Loading...
Məntiq Sualları, 5-ci həftə

Məntiq Sualları, 5-ci həftə

Loading...
Məntiq Sualları, 5-ci həftə
DİQQƏT!!! DİQQƏT!!! DİQQƏT!!!
1) Həlli yazılmayan düzgün cavablar qeydə alınmır, ona görə də düzgün hesab elədiyiniz cavabın həllini yazın.
2) Hər həftənin şənbə günü Bakı saatı ilə 20:00 da məntiq sualları üçün JoY.Az-dayıq.
3) Hər sual pul və 1 xal qazandırır. Hesabında 10 xalı olan istifadəçiyə yeni status veriləcək.
4) Sual göndərmək istəyən istifadəçilər
şəxsi ismarışdanda istifadə edə bilərlər, Vaska1988@hotmail.com adresinə də göndərə bilərlər.


Sual 1 ... 50 VM

1-dən 1000-ə qədər olan sayların rəqəmlərinin cəmi neçəyə bərabərdir?

Çox asan riyazi sualdır.

Sual 2 .... 50 VM

3 və 2 - dən sadəcə bir dəfə və riyazi əməldən istifadə etməklə 24 bərabərliyini əldə edin.

Çox sadə sualdır.

Sual 3 ... 100 VM

7, 9, 13, 22, 50, ?

Həm sadə həm də sevdiyim suallardan biridir.

Ümumiyyətlə, bugün çətin olmayan suallarla beynin pasını tökmək düşüncəsi ilə hərəkət etdim. Sizlər cavablarınızı şərhlərdə qeyd eləyin. Mən Bakı saatı ilə ən tez gecə saat 2-də cavablarınıza nəzər yetirəcəm.
Uğurlar.
Loading...

OXŞAR XƏBƏRLƏR

Загрузка...

SON XƏBƏRLƏR

glcnnnn

20 İyul 2018 14:53

Ikinci sual çox çetindi.... fear

A_K

27 Yanvar 2013 16:18

7, 9, 13, 22, 50, ?
Mence bunun sonu 100 -dur
--------------------
Bataryam bitince yeni telefon alıyorum ne öyle fakir gibi şarja mı takıcam . biggrin

BakıLıLaR

27 Dekabr 2010 06:26

Ugurlar Oyuncu aparsin !

Nilay

20 Dekabr 2010 22:52

TSKLR

Mamedovich

20 Dekabr 2010 20:34

Mən tapa bilmədim=)

MaTriX

20 Dekabr 2010 20:30

Men bele seyleri fikirlese bilmirem sebrim yoxdur:)

kissed_a_girl

20 Dekabr 2010 14:20

2-ci sual:
3 üstü 2


Sən canı bu şərhimi silin də ))
Mən niyə belə yazmışam :)

Dandoline

20 Dekabr 2010 14:01

Girbinne, Marş dərsə !!

Girbinne

20 Dekabr 2010 13:56

Vaska1988,
ok.onda əla smile təbrikə və çox maraqlı ,həm də mənalı oyuna görə minnətdaram.gələn həftəni səbirsizliklə gözləyəcəm give_ros

Vaska1988

20 Dekabr 2010 13:44

Girbinne,

Sizin fikrinizi başa düşmüşəm, narahat olmayın ) Qalibləri də qeyd eləmişəm. Dərsə gecikməyin.

Girbinne

20 Dekabr 2010 13:40

Sitat: Vaska1988
İndi siz sualın cavabına yazdığınız ismarışla , daha sonradan etdiyiniz əlavələr diqqət yetirin. İlk ismarışınızda hər yüzlükdə hər rəqəmdən 20 dənədi yazmısınız ) Sırf buna görə gecəki ismarışımı sildirtdim. İndiki ismarışınızda isə yüzlüklərin ilk rəqəmlərini diqqətə almadan yazmışam deyirsiniz. İzahınız üçün mütəşəkkirəm.

ay da,hə də 1 dən 100əcən elədi,yəni ama 100dən 200əcən olanı götürəndə məsəlçün 1rəqəmi burda 20dənə olmaqdan əlavə həm də birinci rəqəm olaraq 100dəfə də iştirak eliyir.ona görə 200ün üstünə 100də gəlmişəm də.,2dən də 200də əlavə 100dənə var.3dən 300də və s.fikrimi çatdırammıram deyə ürəyim partlayır cray

Vaska1988

20 Dekabr 2010 13:31

Sitat: Girbinne
hətta və lakin bunnan sora da başa düşməsəz ,day nə deyim


İndi siz sualın cavabına yazdığınız ismarışla , daha sonradan etdiyiniz əlavələr diqqət yetirin. İlk ismarışınızda hər yüzlükdə hər rəqəmdən 20 dənədi yazmısınız ) Sırf buna görə gecəki ismarışımı sildirtdim. İndiki ismarışınızda isə yüzlüklərin ilk rəqəmlərini diqqətə almadan yazmışam deyirsiniz.
İzahınız üçün mütəşəkkirəm.


