Loading...

İbrətamiz hekayələr
Aforizmlər və Lətifələr
- 22 Yanvar, 2014
- 6 316 Baxış
Loading...

Üç sual, bir cavab
Bağçada güllərin yanında Mövlana ilə söhbət edirdik. Mövlananı ziyarətə bir qrup filosof gəldi. Sualları olduğunu bildirdilər. Mövlana onlara məni göstərərək.
— Mənim suallarımı cavablayandan soruşun- deyə mənə həvalə etdi. Bundan sonra, gələn filosoflar üç sual soruşmaq istədiklərini bildirdilər.
— Sualların nə olduğunu soruşdum. Onlar içlərindən birini başçı seçdilər. Bütün sualları o verəcəkdi. Soruşmağa başladı:
— Allah var dediniz, amma görünməz, göstər də inanaq.
— O biri sualı da ver -dedim
— Şeytanın atəşdən yaradıldığını söyləyirsiniz, sonra da odla ona əzab ediləcək deyirsiniz, heç atəş atəşə əzab verərmi? -dedi.
— Yaxşı, o birisini də soruş-dedim.
— Axirətdə hər kəs haqqını alacaq, etdiklərinin cəzasını çəkəcək deyirsiniz. Buraxın insanları nə istəyirlərsə etsinlər.- dedi.
— Bunlarmı suallarınız? İndi mənim arxamca gəlin sizə cavabları verim.
Qalxdım, bağça divarı üçün kərpic düzəldən müridlərin yanına gəldik. Yerdən qurumuş bir kərpic götürdüm və sualları verənin başına vurdum. Sual soruşmağa gələn filosoflar bunu görüb tez-tələsik Konya qazisinnin yanına getdilər.
Mövlana "İndi nə olacaq" deyər kimi baxırdı. Onun ağılından keçənləri oxudum. Narahat olma, gözlə gör, suallarının cavabını elə alacaq ki, Allahın dərgahına tövbəyə doğru yola gələcəklər. İndi məhkəmə işçisi bizi çağırana qədər namaz qılaq.
Yarım saat keçmişdi ki xəbər gəldi, bizi qazinin hüzuruna gətirdilər. Filosoflar da çaşmış halda orda idilər. Kərpici başına vurduğum başı sarılı vəziyyətdə olanları bir dəfə də bizim yanımızda izah etməyə başladı:
— Mən, sual verdim, o da cavabında başıma kərpic vurdu.-dedi
— Qazı məndən bu işin şərhini istədi.
-İzah etməyə başladım:
— Mənə, Allahı göstər də inanım- dedi. İndi bu filosof, başının ağrıdığını deyir, göstərsin də görək.
Filosof çaşqın halda:
— Ağrı var, amma göstərə bilmərəm- dedi.
— Allah da vardır, lakin görünməz.
Bu dəfə mənədən, şeytana odla necə əzab ediləcəyini soruşdu. Mən ona torpaqla vurdum. Torpaq onun başını incitdi. Halbuki, öz bədəni də torpaqdan
yaradıldı.
Yenə mənə: «Qoyun, hər kəsin ürəyi nə istəyir onu etsin. Buna görə bir haqq olmaz.»- dedi.
Mənim ürəyimonun başına kərpici vurmaq istədi və vurdum. Nə üçün haqqını axtarır?!

İlahi rəhmət, təvəkkül və səbr
Bir dindar şəxs dəniz səyahətinə çıxır. Qəflətən fırtına başlayır və gəmini batırır. Taxta parçalarından yapışan dindar huşsuz halda yaxınlıqdakı sahilə çıxa bilir.
Bir müddət sonra özünə gəldikdə kiçik bir adada tək qaldığını görür. Ucsuz-bucaqsız okeanın heç bir yerində gəmi görsənmir. Anlayır ki, bu adada hələ uzun müddət qalası olacaq. Bu məqsədlə özünə ağaclardan, kollardan kiçik bir daxma düzəldir.
Bir gün yeməyə bir şey tapmaq üçün meşəyə yollanır. Qara buludlar adasının üstünü alır, göy guruldayır, şimşək çaxır, yağış yağmağa başlayır. Təsadüfən dindarın daxmasını da şimşək vurur və yanmağa başlayır. Hava qaralandan sonra qayıdan və daxmasının yandığının şahidi olan dindar çox əsəbləşir. Bu halını zülm kimi qəbul edib, Allaha qarşı küfr üsyan edir. Özünü Allahın sevmədiyi, yaddan çıxardığı kəslərdən hesab edir.
Bir qədər deyindikdən sonra yuxu tutub yatır. Səhər oyandıqda sahildə böyük bir gəmi görür. Sevincinin həddi-hüdudu olmur. Gəmiyə tərəf qaçır. Gəminin şəxsi heyətindən onun burada olduğunu necə bildiklərini soruşur. Ona uzaqdan yanğını (yanan daxmanı) gördüklərini və bunu yardım siqnalı kimi qəbul edərək bu adaya gəldiklərini deyirlər. Dindar səbrsizlik edərək Allah yanında necə böyük günah etdiyini anlayır…

Əlimi tut
Balaca qız və atası körpünü keçirlər. Ata biraz narahat olur və qızından onun əlini tutmasını istəyir:
- Şirin qızım, əlimi yaxşı tut ki, çayın içinə yıxılmayasan.
Balaca qız cavab verir:
- Yox, ata. Sən mənim əlimi tut.
Biraz çaşbaş qalmış ata maraqla soruşur:
- Fərqi nədi ki? “Çox böyük fərq var”- deyə balaca qızı cavab verir. “Əgər mən sənin əlini tutsam və mənə nə isə olsa, ola bilər ki, mən sənin əlini buraxım. Amma sən mənim əlimi tutsan, mən əminəm ki, nə olursa olsun sən heç vaxt mənim əlimi buraxmazsan.”
Hər bir əlaqədə, əsl İNAMın məğzi özunə güvəndə yox, qarşındakına güvənməkdədir. Sizi Sevənlərin, əlinizdən tutmağını gözləməkdənsə onların əllərindən tutun…

OXŞAR XƏBƏRLƏR
Загрузка...