Loading...

Məntiq sualları, 8-ci həftə
Joy.az Life
- 26 Mart, 2011
- 3 849 Baxış
Loading...

DİQQƏT!!! DİQQƏT!!! DİQQƏT!!!
1) Həlli yazılmayan düzgün cavablar qeydə alınmır, ona görə də düzgün hesab elədiyiniz cavabın həllini yazın.
2) Hər həftənin şənbə günü Bakı saatı ilə 20:00 da məntiq sualları ana səhifədə yayımlanacaq. .
3) Hər sual VM və 1 xal qazandıra bilər. Hesabında 10 xalı olan istifadəçiyə yeni status veriləcək.
4) Sual göndərmək istəyən istifadəçilər şəxsi ismarışdan istifadə edə bilərlər və yaxud Vaska1988@hotmail.com adresinə məktub şəklində göndərə bilərlər.
Sual 1 ... 50 VM

Sual 2 ... 50 VM
Bu sual bilinən sualdır lakin bilinən suallar bilməyənlərə maraqlı gəlsin deyə yazıram :)
4 nəfər olur. Bunlar körpünün bir tərəfindən digər tərəfinə keçməyə çalışacaqlar. Eyni anda körpüdən 2 nəfər keçə bilər. Hava qaranlıqdı, əllərində sadəcə 1 fənər var (keçid zamanı əllərində mütləq fənər olmalıdır) . 4 nəfərdən biri 10 , biri 5 , biri 2 , digəri isə 1 dəqiqədə qarşı tərəfə keçə bilir. Vaxt limiti qoymuram. 4 nəfəri ən tez müddətdə və ilk olaraq kim qarşı tərəfə keçirdərsə onun cavabını doğru qəbul edəcəm.
Sual 3 ... 100 VM
Bir şirkətdə hər il işçilər üçün yarışma olur. Qaliblər əvvəlcədən müəyyənləşdirilmiş hədiyyələrlə təltif olunurlar. Bu dəfə keçiriləcək olan yarışmanın mövzusu "Yalan danışmaq" olur. Hansı işçi yalan danışmağı bacararsa maaşında 2 qat artım olacaq. İşçilər idarə heyəti qarşısına keçib yalanlarını danışırlar lakin heyət çox sadə cavablarla "ola bilər, niyə də olmasın" kimi cavablarla danışıqları yalan qəbul eləmirlər. Yalnız və yalnız işçilərdən biri elə bir cümlə işlədir ki, idarə heyəti bu cümlə qarşısında maaşda 2 qat artım göstərilən imzalanmış sənədi həmin işçiyə təqdim edirlər. İşçinin hansı cümlə sayəsində qalib olduğunu tapın.
QEYD : Mənim danışdıqlarım yalandır kimi cümlələr düzgün qəbul olunmur... özünüzü yormayasınız deyə yazdım :)
Uğurlar...
Loading...
OXŞAR XƏBƏRLƏR
Загрузка...