Loading...
Şam qozası

Şam qozası

Loading...
Şam qozası

 

Qədim zamanlarda bir kənddə biri kasıb, biri varlı iki qardaş yaşayırdı. Kasıb qardaş alın təri ilə qazandığını yeməyə çalışır, varlı qardaş isə kəndlilərdən ucuz aldığı malları şəhərə aparıb baha satırdı. Beləcə çox keçməmiş o, kəndin ən varlı adamlarından biri oldu...
Bir gün varlı qardaş yenə kənddən aldığı qoyunları şəhərə satmağa apardı. Ancaq heç birini sata bilməyib kəndə qayıtd. Kasıb qardaşı ondan soruşdu:
-Qardaş, şəhərdə işlər necədir?
-Çox pis, bu gün heç nə sata bilmədim...
-Xeyirdir, bəs onlar nə istəyirdilər?
Varlı qardaş kasıb qardaşının bu sadəlövhlüyünə çox qəzəbləndi və onu ələ salmaq üçün belə dedi:
-Hamı məndən şam qozası istədi. Ancaq məndə də şam qozası yox idi...
Kasıb qardaş bu sözlərə inandı və həyat yoldaşı ilə bir yerdə şam qozası yığmağa başladı. Günlərlə şam qozası yığandan sonra onlar bir arabaya yüksəldi və sonra da şəhərdə aparıb böyük meydanlardan birində satmağa başladı. Ancaq nədənsə onun mallarına heç baxanda yox idi. Bəziləri isə maraq üçün ondan nə satdığını soruşur, ancaq şam qozası cavabını alan kimi üz çevirib gedirdilər. Bu vaxt o ölkənin hökmdarı tanınmamaq üçün paltarını dəyişmiş və şəhəri gəzməyə çıxmışdı. Kasıb qardaşı görən kimi yanınna getdi və:
-Dostum, burada nə satırsan?-deyə soruşdu.
-Şam qozası.-deyə kasıb qardaş cavab verdi.
-Şam qozası? Belə bi fikir hardan ağlına gəldi?
-Mənə qardaşım dedi. O çox məhşur bir tacirdir. Həmişə şəhərə mal gətirib satır. “Şəhərdə hamı şam qozası istəyir”,-dedi...
Hökmdar qarşısındakı adamın çox təmiz və dürüst, qardaşının isə çox hiyləgər və yalançı bir adam olduğunu başa düşdü. Və kasıb kəndliyə belə dedi:
-Sən bu qozaları satmaqda davam et. Ancaq nə olursansa-olsun birini bir gümüşdən aşağı satma!
Hökmdar saraya qayıtdıqdan sonra bu əmri verdi:
-Bu gün hamı mənə bir şam qozası hədiyyə etsin!..
Bunu eşidən bütün saray əhli dükan-dükan gəzib şam qozası axtarmağa başladılar. Ancaq heç bir yerdə şam qozası tapa bilmədilər. Axırda bir nəfərin bir meydanda şam qozası satdığını eşitdilər. Və hamsı axın-axın o meydana üz tutdular. Kasıb kəndli biri bir gümüşdən bütün qozalarını satdı və sonra da varlı bir adam kimi kəndə qayıtdı. Vəziyyəti öyrənən varlı qardaş: “Əgər şəhərdə bir şam qozasına bir gümüş verillərsə, deməli bu doğurdanda da çox gəlirli bir işdir”,-deyə düşündü. Və nə qədər var-dövləti var idisə, hamısını şam qozasına qoydu. Hətta bunun üçün adamlar tutub araba-araba şam qozası yığdırdı. Axırda da yüzlərlə araba qozanı şəhərə aparıb müştəri gözləməyə başladı. Ancaq nə o gün, nə də o biri gün bir dənə də olsun şam qozası sata bilmədi və beləcə bütün var-dövlətini itirib müflüs oldu!...
Loading...

OXŞAR XƏBƏRLƏR

Загрузка...

SON XƏBƏRLƏR

Gunay

18 İyun 2014 16:11

ordan burdan oxusamda maraqli hekayeye oxsuyur...........

Kerim4

1 Mart 2014 22:09

Qısa oxudum ordan burdan maraqlıydı

A_K

1 Mart 2014 17:45

Bele olurda bes, yaxşı olub varlı qardaşa..
--------------------
Bataryam bitince yeni telefon alıyorum ne öyle fakir gibi şarja mı takıcam . biggrin

Starbucks

1 Mart 2014 17:11

Artıq tamah baş yarar...! (Varlı qardaşa aiddir)
--------------------
Follow İnstagram: @anti_standart

sevgi meleyi zema

1 Mart 2014 16:58

ela hekaye idi

Night Wolf

1 Mart 2014 14:52

ALLAH bizi belə yalançı qardaşlardan qorusun
--------------------
Hz.Məhəmməd (s.ə.s) əxlaqı, Hz.Süleyman səadəti, Hz.Eyyubun səbri Hz.Həmzənin cəsarəti, Hz.Yusifin gözəliyi, Hz.Əlinin biliyi və 124 min peyğəmbərin duası bizimlə olsun AMİN!

Qismet directioner

1 Mart 2014 13:32

ona gore de hemise durust olmaq lazimdir.yoxsa axirin "varli qardas" kimi olar....

serpil

1 Mart 2014 13:30

tesekkurler maraqli idi