Loading...
Doğrudanmı “Facebook” profilimizə baxanları görmək mümkündür?

Doğrudanmı “Facebook” profilimizə baxanları görmək mümkündür?

Loading...

Doğrudanmı

 

"Facebook" sosial şəbəkəsində yeni proqram yayılıb.

İstifadəçilərin böyük marağına səbəb olan bu proqramda guya profilimizə kimlərin baxdığı göstərilir.

Proqramdan istifadə etmək üçün xüsusi link verilir və bu linki yükləməklə guya profilə baxanları görmək mümkün olur.

Sürətlə yayılan və bir çox istifadəçi tərəfindən yüklənən bu proqram hazırda sosial şəbəkənin ən çox müzakirə olunan mövzusudur. Lakin bu proqramı yükləyən istifadəçilər heç də göstərildiyi kimi nəticə əldə etməyib.

 

Doğrudanmı "Facebook” profilimizə baxanları görmək mümkündür?Doğrudanmı "Facebook” profilimizə baxanları görmək mümkündür?

 

Bu cür proqramların əvvəllər də yayıldığını və işləmədiyini, bəzi hallarda isə istifadəçilərin şəxsi məlumatlarının oğurlanması ilə nəticələndiyini qeyd etmək istərdik. Hələlik proqramla bağlı nə "Facebook"un, nə də Mark Zukerberqin səhifəsində hər hansı məlumat yoxdur.

Onu da qeyd edək ki, bu yaxınlarda sosial şəbəkənin rəhbəri Mark Zukerberq də bildirmişdi ki, "Facebook"da profilə baxanlar heç vaxt göstərilməyəcək.

Ona görə də hələ hansı məqsəd daşıdığını bilmədiyimiz bu pirat proqramı yükləmək istəyənləri ehtiyatlı olmağa çağırırıq.
Loading...

OXŞAR XƏBƏRLƏR

Загрузка...

SON XƏBƏRLƏR