Loading...
Həzrəti Loğmanın oğluna öyüdləri

Həzrəti Loğmanın oğluna öyüdləri

Loading...
Həzrəti Loğmanın oğluna öyüdləri

Həzrəti Loğmanın oğluna öyüdləri:


Günahın zərrəsindən belə qaç Qəzəbə uğrayacaqmısan kimi Allahdan qorx. Lakin ümidin qorxundan çox olsun.

Ən yaxşı nemət yaxşı xasiyyətli olmaqdır.

Sözünə sadiq ol.

Hər kəsə yumşaq ol.

Keçmişdə səninlə düşmənliyi olmuş kimsəyə güvənmə.

Dümdüz ol.

Başına gələnə səbr et.

Yaxşı kəslərlə yoldaş ol.

Dilini küfr sözlərdən qoru.

Sədəqəni tərk etmə, zəkatı məhrum etmə.

Pisliyi tərk edib Allahdan əfv dilə, tövbə edib bir daha tövbəni pozma.

Saxtakarlıq etmə ,kimsəni aldatma.

Sarımsaq şəfalıdır.

Soğanın çiyi zərər, bişmişi fayda.

Divarı nəm, insanı qəm yuyar.

Ey oğlum! Cahili bir yerə elçi olaraq göndərmə. Əgər ağıllı birini tapa bilmədinsə, özün get.

Ey oğlum! Dünya dərin dəniz kimidir. Çox insan onda boğulmuşdur. Təqva gəmin, iman yükün ,təvəkkül halın, saleh əməl azuqən olsun. Xilas olsan Allahın rəhmətiylə, boğulsan günahın səbəbiylədir.

Ey oğlum! Mən nə qədər ağır yüklər daşıdım, lakin kasıblıq kimi ağrı görmədim.

Mərhəmət edən mərhəmət tapar.

Xeyr söyləyən qazanc əldə edər, pis danışan günahkar olar. Dilinə hakim olmayan peşman olar.

Ey oğlum! Qənaətkar olsan dünyada səndən varlı kimsə yoxdur.

Başqasına həsəd edən iztirabdan xilas ola bilməz.

Ey oğlum! Hər halında Allaha sığın, hər şeyi Allahdan bil.

Dünyanın sevinclərini təcrübə etdim, elmdən ləzzətlisini görmədim.

Ey oğlum! Sözü şirin söylə. Çox zaman sus.

Səhhət kimi zənginlik, gözəl əxlaq kimi nemət yoxdur.

Ey oğlum! Xoruz səndən daha ağıllı olmasın. O hər səhər zikr edərkən sən yatma.

Dünya keçici və qısadır. Sənin dünya həyatın isə azın azıdır. Bunun da azının azı qalmışdır, çoxu keçmişdir.

Ey oğlum, pis qadından çəkin. Çünki o vaxtından əvvəl səni qocaldar. Pis qadınların şərindən qorx, çünki onlar yaxşılığa çağırmaz.

Ey oğlum! Yalandan çəkin. Çünki dinini pozar və insanlar yanında şərəfini salar. Bununla birlikdə həyanı, dəyərini və mövqeyini itirərsən.

Həmişə kədərli olma ,ürəyini dərdli etmə.

Böyüklərlə danışarkən sözü uzatma.

Başqasının yanında özünü və ailəni tərifləmə.

Kimlərsə danışarkən araya söz qarışdırma.
Loading...

OXŞAR XƏBƏRLƏR

Загрузка...

SON XƏBƏRLƏR

PeTTy

28 May 2013 16:36

Loğman suresinde bu haqda verilib,hamsına emel etmek lazımdı,tekce oğluna deyil,bütün herkese verilen nesihetlerdi.

witch_ifi

5 Oktyabr 2010 00:25

Ey oğlum, pis qadından çəkin. Çünki o vaxtından əvvəl səni qocaldar. Pis qadınların şərindən qorx, çünki onlar yaxşılığa çağırmaz.

Nahid-19

3 Oktyabr 2010 00:16

Sitat: LARACROFT
Maraqla oxudum.Çox sağ ol.

Mənən fərqli olaraq....!
--------------------
Sən həyat hekayəmdə yeganə cümləsənki nöqtə qoya bilmirəm

LARACROFT

2 Oktyabr 2010 00:35

Maraqla oxudum.Çox sağ ol.
--------------------
Heç bir bəzək və paltar bir qadını, analıq sevgisi qədər gözəlləşdirə bilməz!...

MR.QARRI

1 Oktyabr 2010 23:57

Səhhət kimi zənginlik, gözəl əxlaq kimi nemət yoxdur.

FLOR

1 Oktyabr 2010 21:49

Keçmişdə səninlə düşmənliyi olmuş kimsəyə güvənmə.

l2a1000

1 Oktyabr 2010 21:19

Sitat: Special 
Soğanın çiyi zərər, bişmişi fayda.mən bişmiş soğan yeyə bilmirəm ancaq çiy xoşlayıram bəs mənə dedilər faydalıdır

Hə məndə bişmiş yeyə bilmirəm çiy dadlı olurr amma bişdikdə onun səhv eləmirəmsə tərkibindəki vitaminlər ölür axı? belay

Special

1 Oktyabr 2010 16:55

Soğanın çiyi zərər, bişmişi fayda.

mən bişmiş soğan yeyə bilmirəm ancaq çiy xoşlayıram sad bəs mənə dedilər faydalıdır

DReaM

1 Oktyabr 2010 13:51


Ey oğlum! Dünya dərin dəniz kimidir. Çox insan onda boğulmuşdur. Təqva gəmin, iman yükün ,təvəkkül halın, saleh əməl azuqən olsun. Xilas olsan Allahın rəhmətiylə, boğulsan günahın səbəbiylədir.

Ey oğlum! Xoruz səndən daha ağıllı olmasın. O hər səhər zikr edərkən sən yatma.

gesengdi....

Faya

1 Oktyabr 2010 13:04

Səhhət kimi zənginlik, gözəl əxlaq kimi nemət yoxdur.
--------------------
ALLAH duaya 3 şəkildə cavab verir; "bəli" deyər istədiyini verər, "xeyir" deyər daha yaxşısını verər, "səbr elə" deyər ən yaxşısını verər.

Kedicik_19

1 Oktyabr 2010 12:53

Keçmişdə səninlə düşmənliyi olmuş kimsəyə güvənmə.

NellY

1 Oktyabr 2010 12:45

Ən yaxşı nemət yaxşı xasiyyətli olmaqdır.
4ox heyfki bu cumleden bawga butun cumlelere reiayet ede bilirem..oldugca pis,4atin xarakterim var!

10-suz

1 Oktyabr 2010 12:43

maraqli ,lazimli nesihetlerdi tsw.ilk serh menden winked

__lovely__

1 Oktyabr 2010 12:41

nə gözəl öyüdlərdi... çox sevirəm belə dahi fikirləri oxumağı...