Beləliklə , nəticədə Alone_from_Vasmoy 1 xal və 100 VM , Girbinne isə 2 xal və 100 VM qazandı. Hər ikinizi də təbrik edirəm. Xüsusi ilə isə Girbinne-ni. Ondan ötəri ki, cavabını doğruldan insanları çox sevirəm.
Gələn həftə görüşənədək.

Girbinne

20 Dekabr 2010 13:23

Sitat: Dandoline
İlahi, ilahusya...

həqiqətən də,ilahi ilahusya smile ara yerdə dərsə də gecikdim ireful

Sitat: Vaska1988
Siz gülə bilərsiniz. Mən burda bütün istifadəçilərə xitab edirəm. Sənə məxsus olan bir həllin digərləri tərəfindən anlaşılmaması və beyinlərində sualın düzgünlüyünədair şübhələrin yaranması heç də yaxşı olmaz. Bəlkə xəbəriniz yoxdur, gecə düzgün cavabların tapıldığına dair ismarış yazmışdım. Sonradan sual-cavab eləmək üçün o ismarışımı sildirdim. Və qeyd elədiyi kimi mən dəha deyiləm. Ən primitiv məsələləri belə həll eləməyə bilərəm ) Lakin bildiyim hər bir mövzunun izahını asan başa düşülən şəkildə izah eləyirəm :) Siz isə yazdığınız cümləyə fikir verin zəhmət olmazsa. Kəlimə oyunu oynamayaq.

eee zarafat elədim də,niyə əsəbləşirsiz ki.prosta izah eləməynən heç aram yoxdu.mənimki ancaq həll eləməydi.gecə oxumuşdum.indi i izahını lap ətraflı yazmışam inanmıram ki bunnan sora da sula qala.həm 1 misalın 1 neçə həlli yolu ola bilər.bu da o tip misallardandı.mən bu yolnan tapmışam,başqa cür də tapmaq olar.

Vaska1988

20 Dekabr 2010 13:23

Girbinne,

Siz gülə bilərsiniz. Mən burda bütün istifadəçilərə xitab edirəm. Sənə məxsus olan bir həllin digərləri tərəfindən anlaşılmaması və beyinlərində sualın düzgünlüyünədair şübhələrin yaranması heç də yaxşı olmaz. Bəlkə xəbəriniz yoxdur, gecə düzgün cavabların tapıldığına dair ismarış yazmışdım. Sonradan sual-cavab eləmək üçün o ismarışımı sildirdim. Və qeyd elədiyi kimi mən dəha deyiləm. Ən primitiv məsələləri belə həll eləməyə bilərəm ) Lakin bildiyim hər bir mövzunun izahını asan başa düşülən şəkildə izah eləyirəm :)
Siz isə yazdığınız cümləyə fikir verin zəhmət olmazsa. Kəlimə oyunu oynamayaq.

Girbinne

20 Dekabr 2010 13:18

Vaska1988,
bu heç bir düsturdan istifadə eləmədən,mənə özəl bir həlldi.yəni düsturla mexaniki şəkildə tapılmış yox,beyin işlədərək düşünülüb tapılmış bir həll.uşaq vaxtı riyazziyyatın üst sinif mövzularını bitirməyə çalışan biri kimi,belə asan bir misalın sadə cavabını başa düşməməyiviz məni heyrətləndirdi.ama ümid eləyirəm ki başa düşərsiz mocking

Sitat: Vaska1988
Bu cümlə hər yüzlükdə olanları deyir ) Məsələn , 100-dən 200-ə qədər olan rəqəmlər üçün bunu keçərli saya bilərik?

bəli saya bilərik))), 100dənə 200əcən də,200dən 300əcən-də smile yüzlük də elə o deməkdi də.prosta hər yüzlüyün 1ci rəqəmlərini axırda nəzərə almışam.yəni 200ün üstünə 100gəlməklə smile

Vaska1988,
hətta və lakin bunnan sora da başa düşməsəz ,day nə deyim smile

Vaska1988

20 Dekabr 2010 13:15

Girbinne,

Amma və lakin

Sitat: Girbinne
hər yüzlükdə hər rəqəmnən 20 dənədi


Bu cümlə hər yüzlükdə olanları deyir ) Məsələn , 100-dən 200-ə qədər olan rəqəmlər üçün bunu keçərli saya bilərik?

