Loading...
BlackBerry-dən yeni smartfon

BlackBerry-dən yeni smartfon

Loading...

BlackBerry-dən yeni smartfon - VİDEO


BlackBerry şirkəti hələ bir neçə ay əvvəl Classic smartfonu haqda məlumat verib, amma yalnız indi bu aparat rəsmən nümayiş etdirilib və satışa çıxarılıb.
 
Kanada brendi üçün klassik fiziki QWERTY klaviatura ilə təchiz edilmiş BlackBerry Classic modelinin nümayişi Nyu-Yorkda keçirilib, bundan sonra istehsalçının saytında qurğu haqda ətraflı informasiya yerləşdirilib.
 
Cihaz 720x720 piksel (294 ppi) təsvir ölçülü və Gorilla Glass 3 qoruyucu şüşəsinə malik 3,5 düymlük sensor ekranla təchiz edilib. Aparat 1,5 GHz takt tezlikli ikinüvəli Qualcomm Snapdragon S4 prosessoru, 2 Gb əməli və 16 Gb daxili yaddaşla təchiz edilib. Sonuncu microSD çıxarılıb taxılan daşıyıcılarının köməyi ilə 128 Gb-dək artırıla bilər.

 

BlackBerry-dən yeni smartfon - VİDEO

 

Əsas kamera 8 meqapiksellik fotomoduldan ibarətdir. Ön kameranın təsvir ölçüsü 2 meqapikseldir. Akkumulyator batareyasının tutumu 2515 milliamper/saat təşkil edir.
 
Qurğunun fiziki ölçüləri 131×72×10,2 mm, çəkisi 176 qramdır. İstehsalçı telefonun 22 saatlıq avtonom iş müddəti haqda məlumat verib. Aparat BlackBerry 10 OS əməliyyat sisteminin idarəetməsi ilə işləyir.
 
BlackBerry Classic smartfonu dünyanın bir çox ölkələrində satınalma üçün əlçatandır. ABŞ-da smartfonun qiyməti 450 dollardır.
Loading...

OXŞAR XƏBƏRLƏR

Загрузка...

SON XƏBƏRLƏR

happy life

25 Dekabr 2014 12:37

ela super ela elaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaa

Sabina ^_^

24 Dekabr 2014 21:33

adi gozeldiiii ama cok demodeeeeeee fear

Ahu 05

19 Dekabr 2014 14:31

tesekkurler....