Loading...

Emin Ağalarov yeni klipini təqdim etdi: “Woman” – VİDEO
Video çarxlar
- 03 Fevral, 2015
- 889 Baxış
Loading...

Məşhur müğənni-bəstəkar Emin Ağalarov yeni "Woman” klipini təqdim edib. Emin bu klipdə Çarli Uilyams (Charly Williams) ilə duet oxuyub.
"Biz "Woman” mahnısını həyatımızda olan ən gözəl varlıqlara – qadınlara həsr edirik. Mahnı hər biri ayrı-ayrılıqda cazibədar və unikal olan planetin bütün qadınlarına: analarımıza, nənələrimizə, qızlarımıza, bacılarımıza həsr olunur. Ümid edirəm bizim günəşli klipimiz sizi gülümsəməyə məcbur edəcək. Axı sizin yalnız bir təbəssümünüz biz kişiləri dağları devirməyə vadar edə bilər!”, - yeni klipi haqqında danışan müğənni deyib.
Mahnının sözləri də bu romantik ismarıcı tamamən əks etdirir: "Don’t matter what they say about you, woman I know you are amazing” ("Haqqında nə deməkləri vacib deyil. Sən əsrarəngiz qadınsan!” – tər.) mahnının nəqarətində deyilir.
"Woman” Emin və avstraliyalı müğənni Çarli Uilyamsın birgə duetidir. Bu, Eminin yeni ingilis dilli "More Amor” albomunun ilk sinqlıdır. Albomun ümumdünya relizi beynəlxalq Leybl Warner Music-in dəstəyi ilə martın 24-də baş tutacaq.
Klipin çəkilişləri Mayamidə aparılıb.
Loading...
OXŞAR XƏBƏRLƏR
Загрузка...