Loading...
Əslinin həyat hekayəsi

Əslinin həyat hekayəsi

Loading...
Əslinin həyat hekayəsi


Əsli ayna qarşısında dayanıb özünə baxırdı… İllər necə də dəyişmişdi onu. Nələr nələr yaşamışdı bu illər ərzində. Yenə də doğulub böyüdüyü bu
şəhərdə keçmişi xatırlayırdı:

Çox kasıblıq içində böyümüşdü, atası onun 10 yaşı olanda ağır xəstələnmişdi, işlədiyi zavodun müdiri aylarla maaş vermədiyindən müalicə elətdirə bilməmiş və vəfat etmişdi… İllər çətinliklə,yoxsulluqla keçmiş,Əsli böyümüşdü, Universitetə qəbul olduğu il yenə də həyatın çətinliyi ilə üz-üzə gəlmişdi,imkansızlıq  ucbatından təhsildə ürəyincə olmayan bir addım atmışdı. Elə həmin il həyatında çox şey dəyişmişdi onun. Universitetin Başqa bir
fakültəsindən öz həmyerlisi olan biri həyatına girmişdi,həyatında ilk dəfə  birinə bu qədər güvənib,bağlanmışdı… Aradan illər keçmiş,vədlər verilmiş,əhdlər bağlanmış,ailə qurma planları qurulmuşdu.  İlk olaraq sevdiyi oğlan ailəsinə açıqlamışdı vəziyyəti, ailənin isə cavabı heç də  xoşagələn olmamışdı. Hətta qətiyyən qarşı çıxılmışdı, ata çəkdiyi əziyyətləri,  xərclədiyi pulları oğluna xatırlatmış, ana isə özünü xəstəliyə vurmuş, hətta südünü
halal etməyəcəyini demişdi oğluna və hətta Əslinin anasına xəbərdarlıq göndərmişdi ki qızına sahib çıxsın! Ana isə çox dilxor olmuş, qızına qarşı artıq xeyli dəyişmişdi…  Universitet bitdikdə isə gənclərin yolları ailələrin səyi ilə ayrılmışdı…
Və bir gün sevdiyi insan Əsliyə zəng edib halallıq istəmişdi, çünki nişanlanırdı… Onun nişanlandığı qızın vaxtilə atasının işlədiyi zavodun müdirinin qızı olduğunu  Əsli sonralar öyrənmişdi… Bütün bunlardan sonra o həyatdan küsmüş,həyatının ən ağır, çətin günlərini yaşamış  bir müddət heç kimə güvənə bilməmiş və heç zaman ailə qurmayacağnı düşünmüşdü. Üstəlik anasının da onla tərs rəftarı onu tamamən həyatdan soyudurdu,qohum-tanış qızlar bir-bir nişanlanırdı və hər dəfə anasının uzun danlaqlarını eşitməmək üçün hara gedəcəyini bilmirdi. Sonunda isə onu bəyənən,son dərəcə mədəni,təhsilli zəngin bir bəylə ailə qurmuş,
onunla Avropaya getmişdi…
Və artıq 5 il idi ki,o ailəli idi,gözəl,şirin bir qız övladı,avropada davam etdirdiyi,ürəyincə olan təhsili vardı. Nəhayət gənclik həyatı boyu həsrət qaldığı ailə xoşbəxtliyin qurduğu ailəsində tapmışdı. Görünüşcə də xeyli dəyişmişdi,əvvəlkindən çox çox gözəl idi.Bircə gözləri,baxışları heç dəyişməmişdi… Əsli o insan haqda da eşitmişdi: Onun övladının olmadığını,atasının yenicə  vəfat etdiyini,həyat yoldaşıyla boşanmaq üzrə olduğunu və qayınatası-zavod  müdirinin həbs oluduğunu…O əmin idi ki o insanla anası indi mütləq onu xatırlayırlar 
və keçmiş üçün çox peşmandırlar.

