Fon yüklənir...
Загрузка...

Android 5.0 Lollipop sürətlə populyarlaşır

Загрузка...

 

Google korporasiyası öz Android mobil əməliyyat sisteminin müxtəlif modifikasiyalarının populyarlığı haqda yeni məlumatları elan edib. 2015-ci ilin fevralına olan statistikaya əsasən, Android 5.0 Lollipop mobil platformasının bazar payı iki dəfə artıb.

2 mart 2015-ci il tarixinə əsasən, Android qurğularının 3.3 faizi 5.0 Lollipop platformasına əsaslanır. Bu platforma hələ 2014-cü ilin oktyabrında təqdim edilib və uzun müddət bazar payı 0,1 faizi ötməyib. Yalnız 2015-ci ilin yanvarında sözügedən mobil platformanın bazar payı 1,6 faiz təşkil edib. 

MWC 2015 sərgisində Android 5.0 Lollipop ilə işləyən çoxlu cihaz təqdim edilib.

Android qurğular bazarında KitKat (4.4) və Jelly Bean (4.1-4.3) versiyaları liderliyi saxlayırlar.
Загрузка...

ŞƏRHLƏR

Ahu 05

7 Mart 2015 13:58

xebere gore
tesekkurler.....
loading...
Загрузка...