Loading...
Bakıda qadın sürücü 3 maşını belə əzişdirdi

Bakıda qadın sürücü 3 maşını belə əzişdirdi

Loading...
Paytaxtın Bakıxanov küçəsində baş vermiş ağır yol qəzasının videosunu yayılıb..

DİN-in «Təhlükəsiz şəhər» Avtomatlaşdırılmış İdarəetmə Mərkəzinin kameraları vasitəsilə qeydə alınan görüntülərdən məlum olur ki, Bakıxanov küçəsində svetoforun qırmızı işığı yanır.

Lakin ağ rəngli minik maşınını idarə edən xanım sürücü qırmızı işıqda hərəkəti davam etdirirək zəncirvari qəza törədir.

Onun kobud qayda pozuntusu ucbatından öz yolu ilə hərəkət edən 3 avtomobil əzilir. Toqquşma o qədər sürətlə baş verir ki, xanım sürücünün olduğu avtomobilin sürücü əyləşən tərəfi bərk əzilir. Bu səbəbdən də qəzadan sonra xanım sürücü maşından çıxa bilmir. Onu hadisə yerinə gələn yol polisləri və vətəndaşlar digər qapıdan çıxırırlar.

Kadrlarda görünür ki, maşında başqa bir xanım və azyaşlı da var. Maraqlısı budur ki, svetoforun qırmızı işığının yanmasına baxmayaraq, xanım sürücü hərəkəti sürətlə davam etdirir. Sanki o, svetofora əhəmiyyət vermir...
 

Loading...

OXŞAR XƏBƏRLƏR

Загрузка...

SON XƏBƏRLƏR

emiwka

28 Mart 2015 17:55

Xebere gore tesekurler
--------------------
Getdim Sagolun

Ahu 05

25 Mart 2015 17:15

xebere gore tesekkurler....