Loading...
Müdrik sözlər

Müdrik sözlər

Loading...
Müdrik sözlər

 

1.Mənə elə dost lazım deyildir ki, hər şeydə mənimlə razılaşsın, mən başımı əyəndə o da əysin, ona qalsa mənim kölgəm də dostdur.
2.İş bizi üç bəladan: avaraçılıqdan, qəbahətdən, və ehtiyacdan xilas edir.
3.Tər əməyin göz yaşlarıdır.
4.Sevgi yarası öldürməsə də heç bir zaman sağalmır.
5.Məhəbbət nə qədər təmkinli və sakit olarsa, o qədər də çox davam edir. Adət onu möhkəmlədib bütün həyat boyu saxlayır.
6.Ana olmasa nə şair olar, nə də qəhraman.
7.Ana qəlbi – mücüzələr xəzinəsidir.
8.Sevgi hər şeyə qalib gəlir, gəlin biz də onun hökmranlığına tabe olaq
9. İt sənə dost olar bir sümük atsan,
Namərd, qədir bilməz qurban da olsan.
10. Az bilmək və özünü çox bilən kimi göstərmək xəstəlikdir, yalnız bu xəstəliyi başa düşməklə ondan xilas ola bilirsən.
11.Hamı öz yaddaşından gileylənir, ancaq heç kəs ağıldan şikayətlənmir.
12. Deyirlər ki, adamlara iki qulaq və bir dil – çox eşidib, az danışmaq üçün verilmişdir.
13.Üç şey: atılmış ox, deyilmiş söz və keçmiş günlər geri qayıtmır.
14.İdeyasız yaşamaq məqsədsiz yaşamağa bənzəyir və insanı bir şəxsiyyət kimi mənəvi cəhətdən yoxsullaşdırır.
15.İnsanın nəyə qadir olduğu yalnız maneələrlə mübarizədə aydın olur.
16.Mümkün olmayanı yalnız insan mümkün edə bilər. Həm də mümkün edə bilməyi düşünənlər edə bilər.
17. Xoşbəxtlik dörd şeydən ibarətdir: əsli pak, ürəyi pak, əli pak, rəyi doğu.
18. Atalar sözləri – şəhadət barmağında daim parlayan qiymətli üzükdür.
19.Kişi səs verər, sirr verməz.
20. Baş ürəyi tərbiyə etməlidir.
21. Qanadın yoxdursa yüksəklərə uçmaq təşəbbüsündə olma.
22.Vətən hissi izahedilməzdir, biz onu analıq hissilə bağlayırıq.
23.Heç vaxt dayanmaq bilməyən həyatla bərabər daim irəliyə, irəliyə doğru getmək lazımdır.
24.Dünyada ən yaxşı ləzzət və böyük fərəh – özünün başqasına lazım olduğunu hiss etməkdir.
25.Hər kəs öz dilinin altında gizlənmişdir.
26.Ağıllı adamın axmaq qarşısında susması təəccüblü deyildir, çünki nağara səsi tar səsinə, sarımsaq iyi ənbər qoxusuna həmişə üstün gələr.
27.Demədiyimi hər vaxt deyə bilərəm, lakin dediyimi dana bilmərəm.
28.O günü, o saatı bədbəxt say ki, yeni bir şey öyrənməmisən.
29.Elmdə hər bir mütərəqqi addım dini geri çəkilməyə məcbur edir.
30.Sözün yarısı onu deyənə, yarısı da qulaq asana məxsusdur.
Loading...

OXŞAR XƏBƏRLƏR

Загрузка...

SON XƏBƏRLƏR

a_y_a_n

27 İyul 2014 19:10

Sitat: hayat-bir kitabdir
17.xowbextlik dord weyden ibaretdir....esli pak, ureyi pak,eli pak,reyi dogru...

it senle dost olar,bir sumuk atsan.......

Gunay

18 İyun 2014 15:42

17.xowbextlik dord weyden ibaretdir....esli pak, ureyi pak,eli pak,reyi dogru...

gulumse

8 Mart 2014 21:50

9. İt sənə dost olar bir sümük atsan,
DOGRUDU

Nahid-19,
nahid seni bu gun tapmag ne cetindi yeqinki serh yazmamisan buyun axir tapdim ama hediyyen ucun cox sagoll mene coxlu hedye vermisen sagol fascinated

SaBii

7 Mart 2014 21:39

hamisi gewey idi twkk

Starbucks

7 Mart 2014 14:31

Sevgi yarası öldürməsə də heç bir zaman sağalmır.

good
--------------------
Follow İnstagram: @anti_standart

Nemka...

7 Mart 2014 14:30

sevgi yarasi oldurmesede sagalmir

Night Wolf

7 Mart 2014 14:24

Sevgi yarası öldürməsə də heç bir zaman sağalmır


Bir kimsənin bu yara ilə yaşamasını istəmərəm.
--------------------
Hz.Məhəmməd (s.ə.s) əxlaqı, Hz.Süleyman səadəti, Hz.Eyyubun səbri Hz.Həmzənin cəsarəti, Hz.Yusifin gözəliyi, Hz.Əlinin biliyi və 124 min peyğəmbərin duası bizimlə olsun AMİN!

Nahid-19

7 Mart 2014 14:15

Hamısı mənalı və gözəl sözlərdi.Thanks....!
--------------------
Sən həyat hekayəmdə yeganə cümləsənki nöqtə qoya bilmirəm