Loading...
Ayın Yerdən görünməyən tərəfi (VİDEO)

Ayın Yerdən görünməyən tərəfi (VİDEO)

Loading...

Ayın Yerdən görünməyən tərəfi (VİDEO)

 

NASA Ayın səthini əks etdirən video yayıb.

Videoda xüsusilə Ayın gözlə görünməyən qaranlıq tərəfi göstərilib. NASA mütəxəssislərinin sözlərinə görə, Yerdən baxanda görünməyən tərəfi əks etdirmək üçün planetlərarası stansiya olan "Lunar Reconnaissance Orbiter"in çəkdiyi görüntülərdən və kompüter qrafikasından istifadə edilib.

Video "Youtube" video portalına yerləşdiriləndən sonrakı qısa müddət ərzində 700 min dəfədən çox baxılıb. Videoda Yerin təbii peyki olan Ayın tək səthinin deyil, səthin öyrənilməsinin tarixi haqqında da qısa məlumat verilir.

Qeyd edək ki, "Kosmos dövrü"nə qədər insanlar nəhəng səma cismi haqqında o qədər də məlumatlı deyildilər. Amma 2009-cu ildən "Lunar Reconnaissance Orbiter" Ayın səthinin ətraflı xəritəsini hazırlayıb. Bu xəritələrin sayəsində hər kəs Yerin təbii peykinin görünməyən tərəfi haqqında ətraflı məlumat ala bilir. 
 

Loading...

OXŞAR XƏBƏRLƏR

Загрузка...

SON XƏBƏRLƏR

Ahu 05

10 Fevral 2015 09:43

xebere gore tesekkurler.