Fon yüklənir...
Загрузка...

On ilə 1800 yeni peyk buraxılacaq

Загрузка...
 
Yaxın on il ərzində dünyada 1800-dən çox yeni peyk sifariş ediləcək, hazırlanacaq və orbitə buraxılacaq. Bu barədə "Northern Sky Research" (NSR) agentliyinin hesabatında deyilir. Bu prosesin bazara 300 milyard dollar məbləğində ümumi gəlir gətirəcəyi bildirilir.

Yeni peyklər arasında bütün forma, növ və kateqoriyadan olan aparatlar var. Bunlar həmçinin çəkisi 50 kiloqramlıq "mini peyk"lər və rabitə xidmətləri göstərən və çəkisi 6 tondan çox olan nəhəng aparatlardır. Sifarişçilərin də çox olacağı gözlənilir. Yeni şirkətlər arasında "Google" və aşağı yerətrafı orbitə çoxlu peyk çıxarmağı planlaşdıran Riçard Brensonun şirkəti yer alıb.

Yeni peyklərə yüksək tələbat 2013-cü ildə də müşahidə olunub və 2014-cü ildə bu tendensiya davam edib. Belə ki, ötən il dünyada orbitə 116 peyk çıxarılıb, daha 149 yeni aparat sifariş edilib. "Kommersiya şirkətlərindən edilən sifarişlər dövlət və hərbi sifarişlərin sayını 2010-cu ildən ilk dəfə ötüb ki, buna da kosmik proqramların büdcəsinin maliyyələşdirilməsinin azalması və orbitdə peyk qruplarının cüzi artımı səbəb olub. Sektorun 2014-cü ildə müşahidə olunan ümumi artımının 2015-ci ildə də saxlanacağı gözlənilir", - "NSR" nümayəndələri bildirib.

Qeyd olunur ki, ənənəvi geostasionar rabitə peyklərinin istehsalı və buraxılışının sahə üçün ən gəlirli seqment kimi qalacağına baxmayaraq peyk texnologiyaları getdikcə daha çox istifadəçini əhatə edəcək. 
Загрузка...

ŞƏRHLƏR

Ahu 05

3 Mart 2015 16:47

xebere gore tesekkurler.

emiwka

3 Mart 2015 13:40

xebere gore tşk---
--------------------
Getdim Sagolun
loading...
Загрузка...