Fon yüklənir...
Загрузка...

Xocalı soyqırımından 22 il ötür

Загрузка...

Xocalı soyqırımından 22 il ötür

 

Ermənilərin Azərbaycanın Xocalı şəhərində törətdiyi soyqırımının 22 ili tamam olur.

 

1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni hərbi birləşmələri Rusiyanın 366-cı motoatıcı alayının köməyi ilə Xocalı şəhərini işğal edərək, burada yaşayan dinc əhaliyə - azərbaycanlılara qarşı soyqırımı törədib.

 

Erməni silahlı birləşmələri SSRİ dövründən Xankəndi şəhərində dislokasiya olunmuş 366-cı motoatıcı alayının zirehli texnikası və hərbi heyətinin köməkliyi ilə 1992-ci il fevralın 25-də Xocalı şəhərinə hücuma keçib. Mühasirəyə alınan şəhərin 2500 sakini xilas olmaq üçün Ağdam istiqamətində hərəkət edib. Lakin pusquda dayanan ermənilər dinc sakinləri gülləbaran ediblər. Əsrin faciəsi olan Xocalı soyqırımı nəticəsində 63-ü uşaq, 106-sı qadın, 70-i qoca və qarı olmaqla, 613 Xocalı sakini qətlə yetirilib, 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirib. Düşmən gülləsindən 76-sı uşaq olmaqla, 487 nəfər yaralanıb. 1275 nəfər əsir götürülüb. Girov götürülənlərdən 150 nəfərinin, o cümlədən 68 qadın və 26 uşağın taleyi bu günədək məlum deyil.

 

Rəsmi hesablamalara görə, qanunsuz erməni silahlı birləşmələri tərəfindən Xocalı şəhərinin işğal edilməsi ilə əlaqədar dövlət əmlakının və xüsusi mülkiyyətdə olan əmlakın məhv edilməsi, talan edilməsi ilə bağlı Azərbaycan dövlətinə və vətəndaşlarına 140 milyon manatdan (təxminən 170 milyon ABŞ dolları) artıq ziyan vurulub.

 

Xocalı soyqırımının ildönümü hər il Azərbaycan və dünyanın bir çox ölkələrində hüznlə qeyd olunur. Azərbaycan səfirlikləri və diaspor təşkilatları hər il fevralın 26-da fəaliyyət göstərdikləri ölkələrdə anım mərasimləri təşkil edir, konfranslar keçirirlər. Bu tədbirlərdə ermənilərin Xocalıda törətdikləri vəhşilikləri əks etdirən foto-stendlər, sənədli filmlər nümayiş olunur, soyqırımı həqiqətlərini əks etdirən kitablar sərgilənir.

 

2009-cu ilin fevralından isə İslam Konfransı Təşkilatı Gənclər Forumunun (İKGF) Mədəniyyətlərarası Dialoq üzrə Baş Koordinatoru Leyla Əliyevanın təşəbbüsü ilə “Xocalıya Ədalət” kampaniyası keçirilir. Kampaniyanın məqsədi beynəlxalq ictimaiyyətin Xocalı faciəsi ilə bağlı məlumatlandırılması, faciəyə beynəlxalq aləmdə mənəvi-siyasi qiymət verilməsi və beynəlxalq səviyyədə anılmasını təmin etməkdir. Kampaniyanın beynəlxalq əlaqələndirilməsi www.justiceforkhojaly.org saytı vasitəsilə aparılır.

Загрузка...

