Loading...
Magistraturaya qəbul qaydasına dəyişiklik olub

Magistraturaya qəbul qaydasına dəyişiklik olub

Загрузка...
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) magistraturalarına qəbul olmaq istəyənbakalavrlar üçün ixtisaslaşma seçimindən əvvəl keçirilən müsahibə mərhələsi ləğv olunub.

Bu barədə Dövlət İmtahan Mərkəzindən məlumat verilib. 

Bildirilib ki, Akademiya rəhbərliyi AMEA-nın magistraturasına qəbul zamanı ixtisaslaşma seçimindən əvvəl keçirilən müsahibə mərhələsinin ləğv olunması ilə bağlı DİM-ə müraciət edib. Müraciətdə ötən 4 il ərzində keçirilən müsahibələr və onların nəticələri, müsahibə komissiyasının qiymətləndirməsi ilə bakalavrların DİM tərəfindən keçirilən imtahanlarda topladıqları balların uyğunluğu və nəticədə AMEA-nın magistraturasına yüksək bal toplayanların qəbul olunduğu vurğulanıb. Hesab edilir ki, artıq AMEA-nın magistraturasının məqsəd və vəzifələri, onun yüksək reytinqi və tədris prosesinin ciddiliyi barədə universitet tələbələri və ictimaiyyət kifayət qədər məlumatlıdır və iddiaçıların təsadüfi seçimləri istisna olunur.

Bu təklif nəzərə alınaraq AMEA-nın magistraturasına qəbul olmaq istəyən bakalavrlar üçün ixtisaslaşma seçimindən əvvəl keçirilən müsahibə mərhələsi ləğv olunub.

AMEA-nın magistraturalarına qəbul olmaq istəyənlər digər bakalavrlar kimi ümumi qaydada magistraturaya qəbul imtahanının hər iki mərhələsində iştirak edərək, müsabiqə şərtlərini ödədikləri halda ixtisaslaşma seçimi edəcəklər.
Загрузка...

OXŞAR XƏBƏRLƏR

Загрузка...

SON XƏBƏRLƏR

Загрузка...

    End of content

    No more pages to load

    loading...
    Загрузка...