Loading...
Böyük səhv

Böyük səhv

Loading...
Böyük səhv!!!

 

Adam hirsini boğa bilmir və elə hey həyat yoldaşına qışqırırdı. Atalarının səsini eşidən uşaqları da yataqlarından qalxmış və qorxudan hərəsi bir tərəfdə səssizcə oyanmışdılar. O, isə uşaqları görmür və elə hey qışqırmaqda davam edirdi:
-Axı mən sənə dedim. Dedim ki, bu gün iclasım var. Dedim ki, ağ köynəyimi ütülə. “Qara köynəynin geysən nə olar?” Bu gün iclasda yeni layihəmi təqdim edəcəyəm. Mən qara köynəklə qonaqların qarşısına necə çıxa bilərəm?
-Yaxşı, yaxşı, al qurtardı
Adam hirslə ağ köynəyi həyat yoldaşından aldı:
-Qurtardı! Əlbəttə ki, qurtardı! Ancaq mən gecikəndən sonra bunun qurtarmağının nə faydası...
Evin xanımı bir anlığa uşaqlarının qorxu dolu gözlərinə baxdı və sonra yenə həyat yoldaşını sakitləşdirməyə çalışdı:
-Narahat olma! Dünən bundan da gec çıxmışdın. İndi çıxsan, inşallah çatarsan...
-Axı, sən niyə başa düşmürsən. Mən bu gün yeni layihəmi təqdim etməliyəm ona görə də, hamıdan əvvəl getməliyəm. Gələnlərə “xoş gəldim” deməliyəm
Adam danışa-danışa evdən çıxdı və maşını işə salıb uzaqlaşdı. Evin xanımı onun evdən belə çıxmasına narahat oldu və ürəyində: “Kaş ki, bir qəza törətməyəydi”...-dedi. Bu vaxt bayaqdan qorxu içində olan uşaqları yadına düşdü və onları bağrına basıb sakitləşdirməyə çalışdı:
-Madam ki, yuxudan belə erkən qalxmısınız, mən də sizə yaxşı bir səhər yeməyi hazırlayacağam...
Evin xanımı bu sözləri deyib mətbəxə keçdi. Ancaq hələ də bayaqkı fikirlər beynindən çıxmırdı. Odur ki, “fikrini dağıtmaq üçün” radionu açdı. Sonra ocağa qaynatmaq üçün 2 yumurta qoydu. Bir tərəfdən də balaca bir qabda süd qızdırmağa başladı. Təbii ki, süfrəyə zeytun, pendir, mürəbbə qoymağı da unutmadı. Hər şey hazır olandan sonra isə uşaqlarını çağırdı.
-Haydı gəlin, səhər yeməyiniz hazırdır!...
Uşaqlar səhər yeməyinə təzəcə oturmuşdular ki, birdən radiodakı musiqi kəsildi. Radioda son xəbərlər olduğu üçün evin xanımı radionun səsini bir az artırdı. Radiodakı ilk xəbər silsiləsilə bir qəza xəbəri idi. Qəzanın yerini deyəndən sonra isə diktor:Hadisənin təfərrüfatı ilə sizi bir qədər sonra tanış edəcəyik dedi. Ancaq qəzanın yerini eşidən kimi, evin xanımı qeyri-ixtiyari yaxınlığındakı stula oturdu. Çünki diktorun dediyi yer həyat yoldaşının hər gün işə gedib-gəldiyi yer idi. Üstəlik, o həmişə bu yoldan şikayət edirdi. Yoxsa o da tələsib.... Yox, Yox, ALLAH qorusun. Ağlına gələn bu fikir ürəyini bir az da yandırdı. Və tez ayağa qalxıb:
-Uşaqlar, unutmayın ocağa yaxınlaşmaq qadağandır,-dedi. Sonra da əlavə etdi.
Səhər yeməyinizi yeyib yan otağa keçin və orada sakit-sakit oynayın. Mən tez bir yerə getməliyəm. Qapını da heç kimə açmayın...
Evin xanımı bu sözləri deyib evdən çıxmaq üçün üstünə bir şey aldı və daxıldan taksi üçün pul götürməyi də unutmadı. Qapıya tərəf gedəndə isə özünü saxlaya bilməyib ağlamağa başladı. Ancaq uşaqları göz yaşlarını görməsinlər deyə, arxasını mətbəxin qapısına çevirdi. Əslində onun ağlamasına səbəb təkcə eşitdiyi qəza xəbəri yox, həm də yoldaşının evdən belə hirsli çıxması idi. Əgər ona bir şey olardısa, uşaqlarının yaddaşında həmişə belə qalacaqdı. Ürək sındıran qəlb sındıran bir ata kimi...
Evin xanımı qapıdan çıxanda uşaqlarına bir daha səslənmək istədi. Ancaq axan göz yaşları sanki bir anlığa boğazında düyünləndi. Elə qapını açıb tez çölə çıxmaq istəyirdi ki, birdən qarşısında həyat yoldaşını gördü. Adam bir anlıq həyat yoldaşının yaş süzülmüş yanaqlarına baxdı və: “Yoxa, sən də xəbərlərinə qulaq asmısan?”-deyə soruşdu. Evin xanımı qəhərdən danışa bilmədi və onun dediklərini başı ilə təsdiqlədi. Adam əvvəlcə onun boynuna sarıldı, sonra da yaş süzülən yanaqlarını sildi.
-Sən ki, çox vacib bir iclasa gecikirdin bəs niyə yolundan qayıtdın? –deyə evin xanımı çətinliklə soruşdu.
-Qəza mənim lap yaxınlığımda oldu. Və o anda iclasdan da vacib bir şeyi xatırladım. Əgər o qəzada ölsəydim...
Bu vaxt uşaqlarda onların yanına gəlmiş ancaq hələdə atalarından ehtiyat etdikləri üçün analarının yanında dayanmışdılar. Adam üzündə şirin bir təbəssüm uşaqlarını yanına çağırdı və boyunlarına sarılaraq onların yanaqlarından öpdü.
-Mən bu gün çox böyük bir səhv etdim və evdən çıxarkən sizi nə qədər sevdiyimi deməyi unutdum. Nə edim, mən də geri qayıtdım...
Loading...

OXŞAR XƏBƏRLƏR

Загрузка...

SON XƏBƏRLƏR

Jenny J

31 Yanvar 2014 15:52

Çox gözəl hekaye idi

Night Wolf,Çox gözəl hekayələr yazırsan təşəkkürler :)
--------------------
Wow man, this is weird on acid..



Kerim4

30 Yanvar 2014 21:53

Beyendim hekayeni

A_K

30 Yanvar 2014 20:38

Hmm gűzel hekaye idi) ama kişi çox deyingendi ve çűrűkçűdű)) hiç sevmiyom bőyle erkekleri
--------------------
Bataryam bitince yeni telefon alıyorum ne öyle fakir gibi şarja mı takıcam . biggrin

Night Wolf

30 Yanvar 2014 15:45

çox gözəl hekayədi bir necə dəfə oxumusam
--------------------
Hz.Məhəmməd (s.ə.s) əxlaqı, Hz.Süleyman səadəti, Hz.Eyyubun səbri Hz.Həmzənin cəsarəti, Hz.Yusifin gözəliyi, Hz.Əlinin biliyi və 124 min peyğəmbərin duası bizimlə olsun AMİN!