Loading...
2 hekayə

2 hekayə

Loading...
2 hekayə

 

Ümid və Cəsarət
Tominin məktəbdə demək olar ki, işləri düz gətirmirdi. Nə vaxt bir şeyi sınaqdan çıxarsa, uğursuzluğa məruz qalırdı. Nəhayət, müəllim son qərarını verdi. Və anasın yanına çağıraraq oğlunun bu gedişlə heç bir şey əldə edə bilməyəcini dedi. Ancaq Tominin anası oğluna inanırdı. Ona görə də özü evdə oğluna dərs verməyə başladı. Üstəlik, nə vaxt bir uğursuzluğa məruz qalsa, ona həm ümid, həm də cəsarət verirdi. Bəs, Tominin gələcəyi necə oldu? Tominin gələcəyi ixtiraçı oldu. Üstəlik, minə yaxın patent aldı. Bunların arasında məhşur közərmə lampası da var idi. O ixtiraçının adı isə Tomas Alva Edison idi...
Əgər uşaqlarınıza cəsarət və ümd versəniz, nə qədər irəliyə gedəcəklərinizi siz belə təssəvvür edə bilməssiniz...

******

Sevginin nəticəsi
Emilliya Antonetti alergiya problemi olanlar üçün təbii yuyucu toz istehsal edən böyük bir fabrik sahibdir. Tarixçəsi isə olduqca maraqlıdır. 1993-cü ildə ana olan Emilliya: “Hər dəfə paltar yuyanda uşağımın üzündə qırmızı ləkələr əmələ gəlir, burnu axır, çətin nəfəs alırdı. Təbii ki, onun bu vəziyyəti məni çox narahat edirdi. Nəhayət, yuyucu tozun içindəki amonyakın oğluma təsir etdiyini başa düşdüm” deyir...
Bundan sonra axtarışlara başlayan Emilliya bir çox ailələrlə görüşür və öz fikri ilə yanaşı, onların da fikrini öyrənir. Daha sonra isə iş artıq mütəxəssislərlə görüşməyə qalır. Emilliya onların köməyi ilə içində kimyəvi əlavələr olmayan bir yuyucu toz kəşf edir. Nəhayət, bu kəşf öz müsbət nəticəsini verir və oğlunda heç bir allergiya problemi qalmır. Bundan sonra Emilliya kəşf etdiyi bu yuyucu tozun kütləvi istehsalı üçün bir fabrik qurur. Bu gün isə onun qurduğu bu fabrikin gəliri milyonlarla dollardır...
Loading...

OXŞAR XƏBƏRLƏR

Загрузка...

SON XƏBƏRLƏR

Night Wolf

6 Mart 2014 13:20

hər ikisi olmuş hekayədi və maraqlıdı
--------------------
Hz.Məhəmməd (s.ə.s) əxlaqı, Hz.Süleyman səadəti, Hz.Eyyubun səbri Hz.Həmzənin cəsarəti, Hz.Yusifin gözəliyi, Hz.Əlinin biliyi və 124 min peyğəmbərin duası bizimlə olsun AMİN!

banu mirzeyeva

6 Mart 2014 13:11

cox gozel hekayeler idi. yes