Loading...

Aforizmlər
Aforizmlər və Lətifələr
- 19 Avqust, 2013
- 2 207 Baxış
Loading...

*Bəzən əlimizin tərsi ilə itələdiklərimizi, gün gələr əlimizin içi ilə geri istərik..

*Bizi ömrü boyu müşayiət edən ümid, hətta ölüm saatında belə bizi tərk etmir.

*Əsla sənin verdiyin dəyəri sənə verməyənlə dost olma.

*İnsan öz həyatını arzuladığı kimi edə bilər.

*Çox yüksəyə çıxa bilmərəm. Məndə yüksəklik qorxusu var. Kimisə yarı yolda buraxa bilmərəm. Məndə alçaqlıq qorxusu var.

*Sevgi yarası öldürməsə də, heç bir zaman sağalmır.

*Vəziyyəyimə görə yox, ləyaqətimə görə mənimlə rəftar et.

*İnamı itirmək asandır, çətini olan onu qazanmaqdı.

*Xəyallarınızın ardınca gedin və kimsənin sizi durdurmasına icazə verməyin.

*Özünə güvənsən heç bir şey imkansız deyil.

*Arzular və illər geri qayıtmır.

*Bəzən biri yanımızdaykən başqalarından yaman deyib danışar. Hardan biləkki başqasının da yanında eyni şeyi bizə edir.

*Bir insanı sevməklə başlayırdı hər şey..

*Allahım məni dostlarıma qarşı qoru,özüm-özümü düşmənlərimə qarşı qoruyaram..

*Həyatda qalmağınız bizim üçün bir qazanc olmadığı kimi, ölməniz də bizim üçün bir itki deyildir..

*Bizlər yeriməyi öyrənən bəbələr kimiyik.

*Vücudu öldürəndən qorxmayın, ruhu öldürəndən qorxun.

*Hər birimiz tək qanadlı mələklərik sadəcə bir-birimizə sarılaraq uça bilərik.

*Hər insan iki insandır.. Biri qaranlıqda oyanıq,digəri isə aydınlıqda yuxuda olanıdır..

*Dərd daima insana yol göstərir.

*Gərçək şair insanlığın müəllimidir..

*Ağac incəliyindən, insan qalınlığından qırılır.

*Sınamadıqca nə edəcəyini heç kəs bilə bilməz.

*Ən yoxsul insan var-dövlətdən başqa heç nəyi olmayandır.

*İnsanın başqasına söylədikləri özünün eşitmək istədikləridir. Sevməsi, sevilməyi istədiyi biçimdədir.
Loading...
OXŞAR XƏBƏRLƏR
Загрузка...