Fon yüklənir...
Загрузка...

Android əməliyyat sistemləri haqqında xəbərdarlıq

Загрузка...

Android əməliyyat sistemləri haqqında xəbərdarlıq

 

 

Təhlükəsizlik tədqiqatçıları Android əməliyyat sistemi üçün yeni həyəcan doğuran eksploit aşkar ediblər.

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Elektron Təhlükəsizlik Mərkəzi yeni xəbərdaqlıqla çıxış edib.
 
Belə ki, 2.2 və 5.1 versiyalı Android əməliyyat sistemlərini istifadə edən qurğuların təxminən 95%-i kritik təhlükəsizlik zəifliyinə malikdir. Aşkar olunan eksploit bədniyyətlilərə sistemdəki mövcud boşluqdan istifadə etməklə MMS və ya multimedia faylı göndərməklə qurğunu ələ keçirməyə imkan verir.
 
Zimperium şirkətinin vitse-prezidenti Joshua Drake-in sözlərinə görə hal-hazırda Android qurğularının demək olar ki hamısı bu boşluğa qarşı zəifdir və istənilən qurğu onun sahibinin xəbəri olmadan kiberhücuma məruz qala bilər. Bu zəiflik Androidin "Stagefright" adlanan əsas elementində yerləşir (bu element isə öz növbəsində Android tərəfindən PDF və digər bu kimi multimedia fayllarının emalı, yazılması və oxunması üçün istifadə olunan, multimedia fayllarına baxış kitabxanasıdır).
 
Ekspert Drake tərəfindən hazırlanmış eksploit - MMS formatında xüsusi şəkildə yaradılan mətn mesajı vasitəsilə sistemi ələ keçirməyə imkan verir, üstəlik mesaj hədəfə göndərildiyi zaman qurğunun sahibinin heç bir əməliyyat həyata keçirməsi lazım gəlmir. Qısacası, bədniyyətliyə lazım olan sadəcə hədəfin mobil nömrəsidir. Mobil nömrəyə göndərilən zərərli mesaj telefonda heç bir göstərici tələb olunmadan ziyanverici proqramın işə düşməsini və hədəfin ələ keçirilməsini təmin edir.
 
Android əməliyyat sisteminin yuxarıda qeyd olunan versiyalarının artıq bir müddətdir ki, Google tərəfindən dəstəklənməməsi istifadəçiləri daha böyük təhlükə altında qoyur. Bu kritik təhlükəsizlik zəifliyinin qarşısının alınması məqsədilə Android istifadəçilərinin öz qurğularının əməliyyat sistemini yeniləmələri və yeni versiya sistemdən istifadə etmələri tövsiyə olunur. 
Загрузка...

ŞƏRHLƏR

Sebnem Tozcu

16 Fevral 2016 17:53

Men android i cox sevirem.Geseng markadir amma ayfon daha yaxsidir:))) ♥Selam herkese♥

Night Wolf

27 Avqust 2015 04:00

Maraqli dordu menim cun oxumadim hec
--------------------
Hz.Məhəmməd (s.ə.s) əxlaqı, Hz.Süleyman səadəti, Hz.Eyyubun səbri Hz.Həmzənin cəsarəti, Hz.Yusifin gözəliyi, Hz.Əlinin biliyi və 124 min peyğəmbərin duası bizimlə olsun AMİN!

faiq123

31 İyul 2015 13:27

kohne tel yerini hecne vermir :)
--------------------
Facebook profil
Twitter
Tpo.com

Ahu 05

30 İyul 2015 22:55

xebere gore tesekkurler.
loading...
Загрузка...