P.S. İnsan var -dövlətə görə sevgisindən vaz keçərmi?
Loading...

OXŞAR XƏBƏRLƏR

Загрузка...

SON XƏBƏRLƏR

_РуСаЛКа_

13 İyul 2013 09:35

Var-dövlətə görə əsla sevgimnən keçmərəm... sevgi o qədər gözəl hissdir ki, onu pul heç vaxt əvəz edə bilməz....

Eva_1

4 İyul 2013 22:50

Ananın övladına münasibəti dəyişməmlidir nə olursa olsun
--------------------

zeyneb1997.az

29 İyun 2013 14:30

Sweet girl ...,
yeniii o da duzdu lovely

WaRneR_BrowS,
MarAqliDi fascinated

WaRneR_BrowS

26 İyun 2013 19:46

Seven qiz gozleyer. Ne olur olsun gozleyer.. sevgi sevmeyi bacaranlar uchun vardir.. eyer oda qarshiliqlidisa... her shey zamanla berraklashir bu heyatin qanunudu.. sonraki peshmanliq fayda vermir.. esas oduki heyatini yashamaq istetiyin insana heyatini veresen. ALLAH o zaman xoshbext eder. Sevmeyesen bu heyatda
fascinated

Law

26 İyun 2013 14:55

maraqlidi...... fascinated

PeTTy

25 İyun 2013 11:02

Yox oğlan heqiqeten sevse ailesine direner qıza sahib çıxardı,sevgi işleri ele bir şey deyil ki onu valideynin düşüncelerine göre yaşayasan,heyat bir defe verilir onu da gerek sevdiyinle keçiresen.

İlkay

25 İyun 2013 09:27

P.S. İnsan var -dövlətə görə sevgisindən vaz keçərmi?

Menim oz wexsi fikrim xeyr kecmez.. Amma hal hazirda bir coxlari bunu edir.. Tebiki uje bu qarwi terefi sevmek yox pulu sevmekdir..

Just love me :)

25 İyun 2013 04:23

hm tesekkurler!

_LovelY_

25 İyun 2013 03:41

Bawqalarini bilmirem.Var dovlete gore ozlerini qurban verenlere cox pis baxiram.indi onsuzda zemane deyiwib sevgi puldur fikrimce. eger bele bir yerde olsaydim ALLAH elemesin ozumu oldurerdim belkede. birine pul ver erinden bowanib yaniva gelsin qeyret yoxduki .
--------------------


Don't make me sad, Don't make me cry..

♣YoL_Cu♣

25 İyun 2013 00:57

Əsl sevən insan vaz keçməz. Südümü halal eləməycəm, o varlıdı, bu kasıbdı, sonra da aayrıl.
Gərək hər maneəni birlikdə aşmaöa çalısasan.
İnsan sevgisin pula satmamlıdır. Xaraktersiz deyirəm elə insanlara.
Dövrün elə də dəxli yoxdur.


----------------------------


Mən bir gizli xəzinə idim, istədim ki, Tanınam, bəs insanları yaratdım ki, Tanınam
--------------------
Axmaqlarla mübahisə etməyin. Onlar səni əvvəlcə öz səviyyələrinə endirəcəklər, sonra bu səviyyədə təcrübəli olduqları üçün sənə qalib gələcəklər.

DonnA

24 İyun 2013 23:17

Duzu hamisini oxumadim.ama temani tutdum.niye de yoxdu az deyil satanlar
--------------------
Həyat ölümə qaçmaqdır əslində..

Mələk

24 İyun 2013 20:16

gözəl yazıdı təşəkkürlər

cucewka

24 İyun 2013 18:58

sevgimi hec vaxt pula deyismerem..............

Sweet girl ...

24 İyun 2013 16:16

Həyat,
Mənim üçün də elədi.

Həyat,
Amma belə fikirdə olan insan çox azdı.

ben ve sen

24 İyun 2013 16:04

Tewekkurler.

