Loading...
İnternetin qaranlıq dünyasında nələr var? -

İnternetin qaranlıq dünyasında nələr var? - "Deep Web" anlayışı nədir?

Loading...
Deyilənlərə görə Dip Veb bütün internet aləminin 90 faizini meydana gətirir; 10 faiz hissə isə Google-nin girə bildiyi bütün internet saytlarını əhatə edir. Yəni internet aləminin aysberqin altında qalan qismidir. İnternetin yeraltı dünyası İnternetin yeraltı dünyasına heç də hamı girə bilmir. Bura  qaydaların, qanunların,  ya da qadağanın olmadığı sərhədsiz bir sahədir. Cinayətkarlar, ağla gəlməz soyğunçular, narkotik və öldürücü maddələrin satıldığı sahələr,  killerlər, qatillər,  insan alveri və s. nə desən var. Bütün çirkli işlər bu yeraltı dünyanın vasitəsilə həyata keçirilir.

Soğan kimi layları olan bu sahə, əslində "Deep (Dark)  Web"in elə özüdür. Bura hər kəs daxil ola bilmir. Müəyyən bir nöqtədən sonra xüsusi cihazlar lazımdır və çox az insan internetin bu layında mövcud ola bilir. "Deep Web"ə,  internet dünyasının arxa bağçasına girmək üçün xüsusi bir proqram var; bu xüsusi skaneri komputerinizdə quraşdırmalısınız. Bu skaner sizə bir dəfəlik şifrələr verir və  bununla da anonim qalmağı bacarırsınız.

Bu dünyada standart domenlər,  ya da "url" lar yoxdur, ".onion" sözü ilə bitən kompleks url-lər var. Ancaq  bu səviyyə dip vebin səthə ən yaxın olan layıdır. Daha dərinə enmək isə olduqca təhlükəlidir.

Dip veb qanunidir, amma burda 95 faiz qanunsuz əməllər dövr edir. Dünyada ağla gələn, gəlməyən bütün pis işlər burda açıq-aşkar sərgilənir. 


Məsələn,  məşhur "Wikileaks" sənədləri gün işığına  bu dünyadan sızmışdı. İstədiyiniz oğurluğu edib,  o anın videosunu sizə göndərəcəyini iddia edənlər belə var. Saxta pasport və vizalar nə desən var. 

Dip Veb normal internet saytlarından fərqlidir, normal veb saytları serverləri hansısa bir  şirkətdən icarəyə götürər və sayt fayllarını burada saxlayar, lakin Dip Veb əksəriyyəti fərdi serverlərdən yaranır.  Yəni öz komputerini bir server kimi istifadə edirsən, ayrıldığın  anda sayt bağlanır. Bunun səbəbi isə  iz buraxmamaq, öz sahənə  hakim olmaqdır.

Dip Vebə hər hansı bir internet brauzerindən girmək mümkün deyil. Burda baş çıxarmaq üçün güclü proqramçı və  yüksək səviyyədə dil bilginiz olmalıdır.

Ən yaxşısı isə bu sahədə bilgili olub, tilsiminə qapılmamaq və bu qaranlıq dünyadan uzaq durmaqdır.

Loading...

OXŞAR XƏBƏRLƏR

Загрузка...

SON XƏBƏRLƏR