Fon yüklənir...
Загрузка...

Kosmosda necə namaz qılmaq olar?

Загрузка...
Kosmosda necə namaz qılmaq olar?

Malayziyalı kosmonavt İslamın əsaslarından olan namazı hətta kosmosda da qılıb.Görüntülərdə kosmik vasitənin içində namaz qılan şəxs malaziyalı astronom professor Muzaffar Şukoridir. Malayziyalı professor Ankarada "Kosmosda 11 Gün" adlı konfransda çıxış edərkən, özündə 10 yaşından kosmos arzusu yarandığını və bu xəyalının 35 yaşında ikən baş tutduğunu deyib. 2006-cı ildə 11 min 435 nəfər arasından seçilərək, Rusiyada astronomiya təhsil aldığını və il yarımdan sonra, kosmosa uçmuş 9-cu müsəlman astronavt olduğunu bildirib.

Kosmosda qaldığı 11 günə dair görüntüləri göstərən professor, orda necə namaz qıldığını da göstərib. Kosmosda 45 dəqiqədən bir günəşin doğub battığını və bu səbəblə orda namaz qılarkən uçduqları ölkənin namaz vaxtlarını əsas aldıqlarını deyib. Qibləyə gəldikdə isə Məkkəni tam müəyyən edə bilmədiyindən dünyaya istiqamətlənib.Muzaffar Şukori kosmosda Uca Yaradanın qüdrətini daha aydın hiss etdiyini də deyib.

Malayziyalı professor deyib ki, yerin cazibə qüvvəsi olmadığı üçün kosmosda insan boyu təxminən 10 santimter daha uzanır və daha tez yaşlanır. Daha da maraqlısı duş almaq da zəruri olmur. Çünki burda tərləmək, habelə hansısa iyi hiss etmək mümkün deyil. Kosmosda bakteriya və kansetogen maddələr də yoxdur. Elə buna görə onun fikrincə xərçəng xəstəliyinin çarəsi kosmosda tapılacaq. Kosmosda yeganə çətinlik yatmaqla bağlıdır. Yerin cazibə qüvvəsi olmadığından kosmonavtlar bel ağrısı yaşayır.

Загрузка...

ŞƏRHLƏR

Sebishko

13 Aprel 2012 18:59

Allah qebul etsin...
--------------------
<3<3<3<3<3

DonnA

17 Fevral 2012 15:48

Sitat: Narmishka_
Bucur werait ola ola qilmiyanlar baxib ibret gotursunler ki,kosmosda o cur 4etin veziyyetde Namaz qilanlar var...ALLAH qebul etsin!
--------------------
Həyat ölümə qaçmaqdır əslində..

JR

17 Fevral 2012 15:17

bunu dunen tv-de gordum.Allah qebul etsin.

Bayaq da tesedufen refiqemin namazini pozdum.zeng vurdum ona daha deme ki namaz qilirmis.ele pis oldum ki.bayaqdan onu fikirlesirem.boyuk gunah qazandim. cray

angel barbie

17 Fevral 2012 15:16

baxmisam

İrina Şeyk

17 Fevral 2012 14:56

allah qebul elessin. men bu xeberi oxumusam

ketrin zeta

17 Fevral 2012 14:54

allah namazini qebul elesin

Narmishka_

17 Fevral 2012 14:39

Bucur werait ola ola qilmiyanlar baxib ibret gotursunler ki,kosmosda o cur 4etin veziyyetde Namaz qilanlar var...ALLAH qebul etsin!

WiLdBoY

17 Fevral 2012 14:34

Allah Qəbul Etsin

Wolf Town

17 Fevral 2012 14:20

Halal olsun heqiqeten Allah qebul elesin

ToMa_84

17 Fevral 2012 12:32

kansetogen

Yəqin ki Kanserogen nəzərdə tutulub

SAMIR1996

17 Fevral 2012 08:58

HALLALLDI

FLOR

17 Fevral 2012 01:53

Allah qebul etsin

DictatoR

17 Fevral 2012 00:59

Demeeek insan istese kosmosda da qila bilermis namaz,daha bundan artiq ne ibret

MonO PolY

17 Fevral 2012 00:52

utandim ( halaldi
--------------------
New Age music

Yüz daha versen yüz uman yüzler bilirim.. Yokuşlara kardeş olan düzler bilirim ..Dünya öküzün üstünde derler ama; dünyanın üstünde nice öküzler bilirim !...

- Necip Fazıl Kısakürek

MisSayka

17 Fevral 2012 00:32

Sitat: JeSsie
"Vaxtim yoxdu", "vaxti gelende qilacam" kimi sozler deyenlere ibret olsun..

düz qeyd elədiz.
--------------------
Başqalarının nə düşündüyünün mənim onlara "başqaları" dediyim müddətcə heç bir önəmi yoxdur

fuad86

17 Fevral 2012 00:19

bundan sonra xeberlere baxmaq yoxdu laughing

Poker Face GaGa

16 Fevral 2012 23:22

Bu gun Tv-de baxdim.
--------------------

Mr_RoCCo

16 Fevral 2012 23:20

ALLAH köməyi olsun, nə deyim. Elə başda mən olmaqla namaz qılmayanlara da ibrət olsun..

Malayziyalı professor deyib ki, yerin cazibə qüvvəsi olmadığı üçün kosmosda insan boyu təxminən 10 santimter daha uzanır və daha tez yaşlanır. Daha da maraqlısı duş almaq da zəruri olmur. Çünki burda tərləmək, habelə hansısa iyi hiss etmək mümkün deyil.

Bu çox maraqlıdı
--------------------
FaceBook
Instagram - ageelvevo

JeSsie

16 Fevral 2012 22:51

Bu gun Tv-de baxdim. "Vaxtim yoxdu", "vaxti gelende qilacam" kimi sozler deyenlere ibret olsun..

serpil

16 Fevral 2012 22:46

bamışdım halal olsun good
loading...
Загрузка...