Loading...

2 hekayə
Aforizmlər və Lətifələr
- 15 Mart, 2014
- 2 154 Baxış
Loading...

Dərviş və pul
Bir gün padşah bir vəzirinə bir qədər pul verir və şəhərdə nə qədər dərviş varsa, onlrara paylamağı tapşırır. Vəzir bir neçə dərvişin yanına gedir, ancaq axırda pulu aldığı kimi padşaha qaytarır.
Padşah:
-Bəs pulu nə üçün paylamadın?-deyə soruşur.
Vəzir:
-Padşahım, bu pulu verməyə dərviş tapmadım, -deyə cavab verir..
Padşah:
-Axı bu necə ola bilər?Şəhərdə yüzlərlə dərviş var?-deyir.
-padşahım, dərvişlər pulu qəbul etmədilər. Pulu qəbul edənlər isə dərviş deyildilər...
Bacarsanız da, bacarmasanız da
Bütün çətinliklərə baxmayaraq, Afrikada xəstəxana açan, həm həkimliyi, həm də insanlığı ilə şöhrət qazanan məşhur həkim Albert Şveytser ondan bir jurnalist soruşur:
-Əgər həkim olmasaydınız, özünüzü insanlara necə hgəsr edərdiniz?
Albert Şveytser belə cavab verdi:
-Əgər insanları sevməyi bacarırsınızsa, peşənin elə bir əhəmiyyəti yoxdur. Yox əgər insanları sevməyi bacarmırsınızsa, yenə də peşənin elə bir əhəmiyyəti yoxdur.

OXŞAR XƏBƏRLƏR
Загрузка...