Fon yüklənir...
Загрузка...

4 Mənalı Hekayə

Загрузка...
4 Mənalı Hekayə

 

Əllərimi Geri ver Ata..!
6 yaşındakı çox nadinc uşaq əlinə qayçısını alır və yeni alınan kresloları kəsməyə başlayır.
Atası evə gəlir uşağı görər, əlində qayçı və kreslolar paramparça ..
Ata dəliyə dönər və, cəza olaraq uşağın əllərini bi kürsüyə bağlar səhərə qədər elə buraxar. Səhər olduğunda uşağın əlləri gömgöy, qanqren olmuş, Xəstəxanaya gedirlər və uşağın əlləri kəsilər. ertəsi gün atası evə gəlincə uşaq ona dönər və: Atacan bax bu gün heç dəcəllik etmədim, xahiş edirəm əllərimi geri ver deyər, və ata dözə bilməyib intihar edir.

 

4 Mənalı Hekayə

 

Bilərzik

Bir şəhərdə namuslu bir ailə varmış. Ər zərgər, qadın isə ev xanımıymış. Bir gün qadın hər gün süd gətirən kişi satıcıdan süd almaq üçün qapı aralığından qazanını uzatmış. Amma Südçü əvvəldən etmədiyi bir şeyi etmiş. O gün qadının əlini şəhvətlə tutmuş. Qadın qazanı dərhal buraxmış. Südçünün etdiyinə çox kədərlənmiş. Əri evinə gəldiyi zaman ağlayaraq, "Söylə bu gün nə etdin ki, mənim başıma belə bir iş gəldi?" deyərək olanı izah etmiş. Bunun üzərinə adam belə bir etiraf etmiş:'' Xanım üzr istəyirəm, bu gün heç etmədiyim bir işi etdim. Bilərzik almaq istəyən bir qadın, 'taxa bilmirəm mənə kömək et' dedikdə, bilərziyi qoluna taxarkən, bunu sanki çətin olurmuş kimi gecikdirərək etdim ki, qolu bir-iki saniyə daha çox əlimdə qalsın.Sənin başına gələnin səbəbi budur.''

 

4 Mənalı Hekayə

 

Ad günü hədiyyəsi

Sobaya gəldiyimdə ortalıqda çörək görünmürdü. Köhnə bir dostum olan çörəkçi,
"Bir az gözləyəcəksən müəllimim," dedi. "İki-üç dəqiqəyə qədər çıxardıram."

Qıraqdakı taburetlərin birində oturub gözləməyərkən, içəriyə yaşlı bir adamın girdiyini gördüm. Köhnəlmiş pencəyinin sol yaxası altında bir medal parıldayır və gedərkən yüngülcə topallayırdı. Salam verdikdən sonra, çörəkçinin dəzgahına yaxınlaşaraq, "Çörəklərimi alım," dedi. "Mənim əkizlər acmışdır."
Çörəkçi, adamın uzatdığı torbanı alaraq dəzgahın altına əyildi və bir gün əvvələ aid olduğu çörəklərdən dörd-beş dənə çıxardı.

Mən o vaxt oturması üçün öz yerimi o adama vermiş, dəzgahın yanına yaxşıca yaxınlaşdım. Çörəklərdən bir neçə dənəsinin şəkli dəyişmiş, qatılaşmış, daş kimi olmuşdu

Pıçıltı şəklində çörəkçidən soruşdum. Niyə təzə çörəyi gözləməsini söyləmirsən? Bir az sonra çıxacaq onsuzda.

"Köhnə çörəkləri özü istəyir." dedi çörəkçi. "Çox kasıb olduğundan, ona yarı qiymətinə verirəm."
"Kim bu adam?" deyə soruşdum.
"Oğluyla gəlini bir yol qəzasında vəfat edincə, əkiz nəvələrini yanına almışdı. İllərdir onlara baxır, həm də çox az bir maaşla."
Çörəkçinin izah etdikləri qarşısında içimin yandığını hiss edir və kiçik də olsa bir şeylər etmək istəyirdim.
"Aradakı fərqi mən verim," dedim. "Heç olmazsa bu gün təzə çörək yesinlər. "Çörəkçi, təklifimi qəbul etdi və bir az sonra da, sobadan yeni çıxan təzə çörəkləri adamın torbasına doldurarkən şəkli xarab, köhnə çörəkləri də dəzgahın altına qoydu.
"Çox şanslısan Hacı əmi," dedi. Uşaqlar üçün sənə bu gün tort kimi çörək verəcəyəm. "
Yaşlı adam, bir övlad sevgisiylə qucaqladığı torbanı sinəsinə basdırarkən, "Allah, səndən razı olsun övladım" dedi. "Bu gün onların ad günü olduğunu haradan bilirdin?"

