Loading...
İnternetdə övladı ilə yarıçılpaq halda rəqs edən ananı qınadılar - VİDEO

İnternetdə övladı ilə yarıçılpaq halda rəqs edən ananı qınadılar - VİDEO

Loading...

İnternetdə övladı ilə yarıçılpaq halda rəqs edən ananı qınadılar - VİDEO

 

İnternet istifadəçiləri Kaliforniya sakini, öz YouTube kanalında dirək ətrafında rəqsini yerləşdirən Eşli Raytı (Ashley Wright) tənqid ediblər.

Narazıçılığa səbəb isə gənc ananın rəqsi ifa edərkən əlində körpəsini tutması olub.

Videoçarxda gənc qadın musiqi sədaları altında yarıçılpaq vəziyyətdə dirək ətrafında rəqs edir. Videonun başlanmasından bir neçə saniyə sonra kadrda onun iki yaşlı qızı Şennon Mari (Shannon Marie) peyda olur. Buna baxmayaraq Rayt əvvəl tək, sonra isə uşağı qucağına alaraq rəqsə davam edir.

Tənqidə cavab olaraq Rayt öz saytında məqalə dərc edərək, bunun normal bir hal olduğunu bildirib.

"Mən şadam ki, biz sədaqət, cəsarət, inkişaf və ilahi zərifliyin rəmzi ola bilərik. Bunu hamı anlamır, amma bu, normaldır”, - amerikalı qadın yazıb.

Qeyd edilir ki, şəbəkə istifadəçilərinin hamısı Raytı tənqid etməyib.

"Sizin rəqsiniz və kiçik qızınızın qayğısına qalmağınız xoşuma gəlir. Siz pis heç nə etmirsiz. Siz qeyri-adi anasız”, - çarxın şərhlərindən biri belədir.

Rayt daha öncə də qızının yanında etdiyi rəqslərinin videoçarxlarını kanalda yerləşdirib, amma o zaman bu çarxlar istifadəçilərin diqqətini çəkməyib. 
 

Loading...

OXŞAR XƏBƏRLƏR

Загрузка...

SON XƏBƏRLƏR

serpil

21 Yanvar 2015 14:01

NE gozel oynuyur eeee

A_K

21 Yanvar 2015 01:48

elbetdeki qınayacaqlar
--------------------
Bataryam bitince yeni telefon alıyorum ne öyle fakir gibi şarja mı takıcam . biggrin

Mr_RoCCo

19 Yanvar 2015 23:00

her sey bir qiraga cani yanmis qeseh oynuyur :)
--------------------
FaceBook
Instagram - ageelvevo