Loading...

Müdriklərdən müdrik sözlər
Aforizmlər və Lətifələr
- 05 Mart, 2014
- 6 811 Baxış
Loading...

1.Elə adamlar axtarın ki, onlarla söhbət yaxşı kitaba bərabər olsun, elə kitablar da axtarın ki, mütaliəsi filosoflarla söhbətə dəysin.
2.Kəşf etmək hamının gördüyünü görmək, lakin hələ heç kəsin ağlına gəlmədiyini düşünmək deməkdir.
3.Öyrənin və oxuyun. Ciddi kitablar oxuyun. Qalanı həyatın işidir.
4.Namusla yaşamaq üçün insan öz səhvlərini görüb düzəltməlidir.(V.İrvinq)
5.Dünyaya ağlaya-ağlaya gəlirik deyə ömür boyu ağlamayacağıq ki! (A.Kapus)
6.Özümüz istəməsək, heç kəs həyatımıza təsir edə bilməz.(D.Karnegi)
7.Həyatdan zövq almaq üçün qarşıda bir məqsəd olmalıdır.(Ç.Kolton)
8.Həyat əvvəldən axıradək öyrənməkdir.(J.Labrüer)
9.İnsanın həyatinda cəmi üç böyük hadisə var: doğulmaq, yaşamaq və ölmək. O necə doğulduğunu hiss etmir,insan kimi yaşamağı unudur və əzablar içində ölür. (J.Labrüer)
10.Əhəmiyyətsiz saydığımız ən adi hadisələr bəzən həyatımızı cəhənnəmə döndərə bilər.(A.Dante)
11.Başqalarının həyatından dərs almağı bacaran insan xoşbəxtdir. (T.Fontane)
12. Dünyada üç fəlakət var: yanğın, qadın, dəniz.(Ezop)
13. Bu gözəl həyat təkcə bizim deyil.Bu həqiqəti anlayıb başqalarına ziyan vermədən yaşamağı öyrənməliyik. (Z.Freyd)
14. Dünyada xeyir iş görməyən insan əbəs yerə yaşayır.(C.Fuller)
15. Bu dünya bir qızıl kuzəyə bənzər, Suyu gah şirindir, gah da ki zəhər.(M.Gəncəvi)
16.Elə yaşamalısan ki, öləndən sonra da ölməyəsən- həyatın məqsədi məhz budur.(C.Məmmədquluzadə)
17.Əsl namuslu insan ailəsini özündən, vətəni ailəsindən, bəşəriyyəti vətənindən üstün tutmalıdır.
18.Heç nə bilməyən və bilməyə çalışmayan adam çox bədbəxtdir. Çünki ona iki bədbəxtlik birdən üz vermişdir.
19.Həyatda ən dəhşətli şey diri ikən ölməkdir.(M.Anderson-Nökse)
20.Həyat hərəkət deməkdir, su da axmayanda iylənir.(Aristotel)
21.Həyat beşiklə məzar arasında sınaq müddətidir.( O.Balzak)
22.Ölmək dəhşət deyil, dəhşət yaşamaqdır.(A.Barbüs)
23.Mən həyatın mənasını yorulmadan işləməkdə və çətinliklərlə döyüşməkdə görürəm. (A.Bek)
24.Hər gün insan üçün yeni bir həyatdır.(R.Beyker)
25.Bir gün ürəyincə yaşamaq yüz il sürünə sürünə yaşamaqdan yaxşıdır.(Ş.Bodler)
26.Faydasız həyat- vaxtsız ölümə bərabərdir.(İ.Höte)
27.Yalnız yaşamaq deyil, yaşatmaq da vacibdir.(Menandr)
28.Həyat yuxuda da öz sonuna doğru gedir. (A.Bule)
29.Dünya hamıya çatacaq qədər böyükdür. Başqasının yerini tutmağa çalışmaqdansa, öz yerin haqqında fikirləş.(Ç.Çaplin)
30.Ömrün müddəti deyil, bu ömrü necə yaşadığın əhəmiyyətlidir. (H.Holley)

OXŞAR XƏBƏRLƏR
Загрузка...