Loading...

Məntiq Sualları, 6-cı həftə
Joy.az Life
- 27 Dekabr, 2010
- 5 432 Baxış
Loading...

DİQQƏT!!! DİQQƏT!!! DİQQƏT!!!
1) Həlli yazılmayan düzgün cavablar qeydə alınmır, ona görə də düzgün hesab elədiyiniz cavabın həllini yazın.
2) Hər həftənin şənbə günü Bakı saatı ilə 20:00 da məntiq sualları üçün JoY.Az-dayıq.
3) Hər sual pul və 1 xal qazandırır. Hesabında 10 xalı olan istifadəçiyə yeni status veriləcək.
4) Sual göndərmək istəyən istifadəçilər şəxsi ismarışdan da istifadə edə bilərlər, Vaska1988@hotmail.com adresinə də göndərə bilərlər.
Sual 1 ... 50 VM
12 nəfər eyni vaxtda 20 km məsafəni gedib, lazım olan yerə çatmalıdırlar.Onlar bir maşın sürücüsü ilə danışırlar.
Sürücü:
-Mənim maşınım ancaq 20 km/saat sürətlə gedə biləcək, həm də 4 nəfərdən artıq götürə bilmərəm.Siz, piyada saatda nə qədər yol gedə bilərsiniz?
Nəfərlərdən biri:
-Biz saatda 4 km gedə bilərik.
Sürücü:
-Onda mən dörd nəfər aparıb, irəlidə bir yerə qoyaram, onlar piyada gedərlər.Sonra da gəlib, sizi dörd-dörd apararam.
Deməli, onlar nə qədər vaxtdan sonra deyilən yerdə olarlar?
Sual 2 .... 50 VM
Ailə Sevinc-ində cek potu udan biletin seriya nömrəsi 1 ilə 999 arasında yerləşən ədədlərdən( rəqəmlərdən) biridir. Aşağıda biletin nömrəsi ile əlaqəli fərziyyeler irəli sürülüb :
A) Tək ədəddir
B) Hər hansı bir ədədin kvadratıdır
C) Hər han hansı bir ədədin kubu deyil
D) 100-dən böyükdür
E) 700-dən kiçikdir
Bu fərziyyələrdən sadəcə biri düzdür amma siz bilirsiniz nəyi tapacaqsınız? ... Cek potu udan biletin nömrəsini ) Bəli, cek potu udan biletin seriya nömrəsi nədir?
Sual 3 ... 100 VM
100 , 50 , 25 , 2 , 25 , 1 ... bunlar arasında toplama, çıxma , bölmə və vurma əməllərindən istifadə edərək 333 bərabərliyini tapın. Hər bir ədəd və rəqəmdən sadəcə 1 dəfə istifadə edə bilərsiniz. Ardıcıllığı qorumağa ehtiyac yoxdur.
Sizlər cavablarınızı şərhlərdə qeyd eləyin. Mən Bakı saatı ilə ən tez axşam saat 10-da cavablarınıza nəzər yetirəcəm.
Uğurlar.
Loading...
OXŞAR XƏBƏRLƏR
Загрузка...