Loading...

Məntiq sualları, 11-ci həftə
Joy.az Life
- 16 Aprel, 2011
- 12 678 Baxış
Loading...

DİQQƏT!!! DİQQƏT!!! DİQQƏT!!!
1) Həlli yazılmayan düzgün cavablar qeydə alınmır, ona görə də düzgün hesab elədiyiniz cavabın həllini yazın.
2) Hər həftənin şənbə günü Bakı saatı ilə 20:00 da məntiq sualları ana səhifədə yayımlanacaq. .
3) Hər sual VM və 1 xal qazandıra bilər. Hesabında 10 xalı olan istifadəçiyə yeni status veriləcək.
4) Sual göndərmək istəyən istifadəçilər şəxsi ismarışdan istifadə edə bilərlər və yaxud Vaska1988@hotmail.com adresinə məktub şəklində göndərə bilərlər.
Sual 1 ... 100 VM
2 nəfər 3 tur şahmat oynadılar (1 tur 1 oyun deməkdir). Hər ikisi eyni sayda mat etdi və heç bərabərlik olmadı. Bu necə ola bilər?
İpucu: Keçən həftə yazmışdım ki, bəsit cavablar düşünməkdən və yazmaqdan çəkinməyin.
Sual 2 ... 150 VM
Praqmatik , Girbinne , like::a::star , Qaraca , Dr.Triton, Flor və Damla_87 söhbət edirlər.
Praqmatik : Sabah yox o biri gün Çərşənbə günüdür.
Girbinne : Səhvin var, Çərşənbə günü bu gündür.
like::a::star : Hər ikiniz səhv bilirsiniz, çərşənbə günü sabahdır.
Qaraca : Sizin hansı təqvimlə işlədiyinizi bilmədim. Bu gün nə Bazarertəsi, nə Çərşənbə axşamı nə də Çərşənbədir.
Dr.Triton : Peh. Hələ həftənin günlərini bilmirsiniz. Dünən Cümə axşamı ididə.
Flor : Guya sən düzəltdində... Cümə axşamı sabahdır.
Damla_87 : Vallah səhv xatırlamıramsa dünən Şənbə günü deyildi.
Bu şəxslərdən sadəcə birinin ifadəsi doğrudursa söhbətin həftənin hansı günündə olduğunu tapın.
Sual 3 ... 200 VM
Bir hökmdar olur. Bu hökmdarın dustaqlarının sayı 10.000-dir. Bir gün hökmdar əmr verir ki, 1-indən başqa bütün dustaqlar edam olunsun. Dustaqlar dairəvi şəkildə düzülürlər. Hər birində sıra nömrəsi olur. 1, 2, 3, 4 , 5 , ......... 10.000-ə qədər davam edir. Hökmdarın edam əmri isə fərqli şəkildədir, əyləncə axtarışındadır. Deməli, əmrə görə öldürülmə 1-dən başlayacaq lakin 1-i öldürüb 2-dən keçib 3-dəki öldürələcək, 4-ü keçib 5-dəki öldürələcək və ən sonda 1 dustaq qalana qədər bu edam şəkli davam edəcək. Yəni ki, ölənin yanındakı ilk vəziyyətdə sağ qalıb, növbəti dövrdəki ölüm sırasını gözləyəcək. Ən sona qalan dustaq isə azadlığa buraxılacaq. Azadlığa buraxılacaq olan dustağın sıra nömrəsini tapın.
UĞURLAR...

Loading...
OXŞAR XƏBƏRLƏR
Загрузка...