Loading...

Gözəl sözlər...
Aforizmlər və Lətifələr
- 27 Yanvar, 2011
- 28 931 Baxış
Loading...

Kimi kəslərə görə sirr saxlamaq, söyləyərkən səsini alçaltmaqdır.
FRANKLIN P. JONES
Başqasının izində gedən iz buraxmaz.
JOAN I. BRANNON
Üç şey gizlənməz, tüstü, eşq, pulsuzluq.
ƏRƏB ATALAR SÖZÜ
Gənclərin bir çoxu tərbiyəsiz və kobud hərəkətlərini təbiilik sanarlar.
La ROCHEFOUCAULT
Şübhəsiz yaşa...Çünkü böhran içində yaşayanların ruhları və bədənləri kiçilər.
ZOROASTER
Yaltaqdan çəkinin, çünki o insanı boş qaşıqla bəsləyər.
COSINO DA GREGRIO
İki dostdan hər biri özünün o birindən bir parça daha üstün olduğunu düşündüyü müddətcə dostluq sürər.
HONORE DE BALZAC
Sevgi nə birdən var olar, nə də birdən yox olar.
CHARLES DICKSEN
Adəmin ən böyük qürur qaynağı, bir çox böyük sözün əvvəlcə öz ağzından çıxması idi hərhalda.
MARK TWEN
Anlamaq bəyənmənin başlanğıcıdır.
SPINOZA
Qısqanc daha çox sevər, amma qısqanc olmayan daha yaxşı sevər. Qısqanclıq eşqdən doğular, amma hər vaxt eşqlə ölməz.
LA ROCHEFOUCAULD
İnsanların xoşbəxtliyi o qədər dəyişik parçalardan bir araya gəlir ki, içlərindən daim bir neçəsi nöqsandır.
BOSSUET
Xoşbəxtliyə maneə törədən şeylərdən biri, həyatdan çox-çox xoşbəxtlik gözləməkdir.
FONTENELLE
Bildiyim az şeyi cəhalətimə borcluyam.
SECHA GUITRY
Ciddiliyin çoxu nifrət doğurar, mərhəmətin çoxu da nüfuzu azaldar. Daim ortada qalmağa çalışın, nə kin, nə də dəliliklə qarşılaşacaqsınız. Necə ki cərrah ehtiyaca görə ya neştərini istifadə edər ya da yaraya məlhəm sürər.
SADI
İnsanın özünü bərbad hiss etməsi xoşbəxt olub olmadığına əhəmiyyət verəcək qədər boş zamanı olmasından irəli gələr.
BERNARD SHAW
Bir düşüncəni bir çox sözlə ifadə etməyə cəhd etsək, onu boğarıq.
FRANK A. CLARK
Axmaq görünməyə cəsarət etmək, böyük ağıllılıqdır.
ANDRE GIDE
Təvazökarlıq gözəl şeydir amma, gerçəyi söyləməmək də axmaqlıq olar.
BOBY FISCHER
Vermənin zövqünü bilmək üçün kasıb olmaq gərəkdir.
CORC ELIOT
Pis insanlara güvənilə bilər. Heç olmasa dəyişməzlər.
WILLIAM FAULTNER
Psixoloq, gözəl bir qız gördüyündə qızı deyil, qıza baxan kişiləri izləyən adamdır.
JO MERBST
Tək özünü düşünən insan, yumurtasını bişirmək üçün qonşusunun evini yandırar.
BACON
Kədərlənmə, sabahın çətinliyindən bir şey azaltmaz, yalnız bu günün gücünü istehlak edər.
A. J. CRONIN
İnsanın dostu yoxdur. Səadətinə ortaq olmaq istəyənlər vardır.
NAPOLEON
Qüsurlar heçdən doğular, amma qüsurlar heç deyil.
PANIN
Mənimlə eyni fikirdə olan hər kəsdən qorxaram.
ELEZAR BENYOETZ
Bir şey soruşan, şübhəsiz bir şey bilməlidir.
ELEZAR BENYOETZ
Zaman böyük bir müəllimdir, tək çox təəssüf ki daim şagirdlərini öldürər.
CURT GOETZ
Pəncərəni özünüz açsanız yaxşı hava gəlir, başqası açsa cərəyan olar.
LUCILL J. GOODYEAR
İnsanlar bir dəfə aldadılsa, həqiqətən belə şübhə edərlər.
HITOPADERRA
Bir insanın ilk işi nədir? Cavab açıq: Özü olmaq.
HENRIK IBSEN
Eqoist daim ən sevdiyi adama, yəni özünə zərər verər.
BERNICE PEERS
Səbirsiz adam iki dəfə gözləyər.
MACK GINNIS
Dostu sevərəm, amma düşməni də ... Dost gücümü, düşmən tapşırığımı göstərər...
SCHILLER
Həyat yalnız geriyə doğru aydın ola bilər, lakin irəliyə doğru yaşanmalıdır.
SOREN KIERKEGAARD
Həyat, iç əlaqələrin xarici əlaqələrə olan davamlı adaptasiyasıdır...
SPENCER
Müvəffəqiyyətlərimiz, etdiyimiz pis hərəkətlərdən daha çox düşmən qazandırar.
T. JEFFERSON
Etimad edilmək, sevilməkdən daha böyük iltifatdır.
CORC MACDONALD
Gəncliyimizdə, düşüncələrimizi meydana gətirən bütün mövzular sevgi ilə əlaqədardır. Sonraları isə, bütün sevgilərimiz düşüncələrimiz olar.
A. EINSTEIN
Sonsuzluğu incitmədən zamanı öldürmək mümkün deyil.
THORCAN
Başqalarının kefinə görə yaşamaq, səfalətlərin ən böyüyüdür.
PUBLIUS SYRUS
İnsan tək ürəyiylə tam görər. Əsaslı olan şeylər gözlə görülə bilməz.
SAINT EXUPERY
Loading...
OXŞAR XƏBƏRLƏR
Загрузка...