Loading...
2 gözəl hekayə

2 gözəl hekayə

Loading...
2 gözəl hekayə


Dərin Yuxu

Qanuni Sultan Süleymanın zamanında gecə bir qadının evi soyulur. Xanım padşaha gedib şikayət edir. Qanuni qadını diqqətli bir şəkildə dinlədikdən sonra soruşur:

- Oğrular evinizə girir, hər tərəfi soyub soğana çevirir. Bu necə dərin bir yuxu ki, heç bir şey eşitmirsiniz?

Qadının verdiyi cavab, çox açıq və ağıllıca olar:

- Hökmdarım! Biz, sizi oyaq bildiyimiz üçün belə bir dərin yuxuya getmişik!

2 gözəl hekayə

İki qardaş

Əvvəl zaman içində iki qardaşın bir buğda tarlası və bir dəyirmanı vardı. Hər gün birlikdə çalışdıqdan sonra taxılı bərabər olaraq ikiyə bölərdilər. Bir ​​gün ailəsi olmayan qardaş belə düşünür:

Mənim baxmaqla öhdəçilikdə olduğum bir ailəm yoxdur, amma qardaşımın baxmaqla öhdəçilikdə olduğu bir ailəsi var. Beləcə hər gecə qaranlıq düşdükdən sonra kimsə görmədən öz taxılından bir ölçək qardaşının anbarına qoyar. Qısa bir müddət sonra digər qardaş da bənzər düşüncələrə dalar:

İrəlidə mənə baxacaq övladlarım var, ancaq qardaşımın kimsəsi yox deyə düşünər və artıqdan bir ölçək qardaşının anbarına qoyar. Lakin bir gecə birdən qarşılaşırlar və bir-birlərindən nə etdiklərini soruşarlar. Bir az sonra sonra ikisi də hər şeyi anlayar və qucaqlaşarlar.

Nəticə olaraq, siz içinizdən gələn yaxşılıqları qarşılıq gözləmədən edin, maddi və ya mənəvi... Mütləq bir gün qarşılığını görəcəksiniz.

Loading...

OXŞAR XƏBƏRLƏR

Загрузка...

SON XƏBƏRLƏR

Həyat

15 Yanvar 2014 18:48

İkisinində dərin mənası var anlıyana
--------------------
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
Həyat-bir kitabdır ki, müəllifi sən özünsən.
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~

gulumse

15 Yanvar 2014 15:29

indi ele qaras varrr yani men hec tanimamisam yaxsi qardaslar

Ms.Aytac

15 Yanvar 2014 15:05

2 hekayenide oxudum menalidirlar

Night Wolf

15 Yanvar 2014 14:18

Hər iki hekayəni oxudum xoşuma gəldi.
2 qardaş hekayəsindəki qardaslar kimi olsaydi butun bacı-qardaşlar onda hər şey yaxşı olardı amma bu mümkün deyil Nə qədər ki paxıl bacı-qardaşlar var bu mümkün olmayacaq amma belkə az da olsa belələrinə rast gəlmək olar.
--------------------
Hz.Məhəmməd (s.ə.s) əxlaqı, Hz.Süleyman səadəti, Hz.Eyyubun səbri Hz.Həmzənin cəsarəti, Hz.Yusifin gözəliyi, Hz.Əlinin biliyi və 124 min peyğəmbərin duası bizimlə olsun AMİN!

Nahid-19

15 Yanvar 2014 13:12

İki qardaşı oxudum həqiqətəndə ibrətdətamiz bir hekayədi qısa olsada gözəl düşünülmüş yazıdı..Bu cür qardaşlar hətda dost tanışlarda var....!
--------------------
Sən həyat hekayəmdə yeganə cümləsənki nöqtə qoya bilmirəm