Loading...
İki hekayə

İki hekayə

Loading...
İki hekayə

 

O, daha çox mərhəmətlə baxırdı...
Çox itki vermişdilər. Ona görə də, general kəndi bombalamağı əmr etdi. Sonra kəndi mühasirəyə aldılar. Əsgərlər evləri bir-bir gəzib yoxlamağa başladılar. Sağ addam qalmadığına əmin olduqdan sonra kənddən uzaqllaşmağı qərara aldılar. Bu vaxt evlərin arasından bir atəş səsi eşidildi. Dəhşətli bombardıman yenidən başladı. Bir azdan hər tərəfə ölüm səssizliyi çökdü. Əsgərlər yenə evlərə girib bir-bir yoxladılar. Çox keçməmiş xarabalıqlar arasında əlində köhnə bir tüfəng olan çəlimsiz bir uşaq gördülər. Uşağı birbaşa generalın yanına apardılar. Generalın sağ gözü qoyma idi. Bi anlığa generalın uşağa yazığı gəldi. Və onu xilas etmək üçün:
-Əgər hansı gözümün həqiqi olduğunu bilsən, səni öldürməyəcəyəm-dedi.
Uşaq diqqətlə generalın gözlərinə baxdı və heç tərəddüd etmədən:
-Sağ gözün,-dedi.
General təəccübləndi:
-Ola bilməz! Sağ gözümün qoyma olduğunu bilə niyə belə dedin?...
-Çünki o, daha mərhəmətlə baxırdı...

Paxlava
Mən uşaq olanda maddi vəziyətimiz o qədər də yaxşı deyildi. Bir gün atam evə bir az paxlava aldı. Yadımdadır, o gün bizim üçün əsl bayram oldu. Ertəsi gün isə sinifində yardım hhəftəsi oldu. Hamı evindən bir şey gətirməli idi. Anam da mənim üçün bir paxlava qoydu...
Dərsin başlamasına az qalmış sinifə girdim. Hamının qarşısında cürbəcür şirniyyatlar var idi. Sinifin ən yaramaz uşaqlarında biri qarşımda dayandı və paxlavama baxıb gülməyə başladı. Sonra da elə gülə-gülə:
-Deyesen, sən o paxlavanı siçanlar üçün gətirmisən, -dedi.
Onun bu sözündən sonra hamı gülməyə başladı. Mən isə xəcalətimdən nə deyəcəyimi bilmədim. Odur ki, ağlayaraq sinifdən çıxdım. Sinifdən çıxıb birbaşa evə gəldim. Və qapıdan girən kimi anama qışqırmağa başladım:
-Axı sən nə üçün mənə cəmi bir dənə paxlava qoymusan? Halbuki sinifdəki uşaqların çantalarında cürbəcür yeməklər, cürbəcür şirniyyatlar var idi. Məndə isə cəmi bir dənə paxlavaa... Məni bütün sinif yoldaşımlarımın qarşısında utandırdın! Dedim.
-Çünki paxlavalardan mənim payıma düşən ancaq bu idi!-dedi. Bu sözü eşidən kimi sanki beynimində sanki ildırım çaxdı. Və bir anlıq öz-özümə nifrət etdim. Artıq anamın boynuna sarılmağa da üzüm qalmamışdı. Bilirəm, analar uşaqlarından küsmürlər, ancaq mən o gündən öz-özümdən küsdüm. Və o vaxtdan bəri bir dəfə də olsun, ağzıma paxlava qoymadım...
Loading...

OXŞAR XƏBƏRLƏR

Загрузка...

SON XƏBƏRLƏR

emiwka

16 İyun 2014 17:29

cox cox tewekkur edirem
--------------------
Getdim Sagolun

Night Wolf

17 Mart 2014 13:39

Sitat: Sevil♥Malik
İkincisini çox bəyəndim təşəkkürlər hekayələrə görə Night Wolf

Çox sağ ol əzizim
--------------------
Hz.Məhəmməd (s.ə.s) əxlaqı, Hz.Süleyman səadəti, Hz.Eyyubun səbri Hz.Həmzənin cəsarəti, Hz.Yusifin gözəliyi, Hz.Əlinin biliyi və 124 min peyğəmbərin duası bizimlə olsun AMİN!

Jenny J

16 Mart 2014 12:32

İkincisini çox bəyəndim təşəkkürlər hekayələrə görə Night Wolf
--------------------
Wow man, this is weird on acid..