Dandoline

20 Dekabr 2010 13:15

Girbinne,
İlahi, ilahusya... wacko

Girbinne

20 Dekabr 2010 13:07

Vaska1988,
məsələn,100əcən olan ədədlərin içərisində neçə 9 var.9,19,29,39,49,59,69,79,89,90,91,92,93,94,95,96,97,98,99(bunda 2 dənə 9 var).bu elədi 20dənə.mən 9u misalçün götürdüm.yəni ki 1,2 və s.nı da belə tapmaq olar.

Sitat: Girbinne
10 dənə yüzlük var,bu oldu 10*20=200

bu da yəni ki,100,200,300,400,500,600,700,800,900(1də ki 1dən 100ə kimi),deməli bu ədədlərdən oldu 10*20=200;
hər yüzlüyün 1ci rəqəmini nəzərə almadan hesabladım bunu.amaki hər ədədin də öz yüzlüyü var axı.məsələn,9unki 900.900də də 100 dənə 9 var.yəni 901,902....999,ona görə də 200ün üstünə 100də gəldim oldu 300.1000əcən olan ədədlərdə hər rəqəmnən 300dənədi.sorası da ki məlumdu

Dandoline

20 Dekabr 2010 13:07

Sitat: Vaska1988
Necəki?

Girbinne,
İndi izah elə.. mocking

Vaska1988

20 Dekabr 2010 12:58

2-ci sualın cavabı da tapıldı :

Sitat: Girbinne
(3!-2)! TAPDIM


Təbriklər...

Sitat: Girbinne
hər yüzlükdə hər rəqəmnən 20 dənədi.


Necəki?

Girbinne

19 Dekabr 2010 15:37

hər yüzlükdə hər rəqəmnən 20 dənədi.10 dənə yüzlük var,bu oldu 10*20=200,hər rəqəmin də öz 100lüyü olduğunnan 100də üstünə gəliriy eliyir 300 eləyir.
300*(1+2+3+4+5+6+7+8+9)=13500, 1000də də bir olduğuna görə
13500+1=13501

PRAQMATIK

19 Dekabr 2010 15:27

Sitat: Girbinne
(3!-2)! TAPDIM

Düzgün tapmısan smile

Kasper

19 Dekabr 2010 15:12

Mən hər 3 suala cavab vermişəm. 3-cü sual çox maraqlı sualdı, cavabı 175 edir. Həllin isə məktubla göndərmişəm :)

Girbinne

19 Dekabr 2010 14:14

(3!-2)! TAPDIM

Vaska1988

19 Dekabr 2010 13:17

Sitat: Alone_from_Vasmoy
Yaxshi tutaqki Men sehv demishemde bes 1ci ve 2ci sualin cavablari hani...???
Birdeki Menim xalim,pulum hardadi...?)


Sən səhv cavab yazmısan deyə sualların cavabları verilməlidir? Burda bir çoxumuzdan daha güclü məntiqə sahib istifadəçilər var. Onlar bu sualların həllini taparlar. Tapa bilməsələr mən cavabları qeyd eləyəcəm. Və bu Məntiq Sualları layihəsində gedişatın necə olduğunu əvvəlki mövzularımızdan baxıb öyrənə bilərsən.

Sitat: Limmi
mence orda sadece 2 ve 3-den istifade etmek olar yazlimayibb)).


Nə sizlər uşaq nə də mən dayə deyiləm ))

Babydoll

19 Dekabr 2010 11:57

Sitat: D-e-V-i-L
bes 2 kubu 24 elemir?


ne gozel lol

Sitat: Girbinne
vurulsun yazmışam elə bil ki. vurma da ki riyazi əməldi.siz 4 dən də istifadə eləmisiz,mən başa düşdüyümə görə ancaq 2 və 3dən istifadə olunmalıdı özü də bir dəfə .o da ancaq belə mümkündü.


mence orda sadece 2 ve 3-den istifade etmek olar yazlimayibb)).
--------------------
Bir gün Mənsiz galacagsan, Sənsiz galacağam deməyə gəlmir dilim..

Alone_from_Vasmoy

19 Dekabr 2010 11:31

Yaxshi tutaqki Men sehv demishemde bes 1ci ve 2ci sualin cavablari hani...???
Birdeki Menim xalim,pulum hardadi...?)

Gitarist

19 Dekabr 2010 09:41

7, 9, 13, 22, 50, ?
Mence bunun sonu 100 -dur

D-e-V-i-L

19 Dekabr 2010 04:40

Sual 1)
500500


Sual 1) 500500
Sual 2)7 + (1!+1) = 9
9 + (2!+2) = 13
13 +(3!+3) = 22
22+(4!+4)=50
Sual 3) 2 kubu eledi 8 vururuq 3 beraberdi 24 fso

Girbinne

19 Dekabr 2010 04:39

Sitat: Vaska1988
Ümid etmək istəyirəm ki, ən azı 1 sualın həllini Flor ilə baş-başa verib birlikdə tapacaqsınız

yalan ümid sonda acı həqiqətdi mocking