Fon yüklənir...
Загрузка...

Sony smartfon istehsalını dayandırır

Загрузка...

Sony smartfon istehsalını dayandırır

 

Yaponiyanın "Sony Corporation" korporasiyası son vaxtlar çox ciddi və ağır maliyyə problemləri ilə üzləşib. Həmin problemləri həll etmək üçün korporasiya smartfon və televizor istehsalını dayandırmaq niyyətindədir.

"Sony Corporation"ın baş icraçı direktoru Kazuo Hirainin dediyinə görə, Sony ötən ili 2 milyard dollarlıq itkilərlə başa vurub.

"Sony" ötən il "Vaio" noutbuklarının istehsalını dayandırmış, brendi "Japan Industrial Partners"ə 490 milyon dollara satmışdı.

Bazara yeni, "Sony Xperia Z4" flaqman smartfonunu çıxarmağa hazırlaşan korparasiya böhrandan qurtulmaq üçün son şansından bəhrələnməyə çalışır.

Bu cəhd də uğursuzluğa düçar olarsa, "Sony" smartfon istehsalını dayandıracaq.
Загрузка...
loading...
Загрузка...