Loading...

Köklü sözlər
Aforizmlər və Lətifələr
- 27 İyul, 2013
- 3 172 Baxış
Loading...

O, məni atıb getdi deməyin. O, məni itirdi deyin!
Çünki atılanlar dəyərsizlər, itirilənlər isə dəyərlilər olur.
Qəribədir, hər kəs cənnətə getmək istər, amma kimsə ölmək istəməz.
Ağlında olana deyil, yanında olana dəyər ver. Çünki ağlında olan sənə dəyər versəydi yanında olardı.
Arzu elə bir şeydir ki, heç doymaq bilməz. Bəziləri öz həyatını arzularını doyurma yollarını axtarmaqla keçər.
Bir kağız, bir qələm, bir yanmış, bir sönmüş, bir bitmiş siqaret - həyat budur.
Arxasındakı düşməni hiss edən, önündəki düşməniylə savaşmaz.
Bir gün ölmək üçün hər gün yaşayırıq.
Bütün diqqətiniz özünüzdədirsə, demək xoşbəxtliyə zəmanət vermisiniz.
Uşaq olarkən anama "ölümdən qorxuram" demişdim. Anam isə mənə "ölümdən yox, dirilərdən qorx" demişdi. Zaman keçdikcə anamın haqlı olduğunu gördüm.
Həyatda düşmənlərimizdən çox bizi "dostlarımız" vurur.
İnsanlar sahib olduqlarının dəyərini bilməzlər. Güllərin ardıyca qaçarkən ayaqlarının altında əzilən çobanyastığından xəbərsizdilər.
İnsan təbəssüm ilə gözyaşı arasında gedib gələn bir rəqqasdır.

Yaxşı yaşamaq deyil, yaxşı bitirmək gərəkdir - əsl xoşbəxtlik budur.
Ayrıldığında "Boş ver, dünyanın sonu deyil axı" deyən dostlarıma mənim dünyamın sən olduğunu necə başa sala bilərəm ki...
Bizə bir həyat deyil, bir müddət vermişlər. Lakin biz bunu anlayana qədər zaman çoxdan bitər.
Eşitdim ki, qeybətimi etmisən üzümə deməkdən qaçıb getmisən! Mənim kimi bir acizdən qorxub Allahdan qorxmamısan! (Mövlana)
Bu gününü elə yaşa ki, sanki sabah öləcəkmişsən. Kim bilir bəlkə heç sabah olmadı...
Yoldaşlıq eşqdən daha çətindir... Çünki daha uzun sürər...
İnsan iki şeyi gizlədə bilməz əslində: Sərxoş olduğunu və aşiq olduğunu.
Hər bir insanın həyatında xoşbəxtliyi uğrunda mübarizə aparmaqçün bir müddət vaxt verilir. Onu qaçırmamalıdırlar!
Əvəzedilməz insanlar yoxdur, sadəcə insanlar var ki, onu başqası ilə heç vaxt əvəz etmək istəmirsən.
Ədalət topaldır əslində.
Sevgi böyükdür, amma sonsuz deyil. Heçnəyin əbədi olmadığı kimi...
Qüvvətli insan özünü məğlub edə bilən insandır!
Loading...
OXŞAR XƏBƏRLƏR
Загрузка...