Loading...
Aygün Kazımova - Səssiz sinema /Yep-yeni klip, Exclusive/

Aygün Kazımova - Səssiz sinema /Yep-yeni klip, Exclusive/

Loading...

Aygün Kazımova - Səssiz sinema /Yep-yeni klip, Exclusive/

 

Çağdaş estradanın sevilən siması, Azərbaycanın xalq artisti Aygün Kazımova 2012-ci ildə tamaşaçılarını "Səssiz sinema" adlı mahnısına çəkdirdiyi klipi ilə sevindirməkdə qərarlıdır. Aygün xanım, ərsəyə gətirdikləri layihənin təfərrüatları barəsində bunları söylədi:

 

"Ötən ilin yayında musiqisi Sevinc Tağıyevaya, sözləri Sevinc Şirinə məxsus olan "Düşün məni" hitini ekranlaşdıran peşəkar komanda türkiyəli bəstəkar Hakan Erolun, sevimli şairələrimdən olan Leylinin sözlərinə yazdığı "Səssiz sinema"nı da yüksək səviyyədə lentə aldılar. Yadınızdadırsa, söyləmişdim ki, hər iki klipi çəkməkdən ötrü Türkiyədən 22 nəfərlik peşəkar heyət Bakıya gəlmişdi. İkinci klipimin çəkilişləri çoxdan yekunlaşsa da, montajı ötən ilin son günlərində bitdi. Və qərara gəldik ki, klip 2012-ci ildən etibarən ilk ekran işi kimi nümayiş olunsun.

 

Çəkilişlər beş müxtəlif kamera ilə Bakıdakı Kukla Teatrı və onun yaxınlığındakı keçiddə gerçəkləşdi. Süjet xəttinə gəldikdə isə əsas qəhrəman kimi özüm çəkilmişəm. Aşiqlərin səssiz sevgilərindən oxuyan müğənni obrazını yaratmışam. Mahnının mövzusu çox düşündürücü notlar üzərindədir. Kimsə yenə də özünü tapacaq, bəziləri yaşadıqlarını xatırlayacaqlar. Bəlkə də kimsə belə bir sevgini yaşayır. Leylinin sözlərinə, əminəm ki, sevginin nə olduğunu bilən insanlar biganə qalmayacaqlar. Mahnı real hitə namizəddir. Klipdən çox razıyam. İlk baxışdan sadə təsiri bağışlayan ekran işinə tamaşa edəcək oxucularınız keyfiyyəti asanlıqla sezə biləcəklər".

 

Meqastar Tarkanın "Acımıyacaq", eləcə də Ajda Pekkan, Sərdar Ortac və bir çox türk ulduzlarının kliplərini çəkmiş rejissorun kimliyini yenə də açıqlamaq istəməyən "milli Beyonce", ekran işinə xərclənən maliyyə vəsaiti barəsində bunları söylədi:

 

""70 min avroluq klip çəkdirəcəyəm" söyləyəndə mən təkcə "Düşün məni" mahnısını nəzərdə tutmamışdım. Əslində, bu məbləğ iki klipin ümumi dəyəri idi. Buraya Türkiyədən gəlmiş heyətin Bakıda qalmaqları və klip üçün sərf olunmuş xərclər daxildir. Təbii, fərqli layihələr ərsəyə gətirməkdən ötrü pul xərcləmək mütləqdir. Şadam ki, çəkdiyimiz zəhmət zövqlü bir kliplə bütünləşdi. İnşallah, tamaşaçılar da uğurumuza sevinib, gördüyüm işə öz müsbət qiymətlərini verərlər".

 

"Sizin Aygün olmaq asan iş deyil. Yaşadan, sevən və sevənlər üçün Aygündən bu kimi yenilikləri hələ çox gözləyin, əzizlərim", - həmişə pozitiv olan xalq artisti fikirlərini bu sözlərlə tamamladı.

 

Şahin Cavadsoy
Milli.az

 

 



* MP3 Yüklə | İndir | Скачать | Download

alternativ link

Yüklə | İndir | Скачать | Download

Loading...

OXŞAR XƏBƏRLƏR

Загрузка...

SON XƏBƏRLƏR

miss-ayla

5 Yanvar 2012 13:19

normaldi ireful

super_emocka

5 Yanvar 2012 12:21

normik////fena digil yani

FLOR

5 Yanvar 2012 01:54

mahni yaxsidi klipde pis deyil

nur_ay_kam

4 Yanvar 2012 22:02

axirki aygununneyinise beyendim
--------------------
bazı düşünceler yazılmaz sadece düşünürülür

settar

4 Yanvar 2012 17:50

pis deyil

Tatli cadi

4 Yanvar 2012 17:12

Mahni var mende normal mahndi

senmenimsen

4 Yanvar 2012 16:45

Sitat: nur_ay_kam
mahnini cixan günden yüklemiwem helede qulaq asmamiwam

mende ele hec qulaq asmamisham klip yaxshidir indi qulaq asiram
--------------------

Mr_RoCCo

4 Yanvar 2012 16:36

Mahnını çox bəyənirəm, bir neçə dəfə dinləmişəm. Klip də uğurlu alınıb onu da bəgəndim :)
--------------------
FaceBook
Instagram - ageelvevo

nur_ay_kam

4 Yanvar 2012 15:35

mahnini cixan günden yüklemiwem helede qulaq asmamiwam.klipede baxmaga axot yoxdu.sora baxaram.
--------------------
bazı düşünceler yazılmaz sadece düşünürülür

_DecelkA_

4 Yanvar 2012 14:53

Ureyim cekildiye bitinceyedek

Angel

4 Yanvar 2012 14:49

Aygunu sevmirem.Amma bu mahnisindan xosum geldi

Ferhad Tagiyev

4 Yanvar 2012 14:23

tvdə baxmışdım

User of Joyaz

4 Yanvar 2012 14:20

super mahnidi ilk çixan gündən bəyənirəm dəfələrlə dinləyirəm)) klipdə normaldi qəşəndi məncə..heyif uspet elemedim göndərim)))

MisSayka

4 Yanvar 2012 14:17

bu klipi tvdə baxmışdım.üff axtardımki tapım qoyum,tapa bilmədim recourse
belədiki nəm klip adidi.mahnıda norma.
--------------------
Başqalarının nə düşündüyünün mənim onlara "başqaları" dediyim müddətcə heç bir önəmi yoxdur