 

4 Mənalı Hekayə

 

Şeytan

Şeytanın yolu bir kəndə düşmüş, kürəyini bir ağaca söykəmiş və buzovu payaya bağlı olan inəyi sağan gənc bir qadını uzaqdan izləməyə başlamış. Şeytan, qadını neçə saat izlədikdən sonra buzovun ipini bir az boşaltmış. Buzov da anasının sağılmasını aç qarınına izləməyə daha çox dözə bilməmiş. Tərpəndikcə boyundakı ip bir az daha boşalmış və sonunda ip açılmış. Qaçaraq anasını əmməyə gedən buzov, süd qabına vurmuş və bütün süd yerə tökülmüş. Sağdığı süd ziyan olunca hirsi başına çıxan gənc qadın, əlinə keçirdiyi odunu buzovun başına vurmuş. Bala qan içində yerə yıxılmış. Balasına hücum etdiyini görən inək bir təpiyə qadını öldürmüş.
Uzaqdan keçməkdə olan qadının qayınatası, inəyin gəlininə öldürdüyünü görüb, əlindəki tüfənglə atəş edərək inəyi öldürmüş. Silah səsini eşidən ər qaçıb gəlmiş. Arvadını yerdə cansız yatar, atasını da əlində tüfənglə görüncə, silahını çəkib tək atışla atasını öldürmüş. Qısa bir müddət sonra həqiqəti öyrənən gənc adam, bu qədər ağrıya dözə bilməyəcəyini düşünüb bir güllə də özunə çəkib, özünü öldürmüşdür.
Şeytan gülərək, indi hər şeyin cavabdehi olaraq məni görərlər. Buzovun ipini boşaltmaqdan başqa nə etdim ki, mən?

4 Mənalı Hekayə
Загрузка...

ŞƏRHLƏR

Fatiw_0305

6 Avqust 2016 15:34

HAMISI MARAQLI İDİ.
HƏR ŞEYƏ GÖRƏ TƏŞŞƏKÜR EDİRƏM! wink2

aylin00

30 Avqust 2013 19:49

beyendim cox gozeldir

PeTTy

29 Avqust 2013 16:20

Əllərimi geri ver, ata...
>Bele şeylere göre uşaqları cezalandıranlara nifret edirem, indi geri qaytar o elleri, kresloların usağının ellerinden qiymetlidi mi yox.

Nemka...

29 Avqust 2013 15:31

oxudum cox sag olun hekayelerre gore

FIORE

29 Avqust 2013 12:42

Maraqlı hekayələr idi,tşk
--------------------
♥ ♥ ♥

▅ ▃ ▂ ◕‿◕ ▂ ▃ ▅

ehlibeyt

29 Avqust 2013 12:38

hm axrincini oxudum menim en cox diqqeteimi celb eden hekayeler bele hekayelerdi adina baxan kimi oxudum.

PIOTRE

29 Avqust 2013 11:20

1-ci hekaye cox tesirli recourse

Smiler

29 Avqust 2013 09:46

Night,
cox tesekkur...........

Gulka

28 Avqust 2013 22:55

birinci xeber cox tesirlidi recourse
--------------------
Təbəssüm hər zaman o, demək deyil ki, həmin insan xoşbəxtdir..... o ,deməkdir ki, o insan həddən artiq güclüdür....... give_hea

Sweet girl ...

28 Avqust 2013 21:49

Təsirlidi hekayələr.

Karacicek

28 Avqust 2013 21:46

hamisi tesirli ve menali hekayeler idi, tesekkurler

Nemka...

28 Avqust 2013 21:34

oxuyacam saba yenede tskler

NEW LIFE♥☻

28 Avqust 2013 20:47

1-ci hekaye dordanda cox tesirli hekayedi...

Eva_1

28 Avqust 2013 19:54

1.3 hekayələr çoox təsirli idi
--------------------

Night Wolf

28 Avqust 2013 19:30

NURCAsuper user xeberde maraqli idi
--------------------
Hz.Məhəmməd (s.ə.s) əxlaqı, Hz.Süleyman səadəti, Hz.Eyyubun səbri Hz.Həmzənin cəsarəti, Hz.Yusifin gözəliyi, Hz.Əlinin biliyi və 124 min peyğəmbərin duası bizimlə olsun AMİN!

❃FloRal❃

28 Avqust 2013 19:29

Axrıncıya şexsen bir az nervilendim. Ne edib ki bu? Amma digerleri çoooooox gözel hekaye idi
--------------------

***
❃❃❃

***
loading...
Загрузка...