaq ağlımla inanaraq deyərdim-“ALLAHIM anamı hec vaxt öldürmə”.Amma illər keçdikcə bir gün sənin də hər kəs kimi gedəcəyini anladım...Çoxları kimi Allahdan mənim canımı səndən əvvəl almağını istəmirəm mən..Sən ölərsən mən yaşaya bilmərəm.Amma sənin arxamca ağlamağına da dayana bilmərəm,anam.
Anam danışdığı zaman, dünyanın ən gözəl musiqisini dinləyirəm sanki. Anam baxdığı zaman dünyanın bütün rəngləri qucaqlayır məni. Ağlasa ürəyimə fincandan boşalırcasına yağmur yağar sanki.Gülüşü içimə baharı gətirər.
ANA nəfəsi, ANA sevgisi, ANA mərhəməti bəziləri üçün dolu dünyanın, bəziləri üçün isə boş dünyanın bütün naz-nemətinə dəyər!
Dilindəki “bala” səsi, gözlərindəki sevgi, qəlbindəki mərhəmət, simasındakı təbəssüm mənim dünyamdır! Bu dünyam dağılsa məhv olaram!
Sənin qoxun cənnət qoxusu anam. Sənin varlığın başqadır anam.
ALLAHın bizə göndərdiyi bir mələkdi ANA. O mələk ki, bizə dünyaya gəldiyimiz ilk gündən bəri yaşamağı öyrədən, taaa körpə ikən, heç kimi anlamadığımız çaglarımızda bizə dünyada eşidə biləcəyimiz ən şirin və gözəl kəlmələrlə bizə çatdıran, danışmağı, yeriməyi bizə öyrədən bir mələk. Allaha əl açıb dua etməyi də bizə öyrədən ANAdır.
Əyər belə bir seçmə şansı mənə verilsəydi, sənin anan olmağı istərdim. Ona görə istərdim ki, mənə verdiyin sevgini mən də sənə verim.
Can Yüceldən..."niyə heç vaxt ananız haqqında heç nə yazmırsınız"- deyə soruşanda şair "cavabında anama olan sevgimi yazacaq qədər şair deyiləm" dediyi kimi...mən də anam haqqında yaza biləcək qədər ürək sahibi deyiləm sadəcə...
Sən qocalıb ürəyin yavaş döyünəndə isə, mən sənin ürəyin olmağı düşünürəm ANA!
....Və nə yaxşı ki, Allah öz isminin ilk hərfindən bəhrələnərək yaratdığı varlıq mənim Anamdır.
Bir gün atamdan soruşdum.
- Anamı çox istəyirsən yoxsa məni?
- Mənə səni verdiyinə görə Ananı.