Loading...
2 gözəl hekayəm

2 gözəl hekayəm

Loading...
2 gözəl hekayəm



Xeyirxah qız

Bir gün ağsaçlı müdrik qocanın yanına gözü yaşlı gənc, gözəl bir qız gəlir:

-Nə edim, mənə məsləhət verin. Mən həmişə hamıya kömək etməyə,heç kimi incitməməyə çalışıram. İnsanlara qarşı çox xeyirxaham.
Bu qədər səmimi və mehriban olmağıma baxmayaraq, hörmət və minnətdarlıq əvəzinə çox vaxt qəlbimi qırır, məni incidirlər. Mənim günahım yoxdur, bu, ədalətsizlikdir. Ağladacaq qədər ağrılıdır.

Müdrik qoca gözəl qıza baxdı və gülümsədi:

-Çılpaq soyun, şəhərin küçələrini belə gəz.

-Dəli olmusunuz? Belə halda Allah bilir başıma nə oyun gətirərlər.

Belə olduqda ağsaqqal qapını açdı, bir güzgü gətirdi, qızın önünə qoydu:

-Bax, görürsən, bu gözəl bədəninlə insanların qarşısına çılpaq çıxmağa cəsarət etmirsən.

Nədən çılpaq qəlbinlə yer üzündə gəzirsən?Sənin qəlbin bu qapı kimi açıqdır, hamı ora sərbəst daxil olur.Sənin qəlbin güzgü kimi əks etdirir.Sənin xeyirxahlığında öz pis əməllərinin əksini görənlər səni alçaltmağa, incitməyə, ləkələməyə çalışırlar.Hər adamın cəsarəti çatmır etiraf etsin ki, kimsə ondan yaxşıdır. Dəyişməyi bacarmayan belə adamlar düşmənçilik etməyə üstünlük verir.

-Bəs mən nə edim?

-Gedək, mən sənə öz bağımı göstərim.

Müdrik adam qızı bağa apararaq dedi:

-Neçə illərdir ki, mən bu güllərə, çiçəklərə su verirəm, qulluq edirəm. Hələ bir dəfə də olsun onun qönçə açmağa başladığı anı görməmişəm. Halbuki, hər gün onların gözəlliyindən və ətrindən zövq alıram.

Sən də çiçək kimi ol. İnsanların qarşısında ürəyini tələsmədən, hiss etdirmədən aç.Diqqət et ki, kim sənə dost olmağa layiqdir, kim çiçək sulayan, kimi sənin xeyirxahlığına
təkan verir, kim isə ləçəkləri qoparır, ayaq altında əzir.

2 gözəl hekayəm

Yalan yarışması

Padşah bir gün, «Mənə yalan söyləyə bilənə bir küp dolusu qızıl verəcəyəm!» demiş.
Yalançılar dərhal saraya qaçmaqa başlamışlar yalan danışsınlar...

Yalançı: «Bir quş, aslanı qapıb yuvasına apardı».

Padşah: «Burda yalan yoxdur Quş qartaldır, aslan da quzu qədər kiçik bir bala. Qapib aparar təbii!..”

Yalancı: »Qonşu ölkədə bir eşşəyi kral etdilər!..”

Padşah: “Ölkənin kralı, pəncərədən baxdıqı yerdə tacını salmış. Tac da pəncərənin altındakı eşşəyin başına keçmiş. Tac kimin başındadırsa, kral odur təbii!..”

Yalançı: «Padşahım, mən səmaya bir ox atdım. Altı ay sonra geri döndü!»

Padşah: «Sənin ox bir ağacın üstünə düşmüşdür. Ağac, payızda yarpaqlarını töküncə, ilişəcək yer tapa bilməyib yerə enmişdir».

Beləcə padşah, hər yalana gerçək bir bəhanə tapmış və kimsə padşaha bu yalandır dedirdə bilməmiş.

Amma bir gün Məlikməmməd gəlmiş:

«Padşahım, sən mənim atamdan borc olaraq bir küp dolusu qızıl götürmüşdün. İndi qızılı götürməyə gəldim. Yalandır desən mükafatımı ver, yalan deyil desən borcunu ödə
Loading...

OXŞAR XƏBƏRLƏR

Загрузка...

SON XƏBƏRLƏR

qartal_1

15 Mart 2014 21:13

heeeeeeeeeeeeeee melikmemmed hemiwe agilli olubda))))))))))))

Night Wolf

11 Mart 2014 21:08

yalan yarışması ləzət elədi padşahı bağladı təmiz
--------------------
Hz.Məhəmməd (s.ə.s) əxlaqı, Hz.Süleyman səadəti, Hz.Eyyubun səbri Hz.Həmzənin cəsarəti, Hz.Yusifin gözəliyi, Hz.Əlinin biliyi və 124 min peyğəmbərin duası bizimlə olsun AMİN!

sevinc m-zada

11 Mart 2014 19:02

«Padşahım, sən mənim atamdan borc olaraq bir küp dolusu qızıl götürmüşdün. İndi qızılı götürməyə gəldim. Yalandır desən mükafatımı ver, yalan deyil desən borcunu ödə
ela idi lovejoy
--------------------
love Koray İzitaş Vine love

sevgi meleyi zema

11 Mart 2014 16:36

ela hekaye idi sgolun

Dark PrincesSa

11 Mart 2014 16:28

Sən də çiçək kimi ol. İnsanların qarşısında ürəyini tələsmədən, hiss etdirmədən aç.Diqqət et ki, kim sənə dost olmağa layiqdir, kim çiçək sulayan, kimi sənin xeyirxahlığına
təkan verir, kim isə ləçəkləri qoparır, ayaq altında əzir.

recourse