Loading...

Məntiq sualları , 3-cü həftə
Joy.az Life
- 09 Mart, 2010
- 8 300 Baxış
Loading...

DİQQƏT!!! DİQQƏT!!! DİQQƏT!!!
1) Həlli yazılmayan düzgün cavablar qeydə alınmır, ona görə də düzgün hesab elədiyiniz cavabın həllini də yazın.
2) Hər həftənin 1-ci günü Bakı saatı ilə 20:00 da məntiq sualları üçün JoY.Az-dayıq.
3) Hər sual pul və 1 xal qazandırır.
4) 10 xala qarşılıq status vədini 5 xala endirdik.
Sual1 ... 50 manat
Bir yerdə cinayət hadisəsi olur. Müstəntiq Təhməzov hadisə yerinə gəlir. Bir az vaxt sonra telefon zəngi eşidilir. Müstəntiq telefonun yerini axtaranda 2 qol saatı tapır. Hər 2 saat dayanmışdı , işləmirdi. Müstəntiq də hər 2 saatı götürür , qurur , işə salır və birini sağ qoluna , birini də sol qoluna taxır. 1 saat sonra soldakı saat 1 dəqiqə qabağı göstərir , sağdakı saat isə 2 dəqiqə dala qalır. 1 gün sonra səhər vaxtı , soldakı saat 7 tamamı , sağdakı saat isə 6-nı göstərir. Sual : telefona zəng gələndə saat neçə idi?
Sual2 ... 50 manat
Sual işarəsinin yerinə gələcək ədədi tapın
3-8-27-32-75-?
Sual3 ... 100 manat
Aşağıdakı qaydalara uyğun gələrək diaqramda sol üstdəki 1-dən sağ altdakı 25-ə çatın.

Qaydaları :
1) Kvadratlar arasında yalnız üfüqi və şaquli hərəkət edə bilərsiniz.
2) Çarpaz hərəkət edə bilməzsiniz.
3) 1-dən 25-ə qədər bütün ədədlərdən keçmək məcburiyyətindəsiniz.
4) Heç bir ədəddən birdən çox dəfə keçə bilməzsiniz.
Doğru hesab elədiyiniz cavabı 25-ə çatana qədər keçdiyiniz ədədlərin sırasına görə ard-arda şərhdə yazın.
Xal Cədvəli

1-ci suala düzgün cavab verib 50 manat və 1 xal qazandı ... Pervane-Evropa
2-ci suala düzgün cavab verib 50 manat və 1 xal qazandılar ... Sevka_(JoY) və Play_Boy
3-cü suala düzgün cavab verib 100 manat və 1 xal qazandı ... X-X-X
2-ci suala düzgün cavab verib 50 manat və 1 xal qazandılar ... Sevka_(JoY) və Play_Boy
3-cü suala düzgün cavab verib 100 manat və 1 xal qazandı ... X-X-X
Loading...
OXŞAR XƏBƏRLƏR
Загрузка...