ŞƏRHLƏR

Dark PrincesSa

15 Mart 2014 18:22

Allah butun sehidlere rehmet etsin

rubabe1

27 Fevral 2014 15:39

ALLAH REHMET ETSİN ALLAH BU ZULMU YERDE QOYMASİN AMİN

Həyat

27 Fevral 2014 14:28

Day xalqım bunuda unutsa mənim sözüm yoxdu
--------------------
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
Həyat-bir kitabdır ki, müəllifi sən özünsən.
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~

banu mirzeyeva

27 Fevral 2014 12:54

ALLAH REHMET ETSIN BUTUN SEHIDLERE..AILELERINE SEBR VERSIN:(((

Mr.Mansur

27 Fevral 2014 00:04

Allah Cəmi Ölən bütün şəhidlərimizə rəhmət eləsin Ruhları Şad olsun

Ailələrinə səbr arzuluyuram
--------------------
Bəlkə gələrsən deyə,sol tərəfi keçmənçün boş saxladım

Qismet directioner

26 Fevral 2014 21:19

ALLAH butun sehidleri rehmet elesin! ele bu gun de biz dersde bu movzuda insa yazdiq.
--------------------
-Did you see my life?
+No.
-Why not?
+Because I am blind. lol


Starbucks

26 Fevral 2014 16:00

ALLAH RƏHMƏT ELƏSİN BÜTÜN ŞƏHİDLƏRİMİZƏ...!
Elə bu gün dərslərdə,Xocalıdan danışırdıq.Tədbir,mövzu falan-filan oldu məktəbdə...
--------------------
Follow İnstagram: @anti_standart

gulumse

26 Fevral 2014 14:49

allah pis insanlara lenet elesin

Night Wolf

26 Fevral 2014 12:52

Bu gün həqiqətən tariximizin ən faciəli bir günlərindən biridi. Bu gün bizim Xocalımız getdi. 613 nəfər əhalimizi yerlə-yeksan edildi. Sklapları çıxarılan kim gözü oyulan kim üzü yarısından kəsilən kim. Həqiqətən dünya bu cür vəhşilik görməmişdi. Nə qədər ağır olsa da 22 il az bir müddət deyil. Amma A_K-nın sözünə qüvvət Xocalı qayıtsa belə Xocalı əhalisi ora çətin ki qayıda.
ALLAH bütün şəhidlərimizə Rəhmət eləsin
--------------------
Hz.Məhəmməd (s.ə.s) əxlaqı, Hz.Süleyman səadəti, Hz.Eyyubun səbri Hz.Həmzənin cəsarəti, Hz.Yusifin gözəliyi, Hz.Əlinin biliyi və 124 min peyğəmbərin duası bizimlə olsun AMİN!

LlLesiARe

26 Fevral 2014 12:15

Xocali faciesi bizim qanli yaddawimizdir... Allah bu dehwetli faciede helak olan her kesi rehmet elesin.

Cox anlamli xeberdir tewekkurler....

A_K

26 Fevral 2014 12:04

Her il yas matem saxlanılır. Zarafat deyil 22 il. Bundan sonra ne Xocalı qayıdacaq nedeki şehidlerimiz. Bununla barışıb millet artıq. Her kes oturduqları yere alışıblar artıq. Xocalılar Bakıdan ora qayıdan deyiller, nedeki űzdeniraq ermeniler Xocalıdan çıxan deyiller. 22 il bir gencin őmrűdű. Meselen bir ermeni 1992-ci ilde doğulub ve artıq 22 yaşı var, evlenibde belke uje. Yeni gőzűn açıb őzűnű Xocalıda gőrůb ve veteni qebul edir oranı. Bundan sonra onu kimdi ordan çıxara bilen.Ve yaxudda Xocalıdan qaçqın dűşűb Bakıda mesgunlaşanlar, çox azı kende qayıtmaq isteyerler. Artıq şehere őyreşibler.Neyse Allah şehidlerimize rehmet elesin, arada onlar getdi...
--------------------
Bataryam bitince yeni telefon alıyorum ne öyle fakir gibi şarja mı takıcam . biggrin

sevinc m-zada

26 Fevral 2014 10:06

ALLAH REHMET ELESIN
--------------------
love Koray İzitaş Vine love

Live you life

26 Fevral 2014 09:28

Allah cəmi şəhidlərimizə rəhmət eləsin recourse
loading...
Загрузка...