
Aygün Kazımova - Düşün məni /yep-yeni klip/ eXclusive
- 20 Sentyabr, 2011
- 6 019 Baxış
Türkiyədə oranjeman olunan “Düşün məni” klipini Türkiyədən gələn 22 nəfərlik peşəkar heyət lentə alıb.
Xalq artisti Aygün Kazımovanın son çəkdirdiyi 70 min avroluq yeni klipi hazırdır. “Düşün məni” (mus: Sevinc Tağıyeva, söz: Sevinc Şirin) Kral TV-də gün ərzində 48 dəfə yayımlanacaq.
Qeyd edək ki, Türkiyədə oranjeman olunan “Düşün məni” klipini Türkiyədən gələn 22 nəfərlik peşəkar heyət lentə alıb. Avqustun sonlarında Bakıya gələn türkiyəli heyətin bütün avadanlıqları Türkiyədən gətirilib. Komanda meqastar Tarkanın “Acımayacak”, eləcə də Ajda Pekkan, Serdar Ortaç, Funda Arar, Sıla, Murat Boz, Ozan Doğulu, Murad Dalkılıç, Gülşen və bir çox türk ulduzlarının kliplərini çəkib. Xalq artistinin yeni klipi 5 müxtəlif kamera ilə fərqli məkanlarda lentə alınıb. Klip çəkilişləri 4 gun fasiləsiz davam edib. Klip Aygün Kazımovanın istəyi və arzusu ilə ölkəmizin təqdimatı mövzusundadır.
Klipdən eXclusive görüntülər