Loading...
“İşğal altında – Ağdam” kompüter oyunu

“İşğal altında – Ağdam” kompüter oyunu

Loading...
“İşğal altında – Ağdam” kompüter oyunu – Video


“İşğal altında - Ağdam” kompüter oyunu “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramının Azərbaycan tarixini əks etdirən kompüter oyunlarının hazırlanması ilə bağlı hissəsinin icrasının təmin olunması məqsədilə və “2013-cü ilin Azərbaycan Respublikasında “İnformasiya-kommunikasiya texnologiyaları ili” elan edilməsi haqqında” Azərbaycan Prezidentinin sərəncamına müvafiq olaraq Gənclər və İdman Nazirliyinin dəstəyi ilə “AzDimension”gənclərdən ibarət təşəbbüs qupu tərəfindən hazırlanıb.

Təqdimat mərasimində çıxış edən gənclər və idman nazirinin müavini İntiqam Babayev bildirib ki, bu, işğal altında olan bölgələrimizə həsr edilmiş sayca ikinci kompüter oyunudur.

İlk oyun “İşğal atında - Şuşa” bir il əvvəl kompüter oyunları həvəskarlarına təqdim edilmiş və böyük marağa səbəb olmuşdu. Yeni oyunda isə eyni zamanda Azərbaycanın hərbi sənayesinin uğurları, istehsal olunan silah və texnikalar da yer alıb:

“Bu oyun ölkəmizin tarixini öyrənməyə imkan yaradacaq, gənclərin və yeniyetmələrin hərbi-vətənpərvərlik ruhunun tərbiyəsinə müsbət təsir göstərəcək. Bu oyunları istehsal etməklə gənclərin yaddaşı yenidən canlandırılır və Azərbaycan həqiqətlərini virtual aləmdə canlandırır. Erməni işğalçıları tərəfindən dağıdılmış Ağdam şəhəri dünyanın “20 kabus şəhər"i siyahısına daxil edilib. Əminəm ki, Azərbaycan Prezidenti İlham Əliyevin siyasəti və Azərbaycan Ordusunun gücü ilə işğal altında olan digər bölgərimizlə yanaşı, Ağdam da azad ediləcək və onu “kabus şəhər"lər siyahısından çıxaracağıq.”

İ.Babayevin sözlərinə görə, Azərbaycanın işğal edilmiş bölgələrinə, o cümlədən tarixinə həsr edilmiş oyunların istehsalı ilə bağlı layihələr davam etdiriləcək və bu ilin sonunadək daha bir kompüter oyununun təqdimatı olacaq..

“AzDimension” qrupunun rəhbəri Fərid Haqverdiyev isə bildirib ki, “Əsas məqsəd Azərbaycan gənclərinin Ağdamı unutmadığını göstərmək, Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsini dünyaya yaymaqdır”.

Qeyd edək ki, oyunu yaxın zamanlarda www.isgalaltında.com saytından və www.facebook.com/AzDimension sosial səhifəsindən yükləmək mümkün olacaq.

 

Loading...

OXŞAR XƏBƏRLƏR

Загрузка...

SON XƏBƏRLƏR

Mircefer

1 Mart 2014 19:46

Oyunu Yaradanlara Halal olsun fikirlewib Eziyyet cekenlere Halal olsun Elinize Saglig bu oyunu hansi saytda yuklemek olar>>?

Mr.HəSəN

19 Yanvar 2014 20:00

oyun cox tuxta oyundu

LlLesiARe

11 Oktyabr 2013 20:00

aaaa heveslendim lao.OYNAMAQ istiyirem

DonnA

11 Oktyabr 2013 02:48

Bu oyunu sozde vetenperlere oynatmaq lazimdi. Qoy udsunlar
--------------------
Həyat ölümə qaçmaqdır əslində..

Mr_RoCCo

10 Oktyabr 2013 23:17

Boş-boş danışmıyın, düzəldənə nə dəxli torpaqların alınmasının. Lap əla fikirləşib düzəldib, halal olsun
--------------------
FaceBook
Instagram - ageelvevo

F_N

10 Oktyabr 2013 19:21

Biz ele oyunda torpaqlara ayaq basib,geri ala bilerik

Ledi Luiza

10 Oktyabr 2013 18:48

Sitat: Mələk
deyirəm necə də utanmirlar e.torpaqları verdikləri bəs deyil hələ utanmaz kimi iqrasın da çıxardırlar.nə deyim ta bunlara

torpağı veren bu oyunu yaradanlar deyilki))) siyasətə girsəm məni Azerbaycandan sürgün edecekler)))
--------------------
Hərkəsdən fərqli biriyəm... Tanıyanlar bilir...

JR

10 Oktyabr 2013 18:41

maraqlidi oynamaq olar)

Mələk

10 Oktyabr 2013 18:40

deyirəm necə də utanmirlar e.torpaqları verdikləri bəs deyil hələ utanmaz kimi iqrasın da çıxardırlar.nə deyim ta bunlara