Loading...
Həyatın hər anı üçün aforizmlər

Həyatın hər anı üçün aforizmlər

Loading...

 Həyatın hər anı üçün aforizmlər


1. Silgidən istifadə etmədən şəkil çəkmək sənətinə Həyat deyilir.

 

2. Həyatda kimə görə deyil, nəyə görə yaşadığını fikirləş.

3. İnsan kəsrə bənzəyir; Surət onun həqiqətdə necə olması, Məxrəc isə onun özü barədə nə düşünməsidir. Məxrəc böyüdükcə kəsrdə kiçilir.

4. Həyatda 2 cür dəli var: Birincisi həqiqi dəli, ikincisi isə dəli kimi görünən ağıllı.

5. Ən çətini əzab çəkdiyini heç kəsə deyə bilməməkdir.

6. Pul hər şeyi həll edər deyən adam, pul üçün hər şeyi edən adamdır.

7. Axmaq görünməyə çalışmaq ən böyük ağıllılıqdır.

8. Bir insana əvəz olunmaz olduğunu hiss etdirdiyinizdə ilk əvəz edəcəyi insan siz olarsınız.

9. Gülmək hər vaxt xoşbəxt olmaq üçün deyil. Bəzən elə gülmələr vardır ki; ən böyük ağrıları gizləmək üçündür.

10. İnsan, həyatda iki məna anlayar: Birinci ağlayanda, digəri gülərkən. Və yalnız bir dəfə qiymət bilər; O da əlindəkini itirərkən.

11. Unutma ki, insan dünyanın hakimi ola bilər, amma kiçik bir ürəyin əsiridir.

12. Həyatın ən çətin sualları - ağılın düşündüyü amma ürəyin cavablandıra bilmədiyi suallardır.

13. Yalançı olmaq üçün yaddaş lazımdır.

14. Hər şey keçmişdə qalır amma heç bir şey keçmir.

15. İnsanların sənin haqqında nə düşündüklərinə əhəmiyyət verməyərək, ömrünü uzada bilərsən.

16. Öyrənin və oxuyun. Ciddi kitablar oxuyun. Qalanı həyatın işidir.

17. İt sənə dost olar bir sümük atsan, Namərd qədir bilməz qurban da olsan.

18. Ən kasıb insan malı az olan deyil, arzusu çox olandır.

19. Həyatın iki faciəsi var: bri arzumuza çata bilməmək, digəri isə istədiyimiz əldə etməkdir.

20. Zaman keçir? Yox səhv olaraq belə düşünürsünüz!...zaman dayanıb siz keçib gedirsiniz.

21. Sən nəyə hazırsansa, o da sənə hazırdır.

22. Hər hansı birinin səndən nifrət etməsinin əsl səbəbi: Sənin kimi olmaq istədiyi halda əsla sənin kimi ola bilməyəcəyini bilməsidir.

23. Həyat dəlixanadır xoşbəxt olmaq üçün sadəcə özün kimi dəlilər olan palatanı tapmalısan.

24. Əgər kimin dostun olub olmadığını bilmək istəyirsənsə, susmalı sakit bir küncdə dayanmalısan, yoxluğunu hiss edənlər və səni axtaranlar əsl dostlarındır.

25. Gücün kimin tərəfində olmasının mənim üçün əhəmiyyəti yoxdur, əhəmiyyətli olan odur ki, qanun kimin tərəfindədir.

Loading...

OXŞAR XƏBƏRLƏR

Загрузка...

SON XƏBƏRLƏR

a_y_a_n

27 İyul 2014 19:14

sen neye hazirsansa o da sene hazirdir

Sitat: MisS
6. Pul hər şeyi həll edər deyən adam, pul üçün hər şeyi edən adamdır.

Jenny J

18 İyun 2014 16:03

1. Silgidən istifadə etmədən şəkil çəkmək sənətinə Həyat deyilir.

Kaş bəzi xatirələri və insanları silə bilsək...
--------------------
Wow man, this is weird on acid..



Gunay

18 İyun 2014 15:49

21.sen neye hazirsansa o da sene hazirdir............

Simran

18 Noyabr 2013 16:50

maraqlı xeberdir

Night Wolf

1 Noyabr 2013 21:22

cox gozel sozlerdir cox sag ol princess jasmin

cox gozel sozlerdir cox sag ol princess jasmin
--------------------
Hz.Məhəmməd (s.ə.s) əxlaqı, Hz.Süleyman səadəti, Hz.Eyyubun səbri Hz.Həmzənin cəsarəti, Hz.Yusifin gözəliyi, Hz.Əlinin biliyi və 124 min peyğəmbərin duası bizimlə olsun AMİN!

MisS

1 Noyabr 2013 20:38

6. Pul hər şeyi həll edər deyən adam, pul üçün hər şeyi edən adamdır.

violetta

1 Noyabr 2013 19:30

Unutma ki, insan dünyanın hakimi ola bilər, amma kiçik bir ürəyin əsiridir.

PERSONA_NON_GRATA

1 Noyabr 2013 16:45

Əgər kimin dostun olub olmadığını bilmək istəyirsənsə, susmalı sakit bir küncdə dayanmalısan, yoxluğunu hiss edənlər və səni axtaranlar əsl dostlarındır.....
yanımda olan dəyərimi biləndir.... mac

F_N

1 Noyabr 2013 16:44

Yalançı olmaq üçün yaddaş lazımdır.
Men de deyirem niye yalan daniwa bilmirem lol

Starbucks

1 Noyabr 2013 14:46

Təşəkkürlər xəbər üçün:)
--------------------
Follow İnstagram: @anti_standart

MiSS BlaCKStaR

1 Noyabr 2013 14:21

Unutma ki, insan dünyanın hakimi ola bilər, amma kiçik bir ürəyin əsiridir.
Yalançı olmaq üçün yaddaş lazımdır.

raziyam )
--------------------
Я оДНа таКаЯ

Я не ЗаменимаЯ


Ve bu da son :)

LlLesiARe

1 Noyabr 2013 12:22

cOK BEYENdim hepsini

4. Həyatda 2 cür dəli var: Birincisi həqiqi dəli, ikincisi isə dəli kimi görünən ağıllı.

Men deli kimi gorunen agillidanam lol know2