Fon yüklənir...
Загрузка...

Playstation 4 Sony şirkətinin ən sürətli satılan məhsulu oldu

Загрузка...
Playstation 4 Sony şirkətinin ən sürətli satılan məhsulu oldu

 

Sony şirkəti 2013-cü ilin noyabr ayında bazara çıxartdığı yeni nəsil oyun aparatı Playstation 4-dən əldə olunan gəlirlərin 20 milyon dollar keçdiyini açıqlayıb. Martın 1-nə olan nəticələrə görə satışdan əldə olunan gəliri 20.2 milyon dollar yüksələn Playstation 4 Sony şirkətinin ən sürətli satılan oyun aparatı adını qazanıb.PS4 bir il yarım vaxt ərzində əldə etdiyi gəlirlə əvvəlki versiyaları geridə qoymağı bacarıb, - "Al-Jazeera".

Sonişirkəti PS4-ün əldə etdiyi uğurla ən böyük rəqibləri Microsoft Xbox Ona və Nintende Wii U oyun aparatlarını da geridə buraxıb. "Wall Street Journal"ın dərc etdiyi məqaləyə görə Wii U 2012-ci ilin noyabrından 2014-cü ilin dekabrına kimi 9.2 milyon dollar satışdan gəlir əldə edib. PS4 ilə eyni dövrdə bazara təqdim olunan Xbox Ona isə 2014-cü ilin noyabrına kimi 10 milyon dollar satışdan əldə edib.

Son y şirkətinin icraçı direktoru Kazuo Hirai oyun aparatların aən böyük zərbəni ağıllı telefonlarda yayılan mobil oyunların olduğunu bildirmişdi. O, PS4-ün uğurunu inkişa etdirənlərə verilən fürsətlərlə əlaqələndirmişdir.

PS4 ilə yaxın gələcəkdə uğurunu davam etdirməyi planlaşdıran Sony şirkəti 2016-cı ilin ilk yarısında isə "Project Morpheus" adı verilən vizual reallıq aparatını istifadəçilərin xidmətinə təqdim etməyi planlaşdırır.
Загрузка...

ŞƏRHLƏR

serxanbatista

5 Mart 2015 18:42

bende xbox one var

Ahu 05

5 Mart 2015 13:13

xebere gore tesekkurler.....
loading...
Загрузка...