Fon yüklənir...
Загрузка...

Özlü sözlər

Загрузка...
Özlü sözlər


İki növ insan vardır. Otağa girdiyində "gəldim'' deyənlər və ''demək burdasınız'' deyənlər.

*****

Yazılı olmayan qanunların ən böyük problemi sildirmək üçün müraciət olunacaq kimsəninin olmamasıdır.

*****

Elmin əsl məqsədi yeni dəlillər tapmaq deyil, bunlarla əlaqədar yeni düşüncə formaları kəşf etməkdir.

*****

Həyatda iki faciə var. Könlünüzdəkini əldə edə bilməmək. Və əldə etmək.

*****

İnsan uşaqlarının evə geri gəlmələrinə icazə verən tək canlıdır.

*****

Yaxşı bir roman bizə qəhrəmanının gerçəklərini, pis bir romansa yazar haqqındakı gerçəkləri izah edər.

*****

Qayda sizdən çox daha az və ya daha çox pulu olanla pul mövzusunu danışmaqdır.

*****

Heyvanlar yaxşı yoldaşlardır - heç sual soruşmazlar, heç tənqiddə etməzlər.

*****

Gül bütün dünya səninlə gülsün. Ağla, yalnız qız yoldaşlarını yanında taparsan.

*****

Asan inanan asan aldatılır.

*****

Şübhə etmək, bilməyə atılan ilk addımdır.

*****

Şübhə gəmirən lakin öldürməyən bir zəhərdir.

*****

Şübhə, ümumiyyətlə, faydasız bir iztirabdır.

*****

Həqiqəti axtaran hər şeydən əvvəl bütün şeylərdən gücü çatdığı qədər şübhə duyması lazımdır.

*****

Çox çalışmaqdan ölən yoxdursa da, şübhə üzündən ölənlər vardır.

*****

Sonuna qədər səy göstərin və əsla, şübhəyə düşməyin. Heç bir şey o qədər çətin deyil, araşdırın yetər.

*****

Əhəmiyyətli olan ağıllı olmaq deyil, ağılı yerində və zamanında istifadə etməkdir.

*****

Tədbirini aldıqdan sonra Allahu Təala təqdirinə bağlanan təvəkkül sahibidir.

*****

Unutma ki, ağzında bal olan arının quyruğunda da iynəsi vardır.

*****

Güclü olan zəif yanını hər kəsdən yaxşı biləndir; daha güclü olan isə zəif yanına hökmedəbiləndir.


*****

Həyatda öyrəndiyim hər şeyi 3 söz ilə danışa bilərəm: Həyat davam edir.

*****

Bir çox insan dolu ağızla danışmayacaq qədər tərbiyəlidir, amma boş başla danışmaqda problem görməzlər.

*****

Kişi çata bilmədiyi qadını lənətlər. Qadın çata bilmədiyi kişiyə eşq deyər.

*****

Özünü günahlandırmaq və özünü tərifləmək. Ya ikisini birdən et, ya da heç birini!

*****

Gerçək ikiüzlü yalançılığının fərqinə belə varmadan səmimiliklə yalan söyləyən adamdır.

*****

Pul aclığı aradan qaldırar, bədbəxtliyi deyil, yemək mədəni doyurar, ruhu deyil.

*****

Müvəffəqiyyətin açarı nədir bilmirəm, amma müvəffəqiyyətsizliyin açarı hər kəsi məmnun etməyə çalışmaqdır.

*****

Getməsini biləcəksən, bəzən, arxana belə baxmadan! Və bəzən söyləyəcəksən sevdiyini, çox gec qalmadan.

*****

İllərin, mənə öyrətdiyi şeylərdən biri də bu oldu; Xoşbəxtliyi tapıbsansa, sorğulama.

*****

Sevən bir qadın üçün sevdiyi kişinin üzü ona eynilə dənizin dənizçiyə göründüyü kimi görünür.

*****

Öləcəyik bir gün, basdıracaqlar. Bir neçə gün tərifləyəcəklər, sonra qalan malını böləcəklər, hətta məmnun qalmayıb üstünə birdə söyəcəklər.

*****

Nə zaman bu şəhərdən qaçıb getmə istəyi gəlsə, bir küncə oturub keçməsini gözləyirəm. Getsəm qayıtmaram, çünki bilirəm.

*****

Dünyanın harasında olursan ol, olduğun yerdə deyil düşündüyüm yerdəsən.

*****

Bir qadının taleyi; sevdiyi adamın xəyanətiylə, sevmədiyi adamın sədaqəti arasında çəkilər.

*****

Xoşbəxt olmaq üçün, həyatda kimsəni özün kimi görmə. Çünki sən kimi olan tək adam, aynadakı üzündür.

*****

İndi məni uçurumdan atsan, düşənə qədər ağlımda tək şey; kürəyimə dəyən əllərin olardı.

*****

Əgər, iki insan hər mövzuda razılaşırsa; əmin ola bilərsiniz ki, düşünən yalnız bir dənəsidir.
Загрузка...

ŞƏRHLƏR

gulumse

22 Yanvar 2014 15:37

cox maraglidi

aylin00

18 Sentyabr 2013 01:37

Cox gozel sozlerdı

Gulka

17 Sentyabr 2013 11:00

Həyatda öyrəndiyim hər şeyi 3 söz ilə danışa bilərəm: Həyat davam edir. ay
--------------------
Təbəssüm hər zaman o, demək deyil ki, həmin insan xoşbəxtdir..... o ,deməkdir ki, o insan həddən artiq güclüdür....... give_hea

БеЛосНежКа

17 Sentyabr 2013 01:12

Şübhə gəmirən lakin öldürməyən bir zəhərdir.

duzdu...wubhe duwduse ice cokdurur eziyyet edir ama oldurmur.,..

PeTTy

17 Sentyabr 2013 00:58

Dünyanın harasında olursan ol, olduğun yerde deyil düşündüyün yerdesen...
>Buna göre men real alemde yaşamıram xeyallar alemi ancaq

christmas

16 Sentyabr 2013 21:38

vauuu teşekkürler:-)

LlLesiARe

16 Sentyabr 2013 21:37

Sitat: christmas
1directioner biz senin dostlarınıg? çoxxx sevindim bizde de heç ders keçmediler

ELBETDEKI BU SAYTDA OLAN HER KES MENIM DOSTUMDUR...

christmas

16 Sentyabr 2013 21:35

1directioner biz senin dostlarınıg? çoxxx sevindim bizde de heç ders keçmediler

xeber super idi teşekkürler floral:-)

❃FloRal❃

16 Sentyabr 2013 21:17

Yaxşı bir roman bizə qəhrəmanının gerçəklərini, pis bir romansa yazar haqqındakı gerçəkləri izah edər.

Doğru yes
--------------------

***
❃❃❃

***

just__love

16 Sentyabr 2013 18:49

asan inanan asan aldatiilir

- ayni ben recourse

MisS

16 Sentyabr 2013 18:40

Çox sağolun mənalı xəbərə görə))

LlLesiARe

16 Sentyabr 2013 18:15

bu gun dersleriviz nece kecti dostlar??? Bizde kecmediler hec.. Ona gore de didim ki dostlari yada salim
loading...
Загрузка...