Loading...
![Nokia lumia 800 [Windows phone]](http://s52.radikal.ru/i135/1110/b0/d3fa6fc09361.jpg)
Nokia lumia 800 [Windows phone]
Texnologiya
- 28 Oktyabr, 2011
- 5 185 Baxış
Loading...
"Windows Phone" 7.5 (Mango) proqramlaşdırmasıyla işləyən ilk Nokia lumia 800 firmanın CEO`su Stephen Elop tərəfindən Londondakı iclasda mətbuata tanıtdırıldı. Elop,Microsoft şirkəti ilə Nokianın keçən il açıqlanan böyük işbirliyi bu ilk cihazlarını Nokia`nın yenidən doğuşu deyərək tanıtdı. Elop,"Mango"lu Lumia 800`ün dizaynında Nokia N9`u əsas götürdüklərini bildirdi. "Lumia 800 gerçək windows sistemli telefondur" deyən Elop Avropa, ABŞ, Asiyanın böyük satış mərkəzlərində noyabr ayı ərzində satışa çıxarılacağını bildirdi. 1.4GHZ sistemli cihaz, 3.7 düymlük AMOLED sensor ekrana sahibdir. N9 kimi keyfiyyətli olan Lumia 800, 16 Gb daxili yaddaşa və əlavə olaraq 25 Gb həcmində Skydrive`yaddaşa sahibdir. Arxa kameranın çəkim keyfiyyəti 8MP, HD video özəlliklərinə sahibdir. Sadəcə 1.2sm qalınlığında olan Lumia 800`ün ABŞ və Avropa satış mərkəzlərində vergilər xaric satış qiymətinin 585 dollar olacağı təxmin edilir.
















Loading...
OXŞAR XƏBƏRLƏR
Загрузка...