Loading...
“Google Glass”ın istehsalı dayandırıldı

“Google Glass”ın istehsalı dayandırıldı

Loading...

 

"Google” internet şirkəti "Google Glass” "ağıllı” eynəyinin hazırkı versiyasının istehsalının dayandırılması barədə qərar qəbul edib.

Şirkət biznesini yenidən quraraq 2015-ci ildə qurğunun yeni versiyasını buraxmağı planlaşdırır. Eynək istehsalına "Google”un ötən il satın aldığı "Nest” şirkətinin baş direktoru Toni Fadell rəhbərlik edəcək.

Məlumatda göstərilir ki, strukturun yenidən təşkil edilməsi ilə bağlı xəbərin yayılması şirkətin səhmlərinin dəyərinə təsir etməyib.

 

“Google Glass”ın istehsalı dayandırıldı

 

Bundan əvvəl "Google Glass”ın növbəti versiyasının "Intel” mikroprosessorundan istifadə edəcəyi və texnologiyanın daha tutumlu batareya ilə təchiz olunacağı bildirilib.

Qeyd edək ki, ilk dəfə 2012-ci ildə təqdim edilən "Google Glass” eynəyinin başlıca xüsusiyyətlərindən biri istifadəçinin gözü qarşısında 640x360 piksel təsvir ölçüsünə malik bərkidilmiş ekrandır ki, bu da "Google” şirkətinin qiymətləndirməsinə görə, təxminən 2,5 metr məsafədə olan yüksək təsvir ölçülü 25 düymlü ekrana bərabərdir. 

 

“Google Glass”ın istehsalı dayandırıldı

 

Quraşdırılmış 5 meqapikselli kamera 720p yüksək təsvir ölçülü videonu yazmağa imkan verir. Məlumat və əlavələrin saxlanılması üçün istifadəçi qurğudakı 16 giqabaytlıq yaddaşın 12 giqabaytından yararlana bilər. Akkumulyatorun enerjisi adi gərginlikdə bir gün kifayət etməlidir, lakin bəzi funksiyalar (məsələn, videonun yazılması) enerjidən daha sürətli istifadə edəcək.

Xatırladaq ki, qurğu "Wi-Fi” və "Bluetooth” standartlı simsiz rabitə modulları ilə təchiz edilib. "Bluetooth”un köməyi ilə "Glass”ın smartfonla birlikdə işləməsi mümkün olur. 

 

“Google Glass”ın istehsalı dayandırıldı

Loading...

OXŞAR XƏBƏRLƏR

Загрузка...

SON XƏBƏRLƏR

Ahu 05

20 Yanvar 2015 10:44

xebere gore tesekkurler