Fon yüklənir...
Загрузка...

Apple "Samsung"u geridə qoydu

Загрузка...

 

2014-cü ilin dördüncü rübündə iPhone bazarda ən populyar smartfon olub. Bu, Apple kompaniyasına satılan smartfonların sayına görə Samsung kompaniyasını qabaqlamağa imkan verib.

Amerikanın Apple kompaniyası keçən ilin son üç ayında 75 milyon smartfon satıb. Eyni dövr ərzində Koreya nəhənginin satdığı smartfonların sayı isə 73 milyon olub. Halbuki, bir il bundan əvvəl Samsung 83 milyon, Amerika şirkəti isə 50 milyon smartfon sata bilmişdi.

Smartfon bazarında üçüncü yeri rüb ərzində 24 milyondan çox satışa imza atan Lenovo tutur. Onun ardınca isə 21 milyon qurğu satmağa müvəffəq olan Huawei gəlir. İlk beşliyi 18 milyon smartfon satan Xiaomi tamamlayır. Ümumilikdə isə keçən ilin 4-cü rübündə 368 milyon smartfon satılıb.
Загрузка...

ŞƏRHLƏR

Jenny J

16 Mart 2015 16:34

İphone 6+ya heç bir telefon çata bilməz feel
--------------------
Wow man, this is weird on acid..



Ahu 05

6 Mart 2015 12:19

xebere gore tesekkurler.....

serxanbatista

5 Mart 2015 18:41

telfon bos seydi esas koputerdi
loading...
Загрузка...