Həyat

24 İyun 2013 15:56

[center]P.S. İnsan var -dövlətə görə sevgisindən vaz keçərmi?

Hamını deyə bilmərəm çünki hərə özünə cavabdehdi. Mən vara-dövlətə görə nəyinki sevgidən heç bir gülüşdən belə keçmərəm. Düzdü insana yaşamaq üçün pul lazımdı amma çox var-dövlət lazım deyil. Sevdiklərim yanımda olsun günüm xoş keçsin, onların hər gülüşünə xoşbəxt olum bu mənim üçün böyük mükafatdı[/center]
--------------------
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
Həyat-bir kitabdır ki, müəllifi sən özünsən.
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~

Sweet girl ...

24 İyun 2013 15:37

Sevinc...,
Bu fikrinlə razıyam..

Sevinc...

24 İyun 2013 15:32

Sweet girl ...,
Eslinde çox normaldı çünki indi pulun yoxdusa insan ölende bastırmaq bele olmur

Sweet girl ...

24 İyun 2013 15:27

Sevinc...,
Mr.Mansur,
Düz deyirsiniz indiki zamanda hər şey imkannan asılıdı.
zeyneb1997.az,
Belə bir zamanda mənim də inanmağım gəlmir amma neyləmək olar?.

❃FloRal❃

24 İyun 2013 15:24

Sevgi pulla alina bilmeyecek tek seydir
--------------------

***
❃❃❃

***

Sevinc...

24 İyun 2013 15:23

He men bu mövzuynan razıyam beleleri çoxdu pula göre özün itirir mence hörmet istek imkandan irelidi

Mr.Mansur

24 İyun 2013 15:13

Sitat: Sweet girl ...
P.S. İnsan var -dövlətə görə sevgisindən vaz keçərmi?
Xeyr keçməməlidi amma çox olur belə şeylər.Amma nəticədə hamı peşman olur.Axı sonrakı peşmançılıq fayda verməz?!! Çaşki belə hadisələr azalsa artıq.

İndi Elə zaman deyil birinə 10000 manat ver denən sevgilindən ayrıl ayrılar Az Adam qalıb var dövlətə görə özünü satmayan dəyişməyən
--------------------
Bəlkə gələrsən deyə,sol tərəfi keçmənçün boş saxladım

zeyneb1997.az

24 İyun 2013 15:12

Sweet girl ...,
keske ama heeeeeec inanmagim gelmirrr

Sweet girl ...

24 İyun 2013 15:09

Çox qəmli mövzudu.Düzü pis oldum olanlara görə eh
P.S. İnsan var -dövlətə görə sevgisindən vaz keçərmi?
Xeyr keçməməlidi amma çox olur belə şeylər.Amma nəticədə hamı peşman olur.Axı sonrakı peşmançılıq fayda verməz?!! Çaşki belə hadisələr azalsa artıq.

zeyneb1997.az

24 İyun 2013 15:09

Hovselem catmadi eee oxumaga ama mutleq oxuyacammmm

БеЛосНежКа

24 İyun 2013 15:08

hemiwe menim dediyim bir soze geldi sonlugu.. " Bu heyatda en birinci wey ne yawayirsansa yawa sebr etmeyi oyrenmeli ve geleceyinin yaxwi olmasini hansisa bendeden deyilde Rebbinden istemeli insan"... hekayenin bele gozel sonluqla bitdiyine sevindim teki butun eziyyet ceken insanlar sonda bu qeder xowbext olsunlar...

P.S. İnsan var -dövlətə görə sevgisindən vaz keçərmi?

- bu suala ise bele bir cvb vererdim..bu heyatda herwey pul deyil..neyi satirsan sat bir insanligini satma birdeki meneviyyatini..insan istediyi zaman herweyi elde ede biler..

violetta

24 İyun 2013 15:04

Yaziq esli .