Loading...

Dahilər demişlər ki..
Aforizmlər və Lətifələr
- 02 Noyabr, 2013
- 4 813 Baxış
Loading...

Çin Atalar sözü
Qopan bir ipə sıx bir düyün təyin etsəniz, ipin ən möhkəm yeri artıq bu düyündür.Amma ipə hər toxunuşunuzda canınızı ağrıdan tək nöqtə yenə o düyündür..

Naməlum
Xoşbəxt olmağı sabaha buraxmaq, qarşıya keçmək üçün çayın dayanmasını gözləməyə bənzər.. Çay əsla dayanmaz..

Edward da Bon
Sabahın bu gündən daha yaxşı olacağı ümidiylə kifayətlənmək yerinə, dərhal bu gün sabah oyandığımızda özümüzü əvvəlki gündən bir az daha yaxşı hiss etməmizi təmin edəcək bir şeylər edə bilərik..

Volter
Uzun bir mübahisə hər iki tərəfin də haqsız olduğunun dəlilidir..

Epictetus
Sabah tam fərqli bir insan olacağam deyirsən.Niyə bu gündən başlamırsan ?

Miguel də Cervantes
Qələm ağılın dilidir..

Jean Paul Sartre
İnsanın azadlığı, özünə edilənlərə qarşı geyindiyi rəftarda gizlidir..

Goethe
Çiçəyin tikanı var deyə kədərlənəcəyimizə, tikanın çiçəyi var deyə sevinək..

Napoleon Bonaparte
Ayrılıq, kiçik ehtirasları unutdurar, böyükləri qüvvətləndirər..

Don Herold
Heç bir zaman çıxdığın qapını sürətlə çırpma, geri dönmək istəyə bilərsən..

Friedrich von Schiller
Sevgi birliyə, eqoizm təkliyə aparar..

Oscar Wilde
Nankor insan, hər şeyin qiymətini bilən lakin heç bir şeyin dəyərini bilməyən kimsədir..

Goethe
Eşq, qeyri-mümkün bir çox şeyi mümkün edər..

Tolstoy
Gözəl olan sevimli deyil, sevimli olan gözəldir..

Honore də Balzac
Gözəllik, çox vaxt qüsurları gizləyən bir örtüdür..

Corc Jean Nuthar
Heç kim yumruqları möhkəm ikən dəqiq düşünə bilməz..

Aristoteles
Sözün ən gözəli, söyləyənin doğru olaraq söylədiyi, dinləyənin də faydalandığı sözdür..

Leonardo da Vinçi
İnsan nə qədər böyük ruhlu olsa, eşqi o qədər dərin bir şəkildə eşidər..

Moliere
Ən çox xoşumuza gedən insan özümüzə bənzətdiyimiz insandır..

Naməlum
Heç bir şey bir fikirdən daha təhlükəli deyil.Əgər o fikir sahib olduğunuz tək fikirsə..

Naməlum
Sizə nə edəcəyinizi söyləyə bilərlər amma nə düşünəcəyinizi əsla..

Denis Diderot
Azla xoşbəxtlik çoxla didişməkdən yaxşıdır..

J. J. Ronsein
İnsan düşünmək, inanmaq daha da əhəmiyyətlisi sevmək üçün dünyaya gəlmişdir..

Eskhylos
Yaxşı yaşamaq deyil, yaşamağı yaxşı bitirmək.Gerçək xoşbəxtlik budur..

Montaigne
Əlin etdiyi hər hansı bir şeyi bir başqa əl yuya bilər..

Charles Buxton
Ən qüvvətli tənqid səs çıxartmamaqdır..

William Shakespeare
Qorxaqlar əcəlləri gəlmədən bir neçə dəfə ölərlər.Cəsurlar ölümü bir dəfə dadarlar..

La Fonddasına
Heç bir zəfərə çiçəkli yollardan gedilməz..

Marcus Porcius Cato
Axmaqlar ağıllılardan çox az şey öyrənərlər.Amma ağıllılar axmaqlardan çox şey öyrənərlər..

Campbell
Vərdişlər buraxılmazsa zamanla ehtiyac halını alarlar..
Loading...
OXŞAR XƏBƏRLƏR
